Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-850/2021 04.05.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 avqust 2006-cı il təvəllüdlü X4, 16 sentyabr 2011-ci il təvəllüdlü X3 və 07 mart 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh sabit pul məbləğində hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 525 manat alimentin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 02 oktyabr 2005-ci ildə ailə həyatı qurmuş, birgə nikahlarından 10 avqust 2006-cı il təvəllüdlü X4, 16 sentyabr 2011-ci il təvəllüdlü X3 və 07 mart 2014-cü il təvəllüdlü X5 adlı uşaqları dünyaya gəlmişdir. Münasibətləri baş tutmadığından nikahları məhkəmə qaydasında pozulmuş, birgə nikahlarından dünyaya gəlmiş 10 avqust 2006-cı il təvəllüdlü İlfan Məmmədova, 16 sentyabr 2011-ci il təvəllüdlü Nahidə Məmmədova və 07 mart 2014-cü il təvəllüdlü Zəfər Məmmədovun anaları Cavabdeh himayəsində saxlanılmaları qət edilmişdir. Şəki Rayon Məhkəməsinin 04 may 2018-ci il tarixli, 2(075)-1519/2018 saylı qətnaməsi ilə 10 avqust 2006-cı il təvəllüdlü X4, Şəki Rayon Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli, 2(075)-3234/2018 saylı qətnaməsi ilə 16 sentyabr 2011-ci il təvəllüdlü X3 və Şəki Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 2(075)-793/2020 saylı qətnaməsi ilə 07 mart 2014-cü il təvəllüdlü X5 onun himayəsinə verilmişdir. Cavabdeh həmin qətnamələrlə razılaşmış, apellyasiya şikayəti verməmişdir. Cavabdeh onları atıb getmiş, övladları ilə maraqlanmamış və onlara heç bir maddi köməklik göstərməmişdir. O isə təkbaşına himayəsində olan uşaqların ehtiyaclarını qarşılamaqda çətinlik çəkir. Cavabdeh da bir valideyn kimi uşaqların normal qidalanması, geyiminin təmin edilməsində, xəstələndikdə müalicə olunmasında iştirak etməlidir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətlərindən görünür ki, 10 avqust 2006-cı il təvəllüdlü X4, 16 sentyabr 2011-ci il təvəllüdlü X3 və 07 mart 2014-cü il təvəllüdlü X2 ataları İddiaçı, anaları isə Cavabdehdır. İşdə olan Şəki Rayon Məhkəməsinin 04 may 2018-ci il tarixli, 2(075)-1519/2018 saylı qətnaməsindən görünür ki, 10 avqust 2006-cı il təvəllüdlü X4 atası İddiaçı himayəsinə verilmişdir. Şəki Rayon Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli, 2(075)-3234/2018 saylı qətnaməsindən görünür ki, 16 sentyabr 2011-ci il təvəllüdlü X3 atası İddiaçı himayəsinə verilmişdir. Şəki Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 2(075)-793/2020 saylı qətnaməsindən görünür ki, 07 mart 2014-cü il təvəllüdlü X5 atası İddiaçı himayəsinə verilmişdir. Məhkəmə iclasında iddiaçının izahatı, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı 02 oktyabr 2005-ci il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə Cavabdeh ilə ailə qurmuşdur. Onların birgə nikahlarından 10 avqust 2006-cı il təvəllüdlü X4, 16 sentyabr 2011-ci il təvəllüdlü X3 və 07 mart 2014-cü il təvəllüdlü X5 adlı uşaqları anadan olmuşdur. Tərəflər ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşamalarına baxmayaraq sonradan münasibətləri pisləşmiş, nikahları məhkəmə qaydasında pozulmuşdur. Hazırda tərəflərin birgə nikahlarından doğulmuş uşaqlar iddiaçının himayəsindədir. İddiaçı iddianı müdafiə edir. Cavabdeh isə məhkəmə iclaslarında iştirak etməməklə iddiaya münasibət bildirməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının MPM-nin 234.2.1-ci maddəsinin tələblərinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin rəsmi iş yerinin olmaması onu uşaqları ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən maddi vəziyyətinin hansı səviyyədə olması onu uşaqları saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Çünki uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Məhkəmə uşaqların saxlanılması üçün zəruri tələbatı, İddiaçı uşaqların saxlanılması üçün artan tələbatları ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 10 avqust 2006-cı il təvəllüdlü X4, 16 sentyabr 2011-ci il təvəllüdlü X3 və 07 mart 2014-cü il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə aliment tutulmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilmədiyindən iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, 10 avqust 2006-cı il təvəllüdlü X4, 16 sentyabr 2011-ci il təvəllüdlü X3 və 07 mart 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 65 (altmış beş) manat olmaqla, cəmi 195 (bir yüz doxsan beş) manat aliment Cavabdeh tutulub İddiaçı verilməli, alimentin tutulmasının əvvəli iddiaçının məhkəməyə ərizə verdiyi vaxtdan, yəni 13 aprel 2021-ci il tarixdən hesablanmalı, alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilməli, iddianın qalan hissəsi əsaslı olmadığından təmin edilməməlidir. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 10 avqust 2006-cı il təvəllüdlü X4, 16 sentyabr 2011-ci il təvəllüdlü X3 və 07 mart 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 65 (altmış beş) manat olmaqla, cəmi 195 (bir yüz doxsan beş) manat aliment Cavabdeh tutularaq İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli 13 aprel 2021-ci il tarixdən hesablansın. İddianın qalan hissəsi təmin edilməsin. Alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-850/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-850/2021
04.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver