Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-840/2021 20.05.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 27.06.2019-cu il tarixli 007A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 4072,05 manat məbləğində kredit borcu, 21,89 manat məbləğində faiz borcu və 1606,49 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 5700 (beş min yeddi yüz) manat 43 (qırx üç) qəpik məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulmasıbarədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh İddiaçı QSC ilə 27.06.2019-cu il tarixdə bağladığı 007A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4244,81 (dörd min iki yüz qırx dörd) manat məbləğində kredit götürmüşdür. Cavabdeh, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 02.10.2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh, götürdüyü kredit borcundan 172,76 manat ödəniş etmiş və cavadehin iddiaçıya 4072,05 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz, qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarıİmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən cavabdeh, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün 30.03.2021-ci il tarixə 179 gün üçün hesablanmış faiz borcu 21.89 manat təşkil edir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək göstərdi ki, o, İddiaçı QSC ilə 27.06.2019-cu il tarixdə bağladığı 007A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4244,81 (dörd min iki yüz qırx dörd) manat məbləğində kredit götürmüşdür. Lakin maddi vəziytyəti ağırlaşdığından borcunu ödəyə bilməmişdir. Borcunu qəbul edir. Bildirdi ki, oğlu aprel döyüşü qazısıdir və hazırda da snayperçi olaraq Laçın rayonunda xidmət aparır. İddia tələbinin cərimə hissəsində köməklik göstərilməsini istəyir. Qanuna müvafiq qətnamə qəbul edilməsini məhkəmdən xahiş edir. İddiaçı QSC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin İddiaçı QSC-nin nümayəndəsi X1 08.05.2021-ci il tarixdə məhkəməyə teleqram göndərərək, məhkəmə iclasında üzürlü səbəbdən iştirak edmə bilməyəcəklərini və iddinın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdiyini bildirmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 27.06.2019-cu il tarixli, 007A********** saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında Cavabdeh aylıq faiz dərəcəsi 0.0833% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4244,81 (dörd min iki yüz qırx dörd) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan ödəniş cədvəlidən görünür ki, Cavabdeh götürdüyü 4244,81 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 60 ay müddətinə qaytarmalı olmuşdur. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh 27.06.2019-cu il tarixli, 007A********** saylı kredit müqaviləsi üzrə İddiaçı QSC-nə 30.03.2021-ci il tarixə olan borcu 4072,05 manat əsas, 21,89 manat faiz, 1606,49 manat cərimə olmaqla cəmi 5700,43 manat təşkil edir. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, Cavabdeh İddiaçı QSC ilə 27.06.2019-cu il tarixdə bağladığı 007A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4244,81 (dörd min iki yüz qırx dörd) manat məbləğində kredit götürmüşdür. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İddiaçı QSC-nin cavabdehə qarşı hazırkı iddia tələbinin 1606,49 manat məbləğində cərimənin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimə məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı QSC tərəfindən Cavabdeh kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı QSC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1, 467-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh İddiaçı QSCnin xeyrinə 4072,05 manat məbləğində kredit borcu, 21,89 manat məbləğində faiz borcu və 5 manat cərimə borcu olmaqla, cəmi 4098,94 manat dolları borc və 30 manat dövlət rüsumu tutulmalıdır. Tənasübsüz dərəcədə yüksək hesablandığından 1606,49 manat cərimə tələbinin 1601,49 manata dair hissəsi təmin edilməməlidir. İddiaçı QSC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə İddiaçı QSC-nin iddia tələbinin “İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 27.06.2019-cu il tarixli 007A********** saylı kredit müqaviləsinin ləğv edilməsi” ilə əlaqədar hissəsinin baxılmamış saxlanılması barədə Şəki Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(075)-840/2021 saylı qərardadı nəzərə alınmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı QSC-nin xeyrinə 4072,05 manat məbləğində kredit borcu, 21,89 manat məbləğində faiz borcu və 5 manat cərimə borcu olmaqla, cəmi 4098,94 manat dolları borc və 30 manat dövlət rüsumu tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. İddiaçı QSC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə İddiaçı QSC-nin iddia tələbinin “İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 27.06.2019-cu il tarixli 007A********** saylı kredit müqaviləsinin ləğv edilməsi” ilə əlaqədar hissəsinin baxılmamış saxlanılması barədə Şəki Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(075)-840/2021 saylı qərardadı nəzərə alınsın. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-840/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-840/2021
20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver