Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-846/2021 24.05.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, Ərizəçi, maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi Hacı-X1 iştirakları ilə Ərizəçi «istifadə hüququnun tanınması» tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Şəki rayonu Qumux kəndində yerləşən, rekonstruksiya olunaraq istismara tam yararlı və mülkiyyətində olan 200 kv.m torpaq sahəsində tikdirdiyi qeyri-yaşayış binasına mülkiyyət hüququnun tanınması, yəni adına dövlət qeydiyyatına alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə 12 aprel 2021-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, məhkəmə hazırlıq iclası 27 aprel 2021-ci il tarixdə keçirilmiş, mülki işin məhkəmə baxış iclası bu günə, yəni 24 may 2021-ci il tarixə, saat 10:00-a təyin edilmişdir. 24 may 2021-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 oğlu ərizə ilə bağlı mübahisə olduğunu bildirdi və ərizənin baxılmamış saxlanılmasını xahiş etdi. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 259.0.10-cu maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsində ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olması müəyyən edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi Ərizəçi Şəki rayonu Qumux kəndində yerləşən, rekonstruksiya olunaraq istismara tam yararlı və mülkiyyətində olan 200 kv.m torpaq sahəsində tikdirdiyi qeyri-yaşayış binasına mülkiyyət hüququnun tanınması, yəni adına dövlət qeydiyyatına alınması barədə ərizəsinə baxılarkən onun ərizəsində göstərdiyi tələb məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi tərəfindən mübahisələndirilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 259.0.10, 263-264, 266-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi «istifadə hüququnun tanınması» tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi izah edilsin ki, o, ümumi qaydada yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-846/2021
Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-846/2021
24.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver