Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-730/2021 04.05.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından dünyaya gəlmiş 13.12.2007-ci il təvəllüdlü X1 üçün aliment məbləğinin artıraraq hər ay üçün 175 manat (bir yüz yetmiş beş) manat alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, Cavabdeh 2006-cı ildə ailə həyatı qurmuşdur. Birgə nikahlarından 13.12.2007-ci il təvəllüdlü X3 dünyaya gəlmişdir. Aralarında olan narazılıqlar səbəbindən nikahları Şəki rayon məhkəməsinin 04.07.2010-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. Həmin qətnamə ilə nikahları pozulmuş, birgə nikahlarından dünyaya gəlmiş 13.12.2007-ci il təvəllüdlü X3 onun yanında saxlanılmış, onun saxlanması üçün Cavabdeh hər ay 30 manat miqdarında alimentin tutularaq ona verilməsi qət edilmişdir. Uzun müddət sonra tərəfindən təkrar olaraq aliment məbləğinin artırılması tələbi ilə məhkəməyə müraciət edilmişdir. Şəki rayon məhkəməsinin 2(075)- 4534/2017 saylı, 01.08.2017-ci il tarixli qətnaməsi ilə aliment məbləği artırılaraq, X1 üçün Cavabdeh hər ay sabit pul 65 (altmış beş) manat məbləğində aliment tutulması qət edilmişdir. Hazırda həmin məbləğ öz dəyərini itirmiş, günün bazar qiymətləri ilə uyğunlaşmır. Uşaq da böyümüşdür. Gündəlik tələbatları əvvəlkindən daha da çoxdur. 65 manat pulla uşağın gündəlik tələbatlarını ödəmək mümkün deyildir. Cavabdeh bunları nəzərə almayaraq özü könüllü şəkildə məhkəmə müəyyən etdiyi aliment məbləğindən başqa ağlabatan məbləğdə heç bir kömək etmir. Buna görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərmişdir ki, cavabdeh onlar birgə nikahda olduqları dövrdə yəni, 2008-ci il tarixdə elektrik cərəyanın vurması nəticəsində ağır xəsarət almış, əmək qabiliyyətinin bir hissəsini itirmiş, 3-cü qrup əlil olmuşdur. Lakin bildirmişdir ki, cavabdeh hazırda kənd təsərrüfatı ilə məşğul olaraq qazanc əldə edir. Həmçinin qeyd etmişdir ki, cavabdehin ödənilməmiş 2000 manat aliment borcu vardır. İddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh izahat verərək göstərdi ki, o, iddiaçı ilə 2006-cı ildə ailə həyatı qurmuşdur. Birgə nikahlarından 13.12.2007-ci il təvəllüdlü X3 dünyaya gəlmişdir. Aralarında olan narazılıqlar səbəbindən nikahları Şəki rayon məhkəməsinin 04.07.2010-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. Həmin qətnamə ilə nikahları pozulmuş, birgə nikahlarından dünyaya gəlmiş 13.12.2007-ci il təvəllüdlü X3 anasının yanında saxlanılmış, uşağın saxlanması üçün ondan hər ay 30 manat miqdarında alimentin tutularaq ona verilməsi qət edilmişdir. Şəki rayon məhkəməsinin 2(075)- 4534/2017 saylı, 01.08.2017-ci il tarixli qətnaməsi ilə aliment məbləği artırılaraq, X1 üçün ondan hər ay sabit pul 65 (altmış beş) manat məbləğində aliment tutulması qət edilmişdir. O, 2008-ci il tarixdə elektrik cərəyanın vurması nəticəsində ağır xəsarət almış, əmək qabiliyyətinin bir hissəsini itirmiş, 3-cü qrup əlil olmuşdur. Hazırda dövlət tərəfindən ona 110 manat məbləğində müavinət ayrılmışdır. Sol ayağının baş barmaq da daxil olmaqla 3 barmağı yoxdur. Əl barmaqlarının elektrik cərəyanının vurması nəticəsində kəskin nevroz səbəbli yığılmışdır. Getdikcə vəziyyəti daha da ağırlaşır. Məhkəməyə təqdim etdiyi sənədlərdə də göründüyü kimi, əl, ayaq, qarın nahiyələrində ağır dərəcəli yanıqlar vardır. Artıq iş qabiliyyətini tamamilə itirmişdir. Bədəninin əl və ayaq nahiyələri elektrik cərəyanının vurması nəticəsində getdikcə yararsız hala düşür. Heç bir yerdə işləmir, yalnız həmin müavinətlə dolanır. Əlil olduğundan ikinci dəfə ailə həyatı qurmamışdır. Uşağın saxlanılması üçün ayda 65 manat məbləğində alimentin kifayət etmədiyini bilsə də, maddi vəziyyətinin ağır olması, həmçinin əmək qabiliyyətinin olmaması ilə əlaqədar həmin məbləği ödəməyə çətinlik çəkir. Hazırda iddiaçıya 2000 manat ödənilməmiş aliment borcu vardır. Uşağının saxlanması üçün alimentin ödənilməsindən tamamilə imtina etmir. Hesab edir ki, gələcəkdə aliment məbləği artırılarsa onun maddi durumu acınacaqlı vəziyyətə düşəcəkdir. Bu səbəbəbdən də iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. İşdə olan Şəki Rayon Məhkəməsinin 01 avqust 2017-ci il tarixli, 2(075)-4534/2017 saylı qətnaməsindən görünür ki, Cavabdeh hər ay 65 (altmış beş) manat aliment tutularaq 13 dekabr 2007-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı verilməsi, alimentin tutulmasının əvvəlinin 29 iyun 2017-ci il tarixdən hesablanması qət edilmişdir. Həmçinin həmin qətnamədə Cavabdeh xəsarət alması ilə əlaqədar sənədlər öz əksini tapmışdır. İşdə olan ƏƏSMN tabeliyində DSMF Publik hüquqi şəxsinin 15 saylı regional filialı tərəfindən verilmiş 09 aprel 2021-ci il tarixli arayışdan görünür ki, Şəki rayonu, Vərəzət kənd sakini Cavabdeh İİİ qrup əlilliyə görə 471244 nömrəli (pensiya) müavinət işi üzə hər ayda 110 manat məbləğində sosial müavinət alır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə iddianın qismən təmin edilməsi qənaətinə gələrkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci və 112.1-ci maddələrini, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının və «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun hazırkı münasibətləri tənzimləyən normalarını rəhbər tutmuşdur. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı Şəki Rayon Məhkəməsinin 01 avqust 2017-ci il tarixli, 2(075)-4534/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşağın saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 13 dekabr 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı qismən artırılmalıdır. Lakin cavabdehin İİİ qrup əlil olmasını, onun 3 ayaq barmağının olmamasını, bədəninin müxtəlif yerlərində cərəyan vurması nəticəsində yanıqların olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Göründüyü kimi cavabdeh İİİ qrup əlildir və 110 manat məbləğində sosial müavinət alır. Məhkəmə iclasında o da müşahidə edilmişdir ki, cavabdehin hər iki əl barmaqları yığılmış formadadır və barmaqları açılmır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli 13 dekabr 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin 01 avqust 2017-ci il tarixli, 2(075)-4534/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay 80 manat məbləğində müəyyən edilməli, aliment tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. 13 dekabr 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin 01 avqust 2017-ci il tarixli, 2(075)-4534/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay 80 manat sabit pul məbləğində müəyyən edilsin və həmin aliment tutularaq İddiaçı ödənilsin. İddianın qalan hissədə təmin edilməsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-730/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-730/2021
04.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver