Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-390/2025 10.04.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Heydərova Nazlı Azər qızının sədrliyi Heydərov Cəmil Elxan oğlunun katibliyi İddiaçı: İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə2 Cavabdeh: Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi (vəkil) Nümayəndə1 iştirakı ilə İddiaçı, Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, çıxarışın ləğv edilməsi və pulun geri qaytarılması tələbi”nə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM : İddiaçı, Cavabdeh2 və Cavabdeh3 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, çıxarışın ləğv edilməsi və pulun geri qaytarılması tələbi”nə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Şəmkir rayon 1 saylı Notariat ofisində tərtib edilmiş xx.xx.2024-cü il tarixli 4Ə-1026 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, dövlət reyestrində xx.xx.2024-cü il tarixdə **********17 nömrə ilə qeydiyyat alınmış reyestr qeydinin ləğv edilməsi,Cavabdeh2 verdiyi 75000 manat pulun, ödədiyi 315 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə alınması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə2 izahatında göstərdi ki, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin özünə qaytarılmasını, işin baxılmamış saxlanmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi (vəkil) Nümayəndə1 izahatında göstərdi ki, heç bir etirazı yoxdur, işə mahiyyəti üzrə baxılmasını tələb etmir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatını, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçının ərizəsi əsaslı olduğundan təmin edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmaqla həmin mülki iş baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanır. İş materiallarından görünür ki, iddiaçının nümayəndəsi iddia ərizəsinin geri qaytarılmasını tələb edir, o işə baxılmasına təkid etmir. Cavabdehin nümayəndəsi isə işə mahiyyəti üzrə baxılmasını tələb etmir. Tərəflərin bu hərəkətlərində qanuna zidd hal yoxdur və bu hər hansı üçüncü şəxsin mənafeyinə qarşı yönəlməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə2 izahatına əsasən Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsində nəzərdə tutulan əsasla mülki iş baxılmamış saxlanmalıdır. Həmçinin, məhkəmə qeyd edir ki, iddia ərizəsi baxılmamış saxlandığından ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Həmin Məcəllənin 260.3-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələsi həll edilə bilər. İddia ərizəsinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən Şəmkir Rayon Məhkəməsinin hesabına xx.xx.2024-cü il tarixdə 315 manat dövlət rüsumu ödənilmişdir. Ona görə də məhkəmə hesab edir ki, ödənilmiş 315 manat dövlət rüsumu tam şəkildə iddiaçıya qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ : İddiaçı, Cavabdeh2 və Cavabdeh3 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, çıxarışın ləğv edilməsi və pulun geri qaytarılmas tələbi”nə iddiası baxılmamış saxlansın. Ödənilmiş 315 (üç yüz on beş) manat dövlət rüsumu İddiaçı qaytarılsın. Tərəfə izah olunsun ki, ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nazlı Heydərova
Məhkəmə qərarları › İş №2(076)-390/2025
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-390/2025
10.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver