Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-771/2021 16.05.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “sənədin ona məxsus olması” hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, A seriyalı, 146554 nömrəli "Torpaq sahələrinin planı və ölçüsü" sənədinin payına münasibətdə ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizədə göstərilən tələbi müdafiə edərək göstərdi ki, Şəki rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 59 nömrəli qərarı ilə ailə üzvlərinə 4473,9 kv.m həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi ilə əlaqədar A seriyalı, 146554 nömrəli Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahələrinin planı və ölçüsü hazırlanmış və onlara təhvil verilmişdir. Mərhum anası X5 ailə və təsərrüfat başçısı olduğundan torpağa dair sözügedən sənəd onun adına işlənmişdir. Şəki rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 18 noyabr tarixli, 59 nömrəli qərarı ilə onlara verilmiş 4473,9 kv.m torpaq sahəsini DƏDRX-nin 12 saylı Ərazi İdarəsində dövlət reyestrində qeydiyyata alınması barədə müraciət etmişdir. DƏDRX-nin 12 saylı Ərazi İdarəsinin 01 mart 2021-ci il tarixli məktubunda göstərilmişdir ki, müraciəti ilə bağlı aparılan araşdırma zamanı təqdim edilən Şəki rayon AİK-nın fəaliyyəti dövründə tərtib olunmuş adlı siyahıda göstərilən hüquq sahibinin adının səhv qeyd olunduğu müəyyən edilmişdir. Belə ki, sözügedən A seriyalı, 146554 nömrəli Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahələrinin planı və ölçüsü sənədinə əlavə edilmiş siyahıda onun adı Ərizəçi əvəzinə səhvən X2 qeyd edilmişdir. Əslində isə onun adı Ərizəçidur. Həmin sənəddəki belə bir mexaniki yanlışlıqların getməsi işlərinə çox çətinliklər yaradır. Ona görə də məcburiyyət qarşısında qalaraq hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirdi ki, o, ərizəçinin qardaşıdır. Şəki rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 59 nömrəli qərarı ilə ailə üzvlərinə 4473,9 kv.m həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi ilə əlaqədar A seriyalı, 146554 nömrəli Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahələrinin planı və ölçüsü hazırlanmış və onlara təhvil verilmişdir. Mərhum anası X5 ailə və təsərrüfat başçısı olduğundan torpağa dair sözügedən sənəd onun adına işlənmişdir. Lakin sözügedən torpaq sahələrinin planı və ölçüsü sənədinnə əlavə edilmiş siyahıda ərizəçinin adı Ərizəçi əvəzinə səhvən X2 qeyd edilmişdir. Halbuki, ərizəçinin adı Ərizəçidur və onların yaşadığı Birinci Biləcik kəndində X10 adında vətəndaş yoxdur. Maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Belə ki, işdə olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A seriyalı, 146554 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiq edilmiş surətindən və ona əlavə edilmiş ailə üzvlərina aid siyahıdan görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 59 nömrəli qərarına əsasən 4473,9 kvadrat metr torpaq sahəsi X6, X13, X10 və X7 Şəki rayonu, Birinci Biləcik kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində ayrılmışdır. İşdə olan DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 01 mart 2021-ci il tarixli məktubdan görünür ki, Ərizəçi müraciəti ilə bağlı Şəki rayon AİK-nın fəaliyyəti dövründə tərtib olunmuş adlı siyahıda göstərilən hüquq sahibinin adı səhv qeyd edildiyini əsas göstərilərək torpaq sahələrinin dövlət reyesterində qeydə alınmasının mümkünsüz olduğu bildirilmişdir. İşdə olan 16 mart 2021-ci il tarixli, 119 nömrəli Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Respublika X17 filialının arayışından görünür ki, Şəki İHB-nın Aşağı Güynük kənd icra nümayəndəliyinin 1996-2000-ci illərin Birinci Biləcik kəndi üzrə təsərrüfat başına kitabına əsasən X3 təsərrüfatında ailə başçısı olduğu və təsərrüfatında aşağıdakı ailə üzvləri qeyd edilmişdir. X6 ailə və təsərrüfat başçısı olmaqla oğlanları-Ərizəçi. X11 və X12 təsərrüfatın üzvləridir. İşdə olan V-JQ 363438 seriya nömrəli, doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 1978-ci il təvəllüdlü Ərizəçi atası X14, anası X4r. İşdə olan Şəki şəhər İHB-nın Biləcik kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 09 mart 2021 -ci il tarixli, 124 nömrəli arayışından görünür ki, Şəki rayon Birinci Biləcik kənd sakini xx xxxxxx 1978-ci il təvəllüdlü Ərizəçidur. İşdə olan AO seriyalı, ******* nömrəli Hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi 04.01.1978-ci il tarixdə, Şəki rayonu, Birinci Biləcik kəndində anadan olmuşdur. İşdə olan Şəki rayonu Biləcik kənd inzibati ərazi dairəsindən verilmiş 09 mart 2021-ci il tarixli, 124 nömrəli arayışdan görünür ki, Ərizəçi Şəki rayonu Birinci Biləcik kəndində qeydiyyatdadır və hazırda Şəki rayon Birinci Biləcik kəndində yaşayır. İşdə olan AZ-İ seriyalı, 915475 nömrəli ölüm haqqında şəhadətnaməsinin təsdiq edilmiş surətindən görünür ki. X8 23 mart 2018-ci il tarixdə vəfat etmişdir. İşdə olan Şəki şəhər İHB-nın Biləcik kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 09 mart 2021 -ci il tarixli, 124 nömrəli arayışdan görünür ki, Ərizəçi torpaq mülkiyyət hüququna dair A seriyalı, 146554 nömrəli X1 kimi qeydə alınmışdır. Hər iki adda olan vətəndaş eyni vətəndaşdır və əsl adı Ərizəçidur X10 adında vətəndaş Birinci Biləcik kəndində qeydiyyatda yoxdur və yaşamır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Şəki rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 59 nömrəli qərarına əsasən 4473,9 kvadrat metr torpaq sahəsi X6, X13, X10 və X7 Şəki rayonu, Birinci biləcik kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində ayrılmışdır. Həmçinin müəyyən olundu ki, A-146554 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində Ərizəçi adı səhvən X2 yazılmışdır. Əslində isə, A-146554 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində adı X2 yazılmış şəxs Ərizəçi ilə eyni şəxsdir və həmin , A-146554 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi payına münasibətdə Ərizəçi məxsusdur. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı ilə bağlı işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir.Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Şəki rayonu Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 59 saylı qərarı əsasında 4473,9 kvadrat metr torpaq sahəsi ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş verilmiş A-146554 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin payına münasibətdə Ərizəçi məxsus olması hüquqi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçi dövlət büdcəsinə ödədiyi 10 (on) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: Ərizə təmin edilsin. Şəki rayonu Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 59 saylı qərarı əsasında 4473,9 kvadrat metr torpaq sahəsi ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş verilmiş A-146554 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin payına münasibətdə Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Dövlət büdcəsinə ödənilmiş 10 (on) manat rüsum ərizəçinin özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-771/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-771/2021
16.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver