Məhkəmə qərarları › İş №2(075)-982/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-982/2021

07.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-982/2021 07.06.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı Məmmədova (Osmanova) Çinarə Rahib qızının iştirakı ilə, İddiaçı Məmmədova (Osmanova) Çinarə Rahib qızının Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Məmmədova (Osmanova) Çinarə Rahib qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ünvan 1 ünvanında qeydiyyatda olan, Cavabdeh ilə onun arasında,19.12.2001-ci il tarixdə, rəsmi olaraq 209 sayla bağlanmış nikahdan doğulmuş. 04.04.2005-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması ilə bağlı, hər ay üçün 120 (bir yüz iyirmi) manat olmaqla müəyyənləşdirilmiş aliment məbləğinin miqdarını artırmaqla, alimentin 200 (iki yüz) manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Məmmədova (Osmanova) Çinarə Rahib qızı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, Şəki Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(075)-843/2020 saylı qətnaməsi ilə 25 avqust 2002-ci il təvəllüdlü X2 və 04 aprel 2005-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 120 (yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin Cavabdeh tutulub ona verilməsi, alimentin tutulmasının əvvəlinin 19 may 2020-ci il tarixdən hesablanması qət edilmişdir. Şəki Rayon Məhkəməsinin 24.11.2020-ci il tarixli, 2(075)-1028/2020 saylı qətnaməsi ilə cavabdeh ünvan 2 ünvanında qeydiyyatda olan, Cavabdeh ilə onun arasında, 19.12.2001-ci il tarixdə rəsmi olaraq bağlanmış, 209 saylı nikahın pozulması qət etmişdir. Hal-hazırda hərbi xidmətdə olan, 25.08.2002-ci il təvəllüdlü X2 25.08.2020-ci il tarixində yetkinlik yaşına çatmış və onunla əlaqədar ödənilən aliment dayandırılmışdır. Ancaq, son vaxtlar ölkədə pandemiya (covid-19) ilə əlaqədar baş verənlər və bir çox həyat üçün əhəmiyyətli məhsulların qiymətlərinin bahalaşması, onun himayəsində saxlanılmış, 04.04.2005-ci il təvəllüdlü X1 yetkinlik yaşa çatanadək saxlanması üçün, hər ay üçün sabit pul məbləğində müəyyən edilmiş 120 (bir yüz iyirmi) manatı yetərsiz edir. Həmçinin aldığıa məlumata görə, cavabdeh hər aya 500-600 manat pul qazanır. O isəheç bir yerdə işləmir. İddianın təmin edilməsini məhkəmədən xaiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmiş və ya məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, Şəki Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(075)-843/2020 saylı qətnaməsi ilə 25 avqust 2002-ci il təvəllüdlü X2 və 04 aprel 2005-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 120 (yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin Cavabdeh tutulub iddiaçıya verilməsi, alimentin tutulmasının əvvəlinin 19 may 2020-ci il tarixdən hesablanması qət edilmişdir. Şəki Rayon Məhkəməsinin 24.11.2020-ci il tarixli, 2(075)-1028/2020 saylı qətnaməsi ilə cavabdeh ünvan 2 ünvanında qeydiyyatda olan, Cavabdeh ilə Məmmədova (Osmanova) Çinarə Rahib qızı arasında, 19.12.2001-ci il tarixdə rəsmi olaraq bağlanmış, 209 saylı nikahın pozulması qət etmişdir. İddiaçı tərəf iddianı müdafiə etmiş, cavabdeh isə məhkəmə iclasına gəlməyərək iddiya hər hansı münasibət bildirməmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(075)-843/2020 saylı qətnaməsindən görünür ki, 25 avqust 2002-ci il təvəllüdlü X2 və 04 aprel 2005-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 120 (yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin Cavabdeh tutulub iddiaçıya verilməsi, alimentin tutulmasının əvvəlinin 19 may 2020-ci il tarixdən hesablanması qət edilmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin 24.11.2020-ci il tarixli, 2(075)-1028/2020 saylı qətnaməsindən çıxarışdan görünür ki, cavabdeh ünvan 2 ünvanında qeydiyyatda olan, Cavabdeh ilə Məmmədova (Osmanova) Çinarə Rahib qızı arasında, 19.12.2001-ci il tarixdə rəsmi olaraq bağlanmış, 209 saylı nikahın pozulması qət etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə iddianın qismən təmin edilməsi qənaətinə gələrkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci və 112.1-ci maddələrini, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının və «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun hazırkı münasibətləri tənzimləyən normalarını rəhbər tutmuşdur. Göründüyü kimi tərəflərin övladlarından biri olan X2 25 avqust 2002-ci il təvəllüdlü olmaqla artıq yetkinlik yaşına çatmışdır. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, Məmmədova (Osmanova) Çinarə Rahib qızının Şəki Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(075)-843/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşağın saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, Aidanın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı qismən artırılmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilməməsini nəzərə alaraq iddia tələbi qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli Aidanın yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(075)-843/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay 150 manat məbləğində müəyyən edilməli, aliment tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. 04 aprel 2005-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(075)-843/2020 nömrəli qətnaməsi ilə Cavabdeh tutulması müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay 150 manat sabit pul məbləğində müəyyən edilsin və həmin aliment tutularaq Məmmədova (Osmanova) Çinarə Rahib qızına ödənilsin. İddianın qalan hissədə təmin edilməsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar