Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-367/2021 07.10.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı “pul tələbi” barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Kommersiya Bankı ASC Cavabdeh qarşı “pul tələbi”nə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək,Cavabdeh 337.57 (üç yüz otuz yeddi manat əlli yeddi qəpik) manat məbləğində əsas borc, 1,47 (bir manat qırx yeddi qəpik) manat məbləğində faiz borcu olmaqla,cəmi 339,04 (üç yüz otuz doqquz manat dörd qəpik) manat məbləğində pulun və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Kommersiya Bankı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki,bankla Cavabdeh arasında 09 dekabr 2019-cu il tarixli 1600rstBRD/19 saylı güzəştli kredit və bank hesabı müqaviləsi imzalanmışdır.Həmin müqaviləyə əsasən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq 17.06.2015-ci il tarixli 3294tkBRD/15 saylı kredit müqaviləsi üzrə restruktuzasiya olunmuş 361,01 manat məbləğində pulu borclu 60 ay müdətinə,09.12.2024-cü il tarixinədək,12 ay güzəşt müddəti tətbiq olunmaqla,illik 1% ödəməyi öhdəsinə götürmüşdür.Müqavilə bağlanan cavabdehə üzərinə götürdüyü öhdəliyin məsuliyyəti izah edilmişdir.Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq öhdəliklərini vaxtında icra etməmişdir.Bunun nəticəsində onun 03.09.2021-ci il tarixə banka 337,57 manat məbləğində əsas borcu və 1,47 manat məbləğində faiz borcu yaranmışdır.Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir və kreditor "xxxx" Kommersiya Bankı ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir Məhkəmə hazırkı iddianın qiymətinin iki min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 09 dekabr 2019-cu il tarixli 1600rstBRD/19 saylı güzəştli kredit və bank hesabı müqaviləsindən görünür ki,borclu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq 17.06.2015-ci il tarixli 3294tkBRD/15 saylı kredit müqaviləsi üzrə restruktuzasiya olunmuş 361,01 manat məbləğində pulu 60 ay müdətinə,09.12.2024-cü il tarixinədək,12 ay güzəşt müddəti tətbiq olunmaqla,illik 1% ödəməyi öhdəsinə götürmüşdür. - 1600rstBRD/19 saylı kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, Cavabdeh 361,01 manat məbləğində almış olduğu krediti 09.01.2020-ci ildən başlayaraq ilk 12 ay 0,30 qəpik,sonrakı aylar 8 manat,sonuncu ay 0,12 manat ödəniş etməklə 09.11.2024-cü il tarixədək ödəməli idi. - "xxxx" KB ASC tərəfindən Cavabdeh göndərilmiş 22.06.2021-ci il tarixli UB- BANK\PİKMD saylı bildirişdən görünür ki, cavabdehə yaranmış borcla əlaqədar rəsmi məlumat verilməklə, öhdəliklərinin icra edilməsi tələb edilmiş və əks təqdirdə kreditin,kredit faizlərinin ödənilməsi barədə məhkəməyə iddia veriləcəyi nəzərinə çatdırılmışdır. - "xxxx" KB ASC-nin 03.09.2021-ci il tarixli,UB-BANK/PİKMD/980367 saylı maliyyə arayışından görünür ki,Cavabdeh 09 dekabr 2019-cu il tarixli 1600rstBRD/19 saylı güzəştli kredit və bank hesabı müqaviləsinə əsasən "xxxx" Kommersiya Bankı ASC-yə 03.09.2021-ci il tarixinə 337.57 manat məbləğində əsas borc və 1,47 manat məbləğində faiz borcu olmaqla, cəmi 339,04 manat məbləğində borcu vardır. - Hökümət Ödəniş portalına ödənilmiş 03.09.2021-ci il tarixli ********* saylı qəbzin surətindən görünür ki,"xxxx" Kommersiya Bankı ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar olaraq 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki,kredit müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçı "xxxx" Kommersiya Bankı ASC tərəfindən Cavabdeh kredit verilmiş,iddiaçı tərəfindən kredit müqaviləsində nəzərdə tutulan öhdəliklər icra edilsə də,lakin cavabdeh həmin müqavilədən əmələ gələn öhdəliklərini yerinə yetirməmişdir.Nəticədə cavabdehin banka 03.09.2021-ci il tarixinə 337,57 manat məbləğində əsas borc və 1,47 manat məbləğində faiz borcu olmaqla,cəmi 339,04 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn,pulu ödəməli,əmlakı verməli,iş görməli,xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə,onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi,mallarda,işlərdə və xidmətlərdə) qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilməmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə ücün faizlər, əgər müqavilədə faizlərin hesablanması ücün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənnin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki,iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki,cavabdeh 09 dekabr 2019-cu il tarixli 1600rstBRD/19 saylı güzəştli kredit və bank hesabı müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyindən həmin müqavilə üzrə yaranmış 337,57 manat məbləğində əsas borc və 1,47 manat məbləğində faiz borcu olmaqla,cəmi 339,04 manat məbləğində pul vəsaiti və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 211,220, 227, 233, 284-1, 284-5,284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 09 dekabr 2019-cu il tarixli 1600rstBRD/19 saylı güzəştli kredit və bank hesabı müqaviləsi üzrə 337.57 (üç yüz otuz yeddi manat əlli yeddi qəpik) manat məbləğində əsas borc, 1,47 (bir manat qırx yeddi qəpik) manat məbləğində faiz borcu olmaqla,cəmi 339,04 (üç yüz otuz doqquz manat dörd qəpik) manat məbləğində pulun və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(077)-367/2021
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-367/2021
07.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver