Məhkəmə qərarları › İş №2(075)-85/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-85/2021

05.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-85/2021 05.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı və onun vəkili X1, Cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət X30 Bölmələrini X24 Rayon Mərkəzi X16 Şəxsinin nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Şəki Rayon Mərkəzi X16 Şəxsə, maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs3 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Şəki Rayon Mərkəzi X16 Şəxsin həkimlərinin səhlənkarlığı uzundən ona vurulmuş 5800 manat maddi zərər və 45 000 manat mənəvi ziyanın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı məhkəməyə tələbin azaldılmasına dair ərizə təqdim edərək, iş üzrə Maraqlı şəxs1 maraqlı şəxslər siyahısından çıxarılmasını, digər şəxslərə münasibətdə iddiasının təmin olunmasını xahiş etmişdir. Tələbin azaldılması barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Həmçinin məhkəmə iclasında cavabdeh X20 Mərkəzi MPM-nin 54-cü maddəsinə əsasən iddiaçının razılığı ilə cavabdeh əsl cavabdeh olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət X30 Bölmələrini X24 Rayon Mərkəzi X16 Şəxslə əvəz edilmişdir. Məhkəmə iclası zamanı İddiaçı izahatında göstərmişdir ki, Qəbələ rayonundan olmaqla Qəbələ şəhərində yaşamışlar. Mərhumə həyat yoldaşı Kərimova (Fətəliyeva) Aygün Famil qızı ilə xx.xx.2008-ci il tarixdə ailə qurmuş və həmin nikahdan 2009-cu il tarixdə onların Əli və Yusif adında əkiz uşaqları anadan olmuşdur. Mərhum həyat yoldaşı ilə çox mehriban ailə şəraitində yaşamış, əkiz üşaqlarının olmasına hədsiz sevinmiş və onları böyük qayğı ilə böyüdərək tərbiyyə etməyə başlamışlar. Əkiz uşaqları analarına, anaları isə uşaqlar çox bağlı olmuşdur. Əkiz uşaqları böyütmək nisbətən daha çox qayğı və diqqət tələb etdiyindən bir müddət növbəti uşaqlarının doğulması barədə düşünməmişlər. Lakin əkiz uşaqları 5 yaş yarımlığında olanda həyat yoldaşı Aygün hamilə qalmış və 2015-ci ilin aprel ayında Şəki RPM-də qeysəriyyə kəsiyi əməliyyatından sonra Məryəm adında bir qız uşağı anadan olmuşdur. Lakin Məryəm doğulduqdan təxminən iki saat sonra həyat yoldaşı X18 cavabdehin və maraqlı şəxslərin təqsiri (səhlənkarlığı) üzündən xx xxxxx 2015-ci il tarixdə Şəki şəhərində xəstəxanada vəfat etmişdir. Bununla da onların ailə xöşbəxtliyinə son qoyulmuşdur. İzahat verərək bildirmişdir ki, arvadı X13 Qəbələ rayon MRX-nin göndərişi əsasında Cavabdehnə xx xxxxx 2015-ci il tarixdə aparmış və Mərkəz onu xəstə kimi xəstəxanaya qəbul etmişdir. İkinci hamiləlik zamanı onun müayinə həkimi Qəbələ MRX-da Telli həkim olmuşdur. O, arvadını Telli həkimin yanına apardıqda o, yoldaşını müayinə etmiş, qanının analizini goturmuş, zülalın mıqdarının nisbətən artdığını, lakin arvadını həkimin yanına tam vaxtında gətirdiyini, narahatçılığa ehtiyac olmadığını bildirərək, arvadının orada müalicə etməyə ixtiyarının olmadığını bildirərək ona göndəriş vermişdir. Qəbələ MRX-nın göndərişi ilə həyat yoldaşını X21 Mərkəzə aparmışdır. X21 Mərkəzdə A.Kərimovanı Nəzakət adlı həkim qəbul etmiş və arvadını müayinə edərək, resept yazaraq ona vermişdir kı, reseptdə qeyd olunan dərmanları tapıb gətirsin. O da həmin dərmanları alıb Nəzakət həkimə çatdırmışdır. Nəzakət həkimin yazdığı dərmanlar insan təzyiqini tənzimləyən dərmanlar olmuşdur. Həmçinin Nəzakət adlı həkim bildirmişdir ki, xəstəni bir həftə orada saxlayıb evə buraxacaqlar. O, həyat yoldaşını orada qoyub Qəbələyə evə qayıtmışdır. Səhərisı gün Saniyə adlı həkim ona zəng vuraraq Aygünün həkimi olduğunu bildirmiş, onu Şəkiyə dəvət etmişdir. Dərhal Şəkiyə gələrək Saniyə həkimlə görüşmüşdür. Saniyə həkim ona bildirmişdir ki, xəstədə qorxulu ciddi bir problem yoxdur. O, yenə də Saniyə həkimin məsləhəti ilə iynə-dərman alıb həkimə vermişdir ki, yoldaşı müalicə olunsun. O, hər gün Saniyə həkimlə telefon əlaqəsi saxlamış və mütəmadi olaraq xəstənin yanına gedibgəlmişdir. Hətta o, Aygündən ona burada necə baxmalarını soruşanda, arvadı razılığını bildirmişdir. Onun həyat yoldaşı artıq vəfat etmişdir. Belə ki, Maraqlı şəxs1 vəzifəli şəxs olaraq Cavabdehn hamiləliyin patologiyası şöbəsinin müdiri vəzifəsində işlədiyi dövrdə işinə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməmiş, müdiri olduğu şöbəyə daxil olan xəstələrin müalicəsinin keyfiyyətinə müntəzəm nəzarət həyata keçirməli olmasına baxmayaraq “Qeysəriyyə kəsiyi əməliyyatı üzrə kliniki protokol”-a görə ağır dərəcəli preeklampsiya diaqnozunun hamiləlik və doğuş vaxtı qeysəriyyə kəsiyi əməliyyatı üçün təcili göstəriş olduğu halda qeyd edilən protokolun həmin tələbini pozaraq Qəbələ MRX-nın “33-34 həftəlik hamiləlik, orta-ağır dərəcəli preeklampsiya” diaqnozlu göndərişi əsasında xx xxxxx 2015-ci il tarixdə X21 Mərkəzə daxil olmuş, arvadını xx xxxxx 2015-ci il tarixdə müayinə edərək sonuncuya “ağır dərəcəli preeklampsiya” diaqnozu qoysa da Aygün Kərimovanın üzərində təcili qeysəriyyə kəsiyi əməliyyatının aparılmasını, həmçinin lazımi mütəxəssislərin konsultativ baxışlarını, konsiliumun vaxtında çağırılmasını və əlavə müayinə tədqiqatlarının aparılmasını təmin etməmiş, sonuncuda inkişaf edən ağır patologiya (preeklampsiya) və onun fəsadlarını adekvat qiymətləndirməmiş, ağırlıq vəziyyətinə adekvat olan müalicə taktikasını düzgün seçməmiş və bunlar Aygün Kərimovada mövcud olan patoloji vəziyyətin daha da ağırlaşması ilə nəticələnmişdir. X19 vəziyyətinin ağırlaşması ilə bağlı üzərində xx xxxxx 2015-ci il tarixdə, saat 12:00 radələrində gecikdirilmiş qeysəriyyə kəsiyi əməliyyatı aparılsa da, Maraqlı şəxs1 yuxarıda qeyd edilən səhlənkar əməlləri Aygün Kərimovada proqressivləşən patoloji halların əməliyyatdan sonra aparılmış müalicə tədbirlərinə tabe olmamasına və geridönməz fəsadlara səbəb olmuş və sonuncu xx xxxxx 2015-ci il tarixdə, saat 21:40 radələrində ağır dərəcəli preeklampsiya ilə əlaqədar inkişaf etmiş kəskin böyrək-qaraciyər çatışmazlığı nəticəsində X21 Mərkəzdə ölmüşdür. O, arvadını, uşaqlarının anasının həyatını və sağlamlığını həkimlərə etibar etmişdir. Onun əsas tələbi tibb müəssisəsinə və həmin müəssisəyə rəhbərlik rəhbərlik edən, səhlankar həkimlərə qarşıdır. Belə ki, baş həkim Maraqlı şəxs2 xəstə ilə bir dəfə də olsun maraqlanmamışdır. Nəticədə Şəki rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 1(075)-9/2016 saylı hokmu ilə Maraqlı şəxs1 Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş və barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək iki il sınaq müddəti tətbiq edilərək cəzası şərti hesab edilmişdir. Cinayət işinin istintaqı zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxs Maraqlı şəxs1 və şahidlərin ifadə və izahatları ilə də təsdiq olunur ki, baş həkim kimi Maraqlı şəxs2 xəstə reanamasiya şöbəsində olan zaman, bir dəfə də olsun maraqlanmamış, vəzifəsinə səhlənkar münasibət göstərmişdir. Həmçinin xəstəyə reanimasiya şöbəsində olarkən ranimoloq şöbəsinin həkimi Nizami həkim də nəzarət etməmişdir. Bir sözlə xəstə baxımsız qalmış, həkim nəzarəti olmamış, nəticədə həyat yoldaşı ölmüşdür. O, xəstənin ölümü ilə əlaqədar həm maddi, həm də mənəvi ziyan çəkmişdir. Belə ki, xəstənin dəfələrlə yanına gedib-gəlmiş, iynə-dərmanlara çoxlu xərclər çəkmişdir. Ölümündən sonra müsəlman adət-ənənəsinə görə 3, 7 cümə axşamları və 40 mərasimləri vermiş, həyat yoldaşına qəbir üstü abidə qoydurmuşdur. Bundan başqa o, mənəvi zərər də çəkmişdir. Belə ki, o həyat yoldaşını öz əli ilə aparıb xəstəxanada ölümünə şərait yaratmışdır deyə onu qınayanlar da vardır. Onun körpə uşaqlarının analarının ölümü onun iş qabiliyyətini də məhdudlaşdırmışdır. Belə ki o, normal iş qabiliyyətini itirmişdir. Çünki körpə uşaqları baxımsız qoyub normal maddi şərait yaratmaq onun üçün çox çətindir. Cavabdeh tibb müəssisəsinin və həkimlərinin səhlənkar, cinayətkar hərəkətləri uşaqlarını anasız qoymuş, onu isə normal iş fəaliyyətindən məhrum etmişdir. Anaları vəfat edən zaman əkiz uşaqları 5 yaşında olduqlarından analarının ölümü ilə elə də maraqlanmamışlar. Lakin hazırda onların 13 yaşları var və ətraf aləmi yaxşı dərk edirlər. Hər dəfə analarının niyə vəfat etmələrini ondan soruşduqda onlara hər hansı cavab verməkdə çətinlik çəkirlər. Ona deyirlər anamızı niyə ölməyə imkan verdin. Bundan başqa qızı Məryəm heç ana südünü belə qəbul etməmişdir. Onu çətinliklə böyütmüşdür. İndi Məryəmin 6 yaşı var. Bütün bunlar onda dərin mənəvi sarsıntılar yaratmış, həmin sarsıntılar hələ də davam edir. Bununla əlaqədar olaraq onun hansı mənəvi sarsıntılar keçirdiyini təsəvvür etmək elə çətin deyildir. Bu səbəbdən onun cavabdehdən mənəvi zərər tələb etmək haqqıdır. Mövcud işdə cavabdeh tibb müəssisəsinin cinayətkar səhlənkarlığı Dövlət tibb müəssisələrinə insanlarda inamsızlıq aşılayır. Bildirdi ki, maddi ziyan Şəkiyə gedib-gəlmək üçün 1000 manat, aldığı dərmanlar üçün 250 manat, üç mərasimləri üçün 1800 manat, cümə axşamlarında 1500 manat, qırx keçirmək üçün 900 manat, baş daşı 850 manat, yas mərasimlərini yola vermək üçün çadır kirayə pulu 400 manat, mənəvi ziyan isə 45000 manatdan ibarətdir. Əlavə olaraq qeyd etmişdir ki, həyat yoldaşı vəfat etdikdən sonra öyrənmişdir ki, ana ölümləri Şəki RPM-də ilk dəfə deyil baş vermişdir. Bundan əvvəl və sonra da Şəki RPM-də ana ölümləri baş vermiş və Şəki Rayon Mərkəzi Xəstəxanasının həkimi Maraqlı şəxs1 X35 məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilmiş və hal hazırda cəzasını çəkir. Hesab edir ki, iddia əsaslıdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili X2 da İddiaçı ilə eyni məzmunda izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Maraqlı şəxs2 izahat verərək göstərmişdir ki, X11 əməliyyatında o da iştirak etmişdir. X4 vəfatı onun təqsiri ucbatından olmamışdır. X11 vəfatında təqsirli olan şəxs artıq öz cəzasını almışdır. Belə ki, Şəki rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 1(075)-9/2016 saylı hokmu ilə Maraqlı şəxs1 Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş və barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək iki il sınaq müddəti tətbiq edilərək cəzası şərti hesab edilmişdir. Əgər onun da Aygünün ölümündə təqsiri olmuş olsa idi istintaq zamanı bu hal müəyyən edilərdi. İddianın ona aidiyyəyi yoxdur. Buna görə də qanuna müvafiq olan qətnamə qəbul edilməsinə etiraz etmir. Digər Maraqlı şəxs3a məhkəmə iclasının yeri və vaxtı barədə məlimat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət X30 Bölmələrini X24 Rayon Mərkəzi X16 Şəxsinin nümayəndəsi Vəkil məhkəmə iclasında iddianı qəbul etməyərək göstərdi ki, həqiqətən də Kərimova (Fətəliyeva) Aygün Famil qızı 2015-ci ilin aprel ayında Qəbələ MRX-nın göndərişi ilə X21 Mərkəzə daxil olmuş, xəstə müayinə olunaraq üzərində qeysəriyyə əməliyyatı aparılmşdır. Lakin üşaq anadan sağ-salamat götürülsə də ana özü əməliyyatdan bir neçə saat sonra Şəki Rayon Mərkəzi X16 Şəxsin tabeliyində olan Şəki RPM-də vəfat etmişdir. Baş vermiş qeyd edilən hadisəyə görə əməliyyat həkimi Şəki rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 1(075)-9/2016 saylı hokmu ilə Maraqlı şəxs1 Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş və barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək iki il sınaq müddəti tətbiq edilərək cəzası şərti hesab edilmişdir. Hesab edir ki, qeyd edilən hadisədə Şəki Rayon Mərkəzi X16 Şəxsinin hər hansı cavabdehliyi yoxdur. Göründüyü kimi həmin hadisəyə cavabdehlik daşıyan həkim Maraqlı şəxs1 artıq öz cəzasını almışdır. Düşünmürlər ki, həmin hadisə ilə bağlı mənəvi zərər vermuşlar. Bundan başqa hesab edir ki, iddiaçının özünün əməlində cinayət tərkibi vardır. Belə ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, Şəki MX-nın həkimlərinin tələbi və göstərişi ilə müxtəlif dərmanlar alaraq aparıb həkimlərə vermişdir. Sual olunun əgər belədirsə bəs nəyə görə həmin həkimlərin qeyriqanuni tələbləri ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etməmişdir. Həmçinin qeyd etmişdir ki, iddiaçı tələb etdiyi maddi zərərlə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Buna görə də maddi zərərlə bağlı da iddiaçının iddiası əsassızdır. Odur ki, iddiaçının iddiasını əsassız hesab etdiklərindən iddianın tamamilə rədd edilməsini məhkəmədən xahiş edirlər. İşə əlavə edilmiş AZ-İ 461655 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə X8 arasına xx.xx.2008-ci il tarixdə nikah bağlanmış, ərə Kərimov arvada isə Kərimova soyadı verilmişdir. İşdə olan Qəbələ rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, X18 xx.xx.2015-ci il tarixdə ölmüşdür. İşdə olan Şəki Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 1(075)-9/2016 nömrəli hökmünün təsdiq edilmiş surətindən görünür ki, Maraqlı şəxs1 Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirli biliərək, iki il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Maraqlı şəxs1 barəsində CM-nin 70-ci maddəsi ttəbiq edilməklə ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzası iki il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 1(075)-9/2016 nömrəli hökmünün təsdiq edilmiş surətinin 10-11-ci səhifələrindən görünür ki, Qəbələ RİHB Qəbələ şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmişarayışdan görünür ki, X11 ailə üzvləri İddiaçı, 2009-cu il təvəllüdlü əkiz uşaqları - X23, X15 və 2015ci il təvəllüdlü qızı X6 ibarət olmuşdur. İşdə olan Qəbələ şəhər sakinləri tərəfindən tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli aktdan görünür ki, mərhumə X11 İddiaçı, qardaşları X3 və X5 dediklərinə görə İddiaçı dəymi maddi ziyan Şəkiyə gedib-gəlmək üçün 1000 manat, aldığı dərmanlar üçün 250 manat, üç günlükdə 1800 manat, cümə axşamlarında 1500 manat, qırx keçirmək üçün 900 manat, baş daşı 850 manat, yas mərasimlərini yola vermək üçün çadır kirayə pulu 400 manatdan ibarət olmuşdur. İşə əlavə edilmiş Şəki rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(075)-33- 2020 saylı qətnaməsinin məzmunundan görünür ki, Maraqlı şəxs1 Hüseynovna X35 Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 311.1 və 314.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, ona CM-nin 311.1-ci maddəsi ilə 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq, eləcə də həkimlik fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 314.2-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq, eləcə də həkimlik fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 66.3-cü və 66.4-cü maddələrinə əsasən əsas cəza əlavə cəza ilə qismən toplanmaqla və əlavə cəza əsas cəzaya birləşdirilməklə o, qəti olaraq 2 (iki)il 6 (altı) ay müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq, eləcə də həkimlik fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 46.3-cü maddəsinə əsasən əlavə cəzanın əsas cəzanın çəkidiyi 5 (beş) il müddətə və bundan əlavə, hökmdə bu cəza üçün müəyyən edilmiş 2 (iki) il 6 (altı) ay müddətə şamil edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin tutulduğu xx xxxxx 2018-ci il tarixdən hesablanması və barəsində seçilmiş ‘"həbs" qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. Həmin hökm qanuni qüvvəsini almışdır. Məhkəmə iş üzrə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı vardır. Konstitusiyanın 68-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəsin ona dəymiş zərərin əvəzini tələb etmək hüququ vardır. Məhkəmə araşdırması zamanı iş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 1(075)-9/2016 nömrəli hökmü ilə Maraqlı şəxs1 məhkum edilmişdir ona görə ki, o, vəzifəli şəxs olaraq Cavabdehn hamiləliyin patologiyası şöbəsinin müdiri vəzifəsində işlədiyi dövrdə işinə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməmiş, yəni şöbə müdirinin nümunəvi vəzifə təlimatına əsasən öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativhüquqi aktların müvafiq qaydada yerinə yetirilməsinə görə məsuliyyət daşımasına və müdiri olduğu şöbəyə daxil olan xəstələrin müalicəsinin keyfiyyətinə müntəzəm nəzarət həyata keçirməli olmasına baxmayaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının xx xxxxxxx 2013-cü il tarixli, 30 saylı qərarı ilə təsdiq edilmiş “Qeysəriyyə kəsiyi əməliyyatı üzrə kliniki protokol”-a görə ağır dərəcəli preeklampsiya diaqnozunun hamiləlik və doğuş vaxtı qeysəriyyə kəsiyi əməliyyatı üçün təcili göstəriş olduğu halda qeyd edilən protokolun həmin tələbini pozaraq Qəbələ MRX-nın “33-34 həftəlik hamiləlik, orta-ağır dərəcəli preeklampsiya” diaqnozlu göndərişi əsasında xx xxxxx 2015-ci il tarixdə X21 Mərkəzə daxil olmuş, xx xxxxxx 1991-ci il təvəllüdlü X13 xx xxxxx 2015-ci il tarixdə müayinə edərək sonuncuya “ağır dərəcəli preeklampsiya” diaqnozu qoysa da Aygün Kərimovanın üzərində təcili qeysəriyyə kəsiyi əməliyyatının aparılmasını, həmçinin lazımi mütəxəssislərin konsultativ baxışlarını, konsiliumun vaxtında çağırılmasını və əlavə müayinə tədqiqatlarının aparılmasını təmin etməmiş, sonuncuda inkişaf edən ağır patologiya (preeklampsiya) və onun fəsadlarını adekvat qiymətləndirməmiş, ağırlıq vəziyyətinə adekvat olan müalicə taktikasını düzgün seçməmiş və bunlar Aygün Kərimovada mövcud olan patoloji vəziyyətin daha da ağırlaşması ilə nəticələnmişdir. Aygün Kərimovanın vəziyyətinin ağırlaşması ilə bağlı üzərində xx xxxxx 2015-ci il tarixdə, saat 12:00 radələrində gecikdirilmiş qeysəriyyə kəsiyi əməliyyatı aparılsa da, Maraqlı şəxs1 yuxarıda qeyd edilən səhlənkar əməlləri Aygün Kərimovada proqressivləşən patoloji halların əməliyyatdan sonra aparılmış müalicə tədbirlərinə tabe olmamasına və geridönməz fəsadlara səbəb olmuş və sonuncu xx xxxxx 2015-ci il tarixdə, saat 21:40 radələrində ağır dərəcəli preeklampsiya ilə əlaqədar inkişaf etmiş kəskin böyrək-qaraciyər çatışmazlığı nəticəsində ehtiyatsızlıqdan X21 Mərkəzdə ölmüşdür. Buna görə də cavabdeh Şəki Rayon Mərkəzi X16 Şəxsinin həkimi olmuş Maraqlı şəxs1 Hüseynovna törətdiyi həmin cinayət əməlinə görə Şəki Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 1(075)-9/2016 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirli biliərək, iki il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, onun barəsində CM-nin 70-ci maddəsi ttəbiq edilməklə ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzası iki il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. Hazırda Şəki Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 1(075)-9/2016 nömrəli hökmü qanuni qüvvəsini almışdır. Göründüyü kimi cavabdeh Maraqlı şəxs1 Hüseynovna vəzifəli şəxs olaraq Cavabdehn hamiləliyin patologiyası şöbəsinin müdiri vəzifəsində işlədiyi dövrdə işinə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməmiş, səhlənkarlıq edərək işə laqeyd münasibəti nəticəsində xəstənin düzgün diaqnoz qoyularaq müalicəsinin, üzərində cərrahiyyə əməliyyatının aparılmasının, o cümlədən əməliyyatın təhlükəsiz aparılmasının, əməliyyat zamanı və əməliyyatdan sonra zəruri tibbi yardımların tibb sahəsində qüvvədə olan normativ sənədlərin tələblərinə uyğun göstərilməsinin təşkili ilə bağlı üzərinə düşən vəzifələri lazımı qaydada yerinə yetirməmiş və nəticədə ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X11 ölümünə səbəb olmuşdur. Bunun da nəticəsində İddiaçı həyat yoldaşından, azyaşlı uşaqlar Əli, Yusif və Məryəm isə analarından məhrum olmuşlar. Buna görə də İddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək iddianı müdafiə etmiş, cavabdeh isə iddianı qəbul etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin dördüncü bəndinə əsasən Dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə yuxarıda göstərilən əsaslarla belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxs X11 ölümünə səbəb cavabdeh Maraqlı şəxs1 Hüseynovnanın səhlənkarlıq edərək işinə laqeyd münasibəti nəticəsində xəstənin düzgün diaqnoz qoyularaq müalicəsinin, üzərində cərrahiyyə əməliyyatının aparılmasının, o cümlədən əməliyyatın təhlükəsiz aparılmasının, əməliyyat zamanı və əməliyyatdan sonra zəruri tibbi yardımların tibb sahəsində qüvvədə olan normativ sənədlərin tələblərinə uyğun göstərilməsinin təşkili ilə bağlı üzərinə düşən vəzifələri lazımı qaydada yerinə yetirməmiş olsa da, mərhum X11 ölümü ilə bağlı delikt nəticəsində iddiaçılara dəymiş olan zərər həkimlər tərəfindən deyil, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinin tələbinə əsasən həkimlərin həmin vaxt işlədiyi cavabdeh “Şəki Rayon Mərkəzi Xəstəxanası” X22 alınaraq iddiaçıya verilməli və iddia tələbi maraqlı şəxslərə münasibətdə təmin edilməməlidir. Cavabdeh “Şəki Rayon Mərkəzi Xəstəxanası” X25 də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinin tələbi baxımından ödənilmiş əvəz miqdarında Maraqlı şəxs1 Hüseynovaya qarşı və ya digər həkimlərə qarşı geriyə tələb (reqres) hüququnun olması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi xx xxx 2002-ci il tarixli qərarında Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəalarının yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsi nəzərdə tutulduğunu qeyd etmişdir. Qüvvədə olan mülki qanunvericilik normalarına müvafiq olaraq mülki hüquq məsuliyyəti qanunda və müqavilədə nəzərdə tutulan elə bir tədbirdir ki, bunun tətbiqi öhdəliyi lazımınca icra etməyən və ya icra etməyən borclu üçün dövlətin məcburetmə qüvvəsi ilə təmin edilən əmlak xarakterli mənfi nəticələr yaradır. Mülki hüquq məsuliyyətinin tətbiq edilməsi üçün tərəflər arasında müqavilə öhdəlikləri olmadığı halda mülki hüquq pozuntusu barədə mübahisələr mülki qanunvericiliyin mülki hüquq pozuntularını tənzimləyən normaları əsasında həll olunur. Beləliklə, müqavilədən kənar (delikt) məsuliyyət odur ki, bu məsuliyyət bir-biri ilə müqavilə münasibətlərində olmayan zərərvuranla (borcu ilə) zərərçəkən (kreditor) arasında əmələ gəlir. Bu cür məsuliyyət fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına və işgüzar nüfuzuna ziyan vurulması nəticəsində əmələ gəlir. Məhkəmə iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olaraq hesab edir ki, iddiaçı ilə cavabdeh arasında hər hansı bir müqavilə öhdəlikləri olmadığından iddiaçının ziyanın əvəzinin ödənilməsi barədə tələblərinə hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsində mülki hüquq pozuntualrı (deliklər) üçün nəzərdə tutulmuş hüquq normalarına istinad edilməlidir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1096.1-ci və 1097.1-ci maddələrinin təfsirindən göründüyü kimi, qanunvericilik mülki hüquq məsuliyyətinin yaranması üçün mülki hüquq pozuntusunun tərkibini təşkil edən zərərin vurulması, borclunun (zərərvuranın) hüquqa zidd, yəni qeyriqanuni davranışı, borclunun (zərərvuranın) hüquqa zidd davranışı ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri olması kimi elementləri ilə şərtləndirmişdir. Avropa Məhkəməsinin qərarlarında təşəkkül tapmış fikrə görə, məhkəmənin presedent-hüququna uyğun olaraq ərizəçi çəkdiyi məhkəmə xərclərinin və digər məsrəfərin əvəzini o halda almaq hüququna malikdir ki, həmin xərclər həqiqətən və zəruri olaraq çəkilmiş olsun və miqdarca ağlabatan olsun. Həmin Məcəllənin 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir Məhkəmə iddiaçının 5800 manat maddi ziyan tələbinə münasibət bildirərək hesab edir ki, iddiaçı bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Buna görə də məhkəmə iddianın maddi zərər hissəsini əsassız hesab edir. Məhkəmə qeyd edir ki, cəmiyyətdə formalaşmış adət normalarına uyğun olaraq hər bir vəfat etmiş şəxs üçün onun yaxınları tərəfindən yas mərasimləri keçirilir və vəfat etmiş şəxsin qəbirüstü abidəsi götürülür və yaxud da başqa xərclər çəkilir. Bu mənada məhkəmə iddiaçının maddi ziyanla bağlı tələbinə anlayışla yanaşır. Lakin həmin 5800 manat ziyan məbləğini əks etdirən sübutlar məhkəməyə təqdim edilmədiyindən məhkəmə iddiaçının iddiasının maddi ziyan hissəsində təmin edilməməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri- əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsinin göstərilən Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə iclasında mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, İddiaçı həyat yoldaşı olan X18 cavabdeh “Şəki Rayon Mərkəzi Xəstəxanası” X28 həkim-cərrah işləmiş Maraqlı şəxs1 həkim səhvi nəticəsində ölməsi iddiaçı üçün yüksək dərəcəli mənəvi sarsıntı və iztiraba səbəb olmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının vəfat etmiş arvadının, həmçinin anasız qalmış 3 azyaşlı uşaqlarının analarının vəfat etməsi nəticəsində iddiaçının çəkdiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə aradan qaldırılması və vəfat etmiş ananın həyata qaytarılması mümkün olmasa da, mövcud şəraitdə iddiaçının xeyrinə məhkəmə qaydasında pul kompensasiyası müəyyən olunması iddiaçıda, dolayısı ilə onun uşaqlarında və yaxınlarında müəyyən təsəlli rolu oynaya bilər. Məhkəmə mənəvi ziyanla gəldiyi nəticə “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarında məhkəmələrə verilmiş tövsiyyələrə də uyğundur. Belə ki, Ali Məhkəmənin Plenumunun qeyd olunan Qərarında göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X12 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə X29 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X12 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X29 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X12 Haqqında Konvensiya”nın müddəaları və X29 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Avropa məhkəməsi tərəfindən baxılmış “X7rşı” (xx xxxx 2006-cı il) ərizəçinin mənəvi ziyan ödənilməsi barədə tələbinə dair işində Rusiya Federasiyası höküməti etirazını bildirərək ərizəçinin ona mənəvi ziyan vurması barədə heç bir sübut təqdim etməməsinə görə mənəvi ziyana görə kompensasiya tələbinin təmin olunmamasını xahiş etmişdir. Avropa Məhkəməsi qərarında göstərmişdir ki, ərizəçi cavabdehin hərəkətləri nəticəsində müəyyən mənəvi sarsıntılara məruz qalmış və işsizliyə görə müavinət onun yeganə dolanışıq mənbəyi olmuşdur. Məhkəmə ədalətlilik prinsipinə istinad edərək ərizəçiyə kompensasiyanın ödənilməsini vacib hesab etmişdir. Avropa məhkəməsi tərəfindən baxılmış “Oyalın Türkiyəyə qarşı işi üzrə (xx xxxx 2010-cü il) qərarında deyilir; “Dövlət etiraz edərək bildirdi ki, mənəvi zərərlə bağlı tələb hədsiz çoxdur və ədalətsizdir. Dövlət daha sonra bildirdi ki, hər hansı məbləğdə mənəvi zərərin tutulması əsassız zənginləşməyə səbəb olacaqdır. Dövlətin təmin olunacaq məbləğin səbəbsiz zənginləşmə təşkil etməsi arqumentinə gəldikdə, məhkəmə qeyd etmişdir ki, şəxsin çəkdiyi əzab və istirab, sarsıntı heç bir məbləğlə, hətda ən yüksək məbləğlə belə kompensasiya edilə bilməz.” Göründüyü kimi qeyd edilən bu faktın nəticəsi kimi İddiaçı 3 (üç) körpə uşaqları analarının vəfatı nəticəsində mənəvi sarsıntıya, mənəvi və maddi zərərə məruz qalmaqla, ana südü, ana qayğısı, ana nəvazişi, ana tərbiyyəsi kimi vahid ailədə yaşamaq kimi dünyada heç kimin əvəz edə bilmədiyi və əvəz edilməz hesab edilən mənəvi dəyərlərdən, hüquq və maddiyyətlərdən məhrum olmuşlar. İddiaçı isə özü üç uşağını anasız böyültmək, onların tərbiyə, təhsil, sağlamlıqlarının qayğısına təkbaşına qalmaq məcburiyyətində qalmışdır. İddiaçı sadalanan bu maddi, mənəvi, əxlaqi və hüquqi dəyərlərdən cavabdehin təqsiri ucbatından məhrum olmuşdur. Bununla da cavabdeh tərəfindən iddiaçının qanunla qorunan hüquq və mənafeylərnə mühüm, ağır nəticələrə səbəb olan yəni bərpası mümkün olmayan zərər vurulmuşdur. Qanunvericilyin tələblərinə əsasən iddiaçı qeyd edilənlərin nəticəsində vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdırlar. Buna görə də iddiaçıya dəymiş mənəvi zərərə görə ağlabatan məbləğdə kompensasiya cavabdeh “Şəki Rayon Mərkəzi Xəstəxanası” X32 alınaraq ididaçıya verilməlidir. Məhkəmə cavabdeh “Şəki Rayon Mərkəzi Xəstəxanası” X32 alınaraq iddiaçıdan verilməli kompensasiyanın məbləğini müəyyən edərkən işin hallarını, tərəflərin diqqətəlayiq mənafelərini nəzərə alaraq, kompensasiya məbləğini 25 000 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, cavabdeh “Şəki Rayon Mərkəzi Xəstəxanası” X32 İddiaçı vurulmuş mənəvi ziyanın əvəzi olaraq 25 000 manat tutularaq ona ödənilməlidir. Əsaslı olmadığından iddia tələbinin qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Tələb edilmədiyindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227.1 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət X30 Bölmələrini X24 Rayon Mərkəzi X16 Şəxsdən vurulmuş mənəvi ziyan məbləği olaraq 25 000 (iyirmi beş min) manat pul alınaraq İddiaçı verilsin. İddia qalan hissələrdə təmin edilməsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sərdlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar