Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-732/2021 20.05.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki rayon məhkəməsinin hakimi Mehdiyev Elçin Məhəmməd oğlunun sədrliyi, Ağabalayev Səxavət Məmməd oğlunun katibliyi ilə İddiaçı «xxxx» X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulmasına dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı «xxxx» X1 Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh «xxxx» Kommersiya Bankı ASC-nin xeyrinə 1981 manat əsas və 319 manat faiz borcu olmaqla, cəmi 2300 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxx» X1 Səhmdar Cəmiyyəti iddiasını onunla əsaslandırmışdır ki, «xxxx» KB ASC ilə Cavabdeh arasında bağlanmış 03 mart 2020-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 56 ay müddətinə illik faiz dərəcəsi 18 faiz olmaqla 1981 manat məbləğində kredit verilmişdir. Müqavilənin şərtinə əsasən cavabdeh kredit məbləğini ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə banka ödəməli olmuşdur. Bank tərəfindən müqavilə üzrə üzərinə götürülmüş öhdəliyə əməl edilməsinə baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliklərinin icrasını təmin etməmişdir. Hazırda cavabdehin «xxxx» KB ASC-yə 1981 manat əsas və 319 manat faiz borcu olmaqla, cəmi 2300 manat borcu vardır. Buna görə də xeyrinə 1981 manat əsas və 319 manat faiz borcu olmaqla, cəmi 2300 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı “xxxx” KB ASC-nin nümayəndəsi 20 aprel 2021-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində iddia tələbinə bankın nümayəndəsinin iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iddiaçı “xxxx” KB ASC-nin nümayəndəsinin və Cavabdeh iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan iddiaçı «xxxx» X1 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 03 mart 2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında Cavabdeh 56 ay müddətinə illik faiz dərəcəsi 18 faiz olmaqla 1981 manat məbləğində kredit verilmişdir. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, «xxxx» KB ASC ilə Cavabdeh arasında bağlanmış 03 mart 2020-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 56 ay müddətinə illik faiz dərəcəsi 18 faiz olmaqla 1981 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 427-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən müqavilə iştirakçılarından bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Həmin maddənin ikinci hissəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçı “xxxx” KB ASC tərəfindən Cavabdeh kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də «xxxx» KB ASC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh «xxxx» KB ASC-nin xeyrinə 1981 manat əsas və 319 manat faiz borcu olmaqla, cəmi 2300 manat tutulmalıdır. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq «xxxx» KB ASC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh «xxxx» KB ASC-nin xeyrinə 1981 manat əsas borc və 319 manat faiz borcu olmaqla, cəmi 2300 manat borc və 30 manat dövlət rüsumu tutulsun. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Mehdiyev. AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ 5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004 Tel: (024) 244-70-13, Faks: (024) ***-**-** www.shakicourt.gov.az Elektron ünvan İş № 2(075)-732/2021 20 may 2021-ci il İddiaçı: «xxxx» X1 Səhmdar Cəmiyyətinə (Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi 160 A) Cavabdeh: Cavabdeh (Şək şəhəri, Bağbanlar küçəsi ev 59/S, mənzil 17) Şəki Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2 (075)-732/2021 saylı qətnaməsinin surəti məlumat üçün sizə göndərilir. Qoşma: 02 vərəqə, 03 səhifə. Hakim Elçin Mehdiyev. AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ 5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004 Tel: (024) 244-70-13, Faks: (024) ***-**-** www.shakicourt.gov.az Elektron ünvan İş № 2(075)-732/2021 20 may 2021-ci il İddiaçı: «xxxx» X1 Səhmdar Cəmiyyətinə (Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi 160 A) Cavabdeh: Cavabdeh (Şək şəhəri, Bağbanlar küçəsi ev 59/S, mənzil 17) Şəki Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2 (075)-732/2021 saylı qətnaməsind\ən çıxarışın surəti məlumat üçün sizə göndərilir. Qoşma: 01 vərəqə, 01 səhifə. Hakim Elçin Mehdiyev.
Məhkəmə qərarları › İş №2(075)-732/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-732/2021
20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver