Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-313/2025 13.01.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi İddiaçı Cəlal oğlunun iştirakı ilə İddiaçı Cəlal oğlunun cavabdeh Şəmkir rayon X1 Hüquqi şəxsinə qarşı əmrin ləğvi, işdə olmadığı müddətdə məcburi əmək haqqı və işə bərpa tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cəlal oğlunun cavabdeh Şəmkir rayon X1 Hüquqi şəxsinə qarşı əmrin ləğvi, işdə olmadığı müddətdə məcburi əmək haqqı və işə bərpa tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı Cəlal oğlu məhkəməyə yazılı ərizə təqdim edərək, iddia ərizəsinin qaytarılmasını və iddianın baxılmamış saxlanmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Şəmkir rayon X1 Hüquqi şəxsinə məhkəmə iclası zamanı iddiaçının iddiasına mahiyyəti üzrə baxılmasını təkid etmədiyini və bununla bağlı ərizəyə baxılıb yekun qərar qəbul edilməsini tələb etmədiyini bildirdi. Məhkəmə iddiaçının ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçının ərizəsi əsaslı olduğundan təmin edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmaqla həmin mülki iş baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanır. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsinin qaytarılmasını tələb edir, o işə baxılmasına təkid etmir. Cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını tələb etmir. Tərəflərin bu hərəkətlərində qanuna zidd hal yoxdur və bu hər hansı üçüncü şəxsin mənafeyinə qarşı yönəlməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cəlal oğlunun iddiası, iddiaçının ərizəsinə əsasən Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsində nəzərdə tutulan əsasla baxılmamış saxlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Cəlal oğlunun cavabdeh Şəmkir rayon X1 Hüquqi şəxsinə qarşı əmrin ləğvi, işdə olmadığı müddətdə məcburi əmək haqqı və işə bərpa tələbinə dair iddiası baxılmamış saxlansın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Taleh Musayev
Məhkəmə qərarları › İş №2(076)-313/2025
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-313/2025
13.01.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver