Məhkəmə qərarları › İş №2(075)-775/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-775/2021

07.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-775/2021 07.05.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, cavabdeh Məmiyev (İbrahimov) Elbrus Əhəd oğlunun iştirakı ilə İddiaçı cavabdeh Məmiyev (İbrahimov) Elbrus Əhəd oğluna qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13 yanvar 2006-cı il təvəllüdlü X3, 24 sentyabr 2007-ci il təvəllüdlü X5 və 15 iyun 2009-cu il təvəllüdlü X1 üçün cavabdeh Məmiyev (İbrahimov) Elbrus Əhəd oğlundan tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 525 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəməyə gəlməmişdir. Lakin İddiaçı məhkəməyə 27 aprel 2021-ci il tarixdə ərizə göndərərək, üzrlü səbəbdən məhkəmədə iştirak edə bilmədiyini bildirmiş və məhkəmə iclasının iştirakı olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Məmiyev (İbrahimov) Elbrus Əhəd oğlu ilə 2005-ci il tarixdə nikahlarını rəsmi şəkildə qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahdan 13 yanvar 2006-cı il təvəllüdlü X3, 24 sentyabr 2007-ci il təvəllüdlü X5 və 15 iyun 2009-cu il təvəllüdlü X4 adlı övladları olmuşdur. Nikahları məhkəmə qaydasında pozulmuşdur. Sonradan alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmiş, Şəki Rayon Məhkəməsinin 20 avqust 2019-cu il tarixli, 2(075)-1360/2019 saylı qətnaməsi ilə isə aliment miqdarı artırılaraq hər ay hər uşaq üçün 100 manat müəyyən olunmuşdur. Məhkəmə tərəfindən alimentin müəyyən edilməsindən ötən müddət ərzində himayəsində olan uşaqların tələbatları artmışdır. O isə təkbaşına himayəsində olan uşaqların tələbatlarını ödəyə bilmir. Məhkəmə tərəfindən təyin olunan alimentlə uşaqların çox cüzi bir tələbatının ödənilməsi mümkündür. Onda olan məlumata görə cavabdehin aylıq qazancı yaxşıdır. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında cavabdeh Məmiyev (İbrahimov) Elbrus Əhəd oğlu göstərdi ki, həqiqətən də İddiaçı ilə birgə nikahlarından 13 yanvar 2006-cı il təvəllüdlü X3, 24 sentyabr 2007-ci il təvəllüdlü X5 və 15 iyun 2009-cu il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Onlar arasında ailə münasibətləri baş tutmadığından aralarındakı nikah məhkəmə qaydasında pozulmuş, birgə nikahdan anadan olan uşaqlar iddiaçının himayəsində saxlanılmışdır. Şəki Rayon Məhkəməsinin 2(075)-1360/2019 saylı, 20 avqust 2019-cu il tarixli qətnaməsi ilə birgə nikahdan anadan olan uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 300 manat məbləğində aliment təyin edilmişdir. Özü fərdi əməklə məşğul olur. Aylıq qazancı 200-250 manatdır ki, həmin məbləğlə belə alimenti ödəməkdə çətinlik çəkir. Övladlarının saxlanılmaları üçün aliment ödəməkdən imtina etmir. İddiaçı ixtisasca fortepiano müəllimidir. Oğuz rayonu tam orta məktəbində və Şəki Şəhər Musiqi Məktəbində müəllim işləməklə, 700 manat maaş alır. Həmçinin, əlavə olaraq repetitorluq da edir. Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında cavabdehin izahatı, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı ilə Məmiyev (İbrahimov) Elbrus Əhəd oğlunun birgə nikahlarından 13 yanvar 2006-cı il təvəllüdlü X3, 24 sentyabr 2007-ci il təvəllüdlü X5 və 15 iyun 2009-cu il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Şəki Rayon Məhkəməsinin 2(075)-1360/2019 saylı, 20 avqust 2019-cu il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahlarından anadan olan 13 yanvar 2006-cı il təvəllüdlü X3, 24 sentyabr 2007-ci il təvəllüdlü X5 və 15 iyun 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 300 manat məbləğində aliment təyin edilmişdir. İddiaçı həmin aliment məbləği ilə uşağın tələbatlarının ödənilməsinin mümkünsüz olması və uşaqların tələbatlarının artmasını ilə əsaslandırmışdır. İşdə olan Şəki Rayon Məhkəməsinin 2(075)-1360/2019 saylı, 20 avqust 2019-cu il tarixli qətnaməsindən görünür ki, 13 yanvar 2006-cı il təvəllüdlü X3, 24 sentyabr 2007-ci il təvəllüdlü X5 və 15 iyun 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 300 manat alimentin Məmiyev (İbrahimov) Elbrus Əhəd oğlundan tutulub İddiaçı verilməsi qət edilmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin 2(075)-1360/2019 saylı, 20 avqust 2019-cu il tarixli qətnaməsindən görünür ki, 13 yanvar 2006-cı il təvəllüdlü X3, 24 sentyabr 2007-ci il təvəllüdlü X5 və 15 iyun 2009-cu il təvəllüdlü X2 ataları Məmiyev (İbrahimov) Elbrus Əhəd oğlu, anaları isə İddiaçıdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, cavabdehin göstərdiyi dəlillər onu uşaqları ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən maddi vəziyyətinin hansı səviyyədə olması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir. Həmçinin, cavabdehin rəsmi iş yerinin olmaması onu həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşağının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Məhkəmə uşaqların saxlanılmaları üçün zəruri tələbatları, İddiaçı Şəki Rayon Məhkəməsinin 2(075)-1360/2019 saylı, 20 avqust 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşağın saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 13 yanvar 2006-cı il təvəllüdlü X3, 24 sentyabr 2007-ci il təvəllüdlü X5 və 15 iyun 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Məmiyev (İbrahimov) Elbrus Əhəd oğlundan İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilmədiyindən iddia tələbi qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 13 yanvar 2006-cı il təvəllüdlü X3, 24 sentyabr 2007-ci il təvəllüdlü X5 və 15 iyun 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin 2(075)-1360/2019 saylı, 20 avqust 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay 110 manat olmaqla, cəmi 330 manat sabit pul məbləğində müəyyən edilməli, aliment tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. İddia qismən təmin edildiyindən cavabdeh Məmiyev (İbrahimov) Elbrus Əhəd oğlundan 20 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 13 yanvar 2006-cı il təvəllüdlü X3, 24 sentyabr 2007-ci il təvəllüdlü X5 və 15 iyun 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Məmiyev (İbrahimov) Elbrus Əhəd oğlundan hər ay hər uşaq üçün sabit pul məbləğində 110 (bir yüz on) manat olmaqla, 330 (üç yüz otuz) manat aliment tutularaq İddiaçı ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Məmiyev (İbrahimov) Elbrus Əhəd oğlundan 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar