Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-916/2021 27.05.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh uşaqları 19 iyun 2010-cu il təvəllüdlü X1 və 27 oktyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün ödənilməli olan alimentin miqdarının artırılaraq, hər ay 200 manat miqdarında alimentin xeyrimə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı qızı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, Şəki Rayon Məhkəməsinin 2(075)-574/2017 saylı qətnaməsinə əsasən onunla Cavabdeh arasında bağlanmış 03 aprel 2012-ci il tarixli nikah pozulmuşdur. Onların birgə nikahdan anadan olmuş uşaqları 19 iyun 2010-cu il təvəllüdlü X2 və 27 oktyabr 2011-ci il təvəllüdlü X3 onun himayəsində saxlanılmışdır. Həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşaq üçün 90 manat aliment təyin edilmişdir. Lakin daha sonra cavabdeh ona barışmaq təklifi etmiş, onu uşaqları ilə birlikdə evinə gətirmiş və bir müddət nikahsız birlikdə yaşamışlar. Bu müddət ərzində cavabeh onu icra şöbəsinə apararaq yığılmış 3000 manat aliment borcundan imtina etməsini xahiş etmiş və o, ərizə ilə yığılmış 3000 manat aliment borcundan imtina etmişdir. Lakin sonradan cavabdeh, başqa bir qadınla münasibət qurmuş və həmin qadınla birlikdə yaşayaraq ona və ailəsinə biganə yanaşmağa başlamışdır. Hazırda cavabdeh ona heç bir yardım göstərmir. 90 manat aliment məbləği indiki zamana görə çox azdır, uşağa baxmaq üçün kifayət etmir. Günü-gündən övladının təlabatı artır. Belə ki, uşaq normal qaydada yeməli, müalicə olunmalı, ona pal-paltar alınmalı, təhsili və uşağın dünya görüşünün artırılması ilə bağlı zəruri hazırlıqlar görülməlidir. Bu il əvvəlki illərə nisbətən hər şeyin qiyməti qalxmışdır. Eyni zamanda uşaqlarının biri 5-ci sinifdə, o biri isə 3-cü sinifdə oxuyur, 4 fənn üzrə hazırlğıa gedir. Hər ay hər fənn üzrə 50 manat olmaqla, cəmi 200 manat pul ödəyir. İstəyir ki, onun uşağı yaxşı oxusun, keyfiyyətli təhsil alsın. Uşağın qayğısına qalmaq, təlim-tərbiyəsi ilə məşğul olmaq, uşağa baxmaq valideynlərin borcudur. Buna görə də məhkəmə qətnaməsi ilə ödənilməli olan alimentin miqdarının artırılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. “xxxx” MMC-də dərzi vəzifəsində işləyir və əmək haqqısı 250 manat təşkil edir. İddia tələbində hər uşağa görə 200 manat aliment tələb etsə də məhkəmə tərəfindən hər uşaq üçün hər ay 150 manat aliment müəyyən edilməsinə etiraz etmir. İddianın təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmiş və ya məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin 05 iyun 2017-ci il tarixli, 2(075)-574/2017 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə cavabdeh İddiaçı arasında bağlanmış 03 aprel 2012-ci il tarixli nikah pozulmuş, tərəflərin birgə nikahdan olan uşaqları-19 iyun 2010-cu il təvəllüdlü X1 və 27 oktyabr 2011-ci il təvəllüdlü X1 anaları İddiaçı yanında saxlanılmış, həmin uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğində 90 manat alimentin iddiaçı Cavabdeh alınaraq cavabdeh İddiaçı verilməsi, alimentin tutulmasının əvvəlinin 05 iyun 2017-ci il tarixdən hesablanması qət edilmişdir. İşdə olan vahid məhkəmə portalından 27.05.2021-ci il tarixdə çıxarılmış vətəndaş haqqında məlumatdan görünür ki, İddiaçı “xxxx” MMC-də dərzi vəzifəsində işləyir və əmək haqqısı 250 manat təşkil edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə iddianın qismən təmin edilməsi qənaətinə gələrkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci və 112.1-ci maddələrini, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının və «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun hazırkı münasibətləri tənzimləyən normalarını rəhbər tutmuşdur. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı Şəki Rayon Məhkəməsinin 05 iyun 2017-ci il tarixli, 2(075)-574/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşaqların saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 19 iyun 2010-cu il təvəllüdlü X3 və 27 oktyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı qismən artırılmalıdır. Lakin iddiaçının “xxxx” MMC-də dərzi vəzifəsində işləməklə 250 manat əmək haqqı almasını, həmçinin iddiaçının 05 iyun 2017-ci il tarixdən sonra cavabdehin maddi və əmlak vəziyyətində əsaslı dəyişikliyin olması barədə məhkəməyə hər hansı sübutun təqdim edilməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli 19 iyun 2010-cu il təvəllüdlü X3 və 27 oktyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəki Rayon Məhkəməsinin 05 iyun 2017-ci il tarixli, 2(075)-574/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay, hər uşaq üçün sabit pul məbləğində 125 (bir yüz iyirmi beş) manat olmaqla, cəmi 250 manat məbləğində müəyyən edilməli, aliment tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. 19 iyun 2010-cu il təvəllüdlü X3 və 27 oktyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəki Rayon Məhkəməsinin 05 iyun 2017-ci il tarixli, 2(075)- 574/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay, hər uşaq üçün sabit pul məbləğində 125 (bir yüz iyirmi beş) manat olmaqla, cəmi 250 manat sabit pul məbləğində müəyyən edilsin və həmin aliment tutularaq İddiaçı ödənilsin. İddianın qalan hissədə təmin edilməsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-916/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-916/2021
27.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver