Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-724/2021 16.05.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Mehdiyev Elçin Məhəmməd oğlunun sədrliyi, Ağabalayev Səxavət Məmməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16 yanvar 2011-ci il doğum tarixli X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 200 manat aliment məbləğinin Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, o, Cavabdeh ilə 09 mart 2009-cu il tarixdə qeyri-rəsmi qaydada ailə qurmuş və onlar 27 sentyabr 2009-cu il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Onların birgə yaşadıqları dövrdə 16 yanvar 2011-ci il tarixdə Xədicə adlı uşaqları anadan olmuşdur. Cavabdehlə ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşasalar da, sonradan münasibətləri dəyişmişdir. Bundan sonra Şəki Rayon Məhkəməsinin 27 avqust 2014-cü il tarixli qətnaməsi əsasında cavabdehlə aralarında bağlanmış nikah pozulmuş və azyaşlı uşağın onun yanında saxlanılması, həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay üçün 60 manat məbləğində alimentin Cavabdeh alınaraq ona verilməsi qərara alınmışdır. Sonradan onun iddiası əsasında Şəki Rayon Məhkəməsinin 10 iyun 2019-cu il tarixli saylı qətnaməsi ilə Cavabdeh alınaraq 16 yanvar 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün ona verilən alimentin miqdarı artırılaraq hər ay sabit pul məbləğində 120 manat məbləğində müəyyən edilmişdir. Lakin bu günkü bazar qiymətlərinə görə həmin məbləğ çox azdır və o, maddi cəhətdən çox çətinlik çəkir. Cavabdeh taksi sürücüsü kimi fərdi əmək fəaliyyəti ilə məşğul olur. Cavabdeh qazancı barədə məlumatı yoxdur. Cavabdehin qazancı yaxşı olmasına baxmayaraq uşağın saxlanılması üçün ona ayda cəmi 120 manat məbləğində aliment ödənilməsi qət edilmişdir. Həmin məbləğlə uşağının pal-paltarının, təhsilinin, sağlamlığının və maddi təminatının qeydinə qalmaq heç cür mümkün deyildir. Uşağın səhhəti ilə əlaqədar mütəmadi olaraq dərman xərcləri artır. Uşaq böyüdükcə tələbatları artır. O, isə təkbaşına himayəsində olan uşağının tələbatlarını ödəyə bilmir. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh yığılan aliment borcu yoxdur. Həmçinin, Cavabdeh sonradan ailə həyatı qurmamışdır. İddianı müdafiə edir və Cavabdeh hər ay 200 manat alimentin tutularaq 16 yanvar 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının izahatı, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı ilə Cavabdeh ilə 09 mart 2009-cu il tarixdə qeyri-rəsmi qaydada ailə qurmuş və onlar 27 sentyabr 2009-cu il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Onların birgə yaşadıqları dövrdə 16 yanvar 2011-ci il tarixdə Xədicə adlı uşaqları anadan olmuşdur. Məhkəmə qətnaməsinə əsasında tərəflər arasında bağlanmış nikah pozulmuş və azyaşlı uşaq anasının himayəsində saxlanılmışdır. Sonradan İddiaçı iddiası əsasında Şəki Rayon Məhkəməsinin 10 iyun 2019-cu il tarixli, 2 (075)-1190/2019 saylı qətnaməsi ilə Cavabdeh alınaraq 16 yanvar 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı verilən alimentin miqdarı artırılaraq hər ay sabit pul məbləğində 120 manat məbləğində müəyyən edilmişdir. İddiaçı müəyyən edilmiş 120 manat aliment məbləği ilə uşağının tələbatlarının ödənilməsinin mümkünsüz olduğunu göstərərək iddianı müdafiə edir. Cavabdeh isə məhkəmə iclaslarında iştirak etməmiş və iddiaya qarşı hər hansı bir münasibət bildirməmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin 10 iyun 2019-cu il tarixli, 2 (075)-1190/2019 saylı qətnaməsindən görünür ki, Cavabdeh alınaraq 16 yanvar 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı verilən alimentin miqdarı artırılaraq hər ay sabit pul məbləğində 120 manat məbləğində müəyyən edilməsi qərara alınmışdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, əvvəlki illərə münasibətdə 2021-ci il üçün yaşayış minimumunun ölkə üzrə uşaqlar üçün artmasını, İddiaçı Şəki Rayon Məhkəməsinin 10 iyun 2019-cu il tarixli, 2 (075)-1190/2019 nömrəli məhkəmə qətnaməsinə əsasən müəyyən edilmiş aliment məbləği ilə uşağın saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 16 yanvar 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilmədiyindən iddia tələbi qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 16 yanvar 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay üçün sabit pul məbləğində 140 manat aliment tutularaq İddiaçı ödənilməli, alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalı, iddianın qalan hissəsi əsaslı olmadığından təmin edilməməlidir. İddia qismən təmin edildiyindən Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 16 yanvar 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 140 manat aliment tutularaq İddiaçı ödənilsin. Aliment tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elçin Mehdiyev. AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ 5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004 Tel: (024) 244-70-13, Faks: (024) ***-**-** www.shakicourt.gov.az Elektron ünvan İş № 2(075)-724/2021 16 may 2021-ci il İddiaçı: İddiaçı (Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi 6/6) (Şəki rayonu, Aşağı Daşağıl kəndi) Cavabdeh: Cavabdeh, (Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 6/6) Şəki Rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli, 2 (075)-724/2021 saylı qətnaməsinin surəti məlumat üçün sizə göndərilir. Qoşma: 02 vərəqə, 03 səhifə. Hakim Elçin Mehdiyev.
Məhkəmə qərarları › İş №2(075)-724/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-724/2021
16.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver