Məhkəmə qərarları › İş №2(075)-932/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-932/2021

18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-932/2021 18.05.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi ilə, İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, 13.11.2019-cu il tarixli müqaviləyə əsasən İİMEİ Kodu **********13201 olan Huawei P Smart Z markalı telefon və aksesuar üçün 548 (beş yüz qırx səkkiz) manat ödənilməmiş hissə, 54 (əlli dörd) manat cərimə, 24.02.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********12612 olan Samsung Galaxy A51 markalı telefon üçün 817,2 (səkkiz yüz on yeddi manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 81 (səksən bir) manat cərimə, ümumilikdə 1500,2 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1530,2 manat Cavabdeh alınaraq "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materillarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, cavabdeh, « xxxx » MMC ilə 13.11.2019-cu il və 24.02.2020-ci il tarixli müqavilələrə əsasən, İİMEİ Kodu **********13201 olan Huawei P Smart Z markalı telefon və aksesuar və İMEİ Kodu **********12612 olan Samsung Galaxy A51 markalı telefon almış və nəticədə 1500,2 (min beş yüz manat iyirmi qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 13.11.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 702 (yeddi yüz iki) manat (12 ay x 58 manat + 6 manat ilkin ödəniş) İİMEİ Kodu **********13201 olan Huawei P Smart Z markalı telefon və aksesuar üçün ümumilikdə 602 (altı yüz iki) manat olmaqla cavabdehdən 548 (beş yüz qırx səkkiz) manat ödənilməmiş hissə, cərimə 174 manat (0,58 manat x 300 gün) hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq 54 (əlli dörd) manat cərimə; 24.02.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 986,2 (doqquz yüz səksən altı manat iyirmi qəpik) manat (18 ay x 45.4 manat +169 manat itkin ödəniş) İMEİ Kodu **********12612 olan Samsung Galaxy A51 markalı telefon üçün ümumilikdə 898,2 (səkkizyiiz doxsan səkkiz manat iyirmi qəpik) manat olmaqla ondan 817,2 (səkkiz yüz on yeddi manat iyirmi qəpik) manat ödənilməmiş hissə, cərimə 175 manat (0,45 manat x 390 gün) hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq 81 (səksən bir) manat cərimə borcu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 323 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 284-4-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, 13.11.2019-cu il tarixli müqaviləyə əsasən İİMEİ Kodu **********13201 olan Huawei P Smart Z markalı telefon və aksesuar üçün 548 (beş yüz qırx səkkiz) manat ödənilməmiş hissə, 54 (əlli dörd) manat cərimə, 24.02.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********12612 olan Samsung Galaxy A51 markalı telefon üçün 817,2 (səkkiz yüz on yeddi manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 81 (səksən bir) manat cərimə, ümumilikdə 1500,2 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1530,2 Cavabdeh alınaraq «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq «xxxx» MMC-nin ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 13.11.2019-cu il tarixli müqaviləyə əsasən İİMEİ Kodu **********13201 olan Huawei P Smart Z markalı telefon və aksesuar üçün 548 (beş yüz qırx səkkiz) manat ödənilməmiş hissə, 54 (əlli dörd) manat cərimə, 24.02.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********12612 olan Samsung Galaxy A51 markalı telefon üçün 817,2 (səkkiz yüz on yeddi manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 81 (səksən bir) manat cərimə, ümumilikdə 1500,2 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1530,2 Cavabdeh alınaraq «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar