Məhkəmə qərarları › İş №2(075)-772/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-772/2021

16.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-772/2021 16.05.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22.08.2007-ci il təvəllüdlü X8 və 20.09.2005-ci il təvəllüdlü X1 üçün hər ay hər birinə yetkinlik yaşına çatana kimi Cavabdeh aliment məbləğinin hər bir uşağa 175 (yüz yetmiş beş) manata qədər, cəmi 350 (üç yüz əlli) manat) sabit pul aliment məbləğinin artırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, İddiaçı 06.05.2005-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan 22.08.2007-ci il təvəllüdlü X7 və 20.09.2005-ci il təvəllüdlü X9 dünyaya gəlmişlər. Şəki Rayon Məhkəməsinin 24.02.2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş və Cavabdeh hər ay 22.08.2007-ci il təvəllüdlü X7 və 20.09.2005-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər birinə 125 manat olmaqla, cəmi 250 ( iki yüz əlli) manat sabit pul miqdarında aliment tutulub iddiaçıya verilməsi qət edilmişdir. Cavabdeh Bakıda yerləşən restoranda baş aşpaz kimi çalışır,əmək haqqı 800 manatdan əlavə olaraq mükafat da alır. Uşaqlar böyüdükcə onların xərcləri də artmaqdadır. Bundan başqa hər il yaşayış minimumu artır. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək göstərdi ki, o, İddiaçı ilə 06.05.2005-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan 22.08.2007-ci il təvəllüdlü X7 və 20.09.2005-ci il təvəllüdlü X9 dünyaya gəlmişlər. Şəki Rayon Məhkəməsinin 24.02.2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş və ondan hər ay 22.08.2007-ci il təvəllüdlü X7 və 20.09.2005-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər birinə 125 manat olmaqla, cəmi 250 (iki yüz əlli) manat sabit pul miqdarında aliment tutulub iddiaçıya verilməsi qət edilmişdir. Göstərmişdir ki, aliment məbləğini çətinliklə də olsa vaxtı-vaxtında ödəyir. Hazırda o, Bakı şəhərində yerləşən restoranların birində aşpaz işləyir və aylıq əmək haqqı 280 manat təşkil edir. Əldə etdiyi gəlir ailəsinin dolanmasına güclə yetir. Belə ki, qardaşı və atası ilə birlikdə Bakı şəhərində kirayədə yaşayır. Qanuna müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İşdə olan Şəki Rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli, 2(075)-43/2020 saylı qətnaməsindən görünür ki, X6 ilə Cavabdeh arasında 06 may 2005-ci il tarixdə bağlanmış 09 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqları - 20 sentyabr 2005-ci il təvəllüdlü X9 və 22 avqust 2007-ci il təvəllüdlü X4 anaları X2 yanında saxlanılması, 20 sentyabr 2005-ci il təvəllüdlü X9 və 22 avqust 2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay, hər uşaq üçün sabit pul məbləğində 125 (bir yüz iyirmi beş) manat olmaqla, cəmi 250 manat alimentin tutularaq X3 verilməsi qət edilmişdir. İşdə olan 15 aprel 2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 01.02.2020-ci il tarixdən Həsən-82 ünvanında yerləşən “tonqal” rüstoranında kababçı vəzifəsində çalışır. Əmək haqqısı aylıq 280 manat təşkil edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə iddianın qismən təmin edilməsi qənaətinə gələrkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci və 112.1-ci maddələrini, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının və «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun hazırkı münasibətləri tənzimləyən normalarını rəhbər tutmuşdur. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı Şəki Rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli, 2(075)-43/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşaqların saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 22 avqust 2007-ci il təvəllüdlü X7 və 20 sentyabr 2005-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı qismən artırılmalıdır. Lakin cavabdehin əmək haqqının 280 manat təşkil etməsini, həmçinin iddiaçının 24.02.2020-ci il tarixdən sonra cavabdehin maddi və əmlak vəziyyətində əsaslı dəyişikliyin olması barədə məhkəməyə hər hansı sübutun təqdim edilməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli 22 avqust 2007-ci il təvəllüdlü X7 və 20 sentyabr 2005-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəki Rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli, 2(075)-43/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay, hər uşaq üçün sabit pul məbləğində 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 manat məbləğində müəyyən edilməli, aliment tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. 22 avqust 2007-ci il təvəllüdlü X7 və 20 sentyabr 2005-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli, 2(075)-43/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay, hər uşaq üçün sabit pul məbləğində 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində müəyyən edilsin və həmin aliment tutularaq İddiaçı ödənilsin. İddianın qalan hissədə təmin edilməsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar