Məhkəmə qərarları › İş №2(077)-422/2021

Şuşa Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(077)-422/2021

07.10.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Şuşa rayonu İş № 2(077)-422/2021 07.10.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Mən,Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızı,kreditor ünvan 1 ünvanında qeydiyyatda olan X1,borclu Şuşa rayonu,Malıbəyli kəndində qeydiyyatda olan,Bakı şəhəri,Sabunçu rayonu,Maştağa qəsəbəsi,Daş karxanası,ev 1 ünvanında məskunlaşan Borclu qarşı «borc tələbi barədə məhkəmə əmrinin çıxarılması»na dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş qeydiyyat № (VÖEN) ********** saylı şəhadətnamə əsasında ünvan 4 ünvanında qeydiyyatda olan fiziki şəxs X2 (Express Magnit) ilə Borclu arasında 23.02.2020-ci il tarixli 356982 saylı alqı-satqı müqaviləsi imzalanmışdır.Həmin müqaviləyə əsasən satıcı alqı-satqı qiyməti 556 manat olan “Xiaomi Redmi 8” markalı telefonu alıcıya vermiş,alıcı isə onu qəbul edərək avadanlığın qiymətini 10 ay müddətinə hər ay 55,60 manat ödəniş etməklə satıcıya ödəməyi öhdəsinə götürmüşdür.Lakin borclu müqavilənin şərtlərini pozmuş və üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir.Hazırkı vaxtadək borcundan cəmi 57 manat məbləğində ödəniş etmişdir.Qalan borcun ödənilməsinə dair Borclu rəsmi olaraq xəbərdarlıq edilmiş,lakin o,öhdəliyini lazımınca icra etməmişdir.Hazırda borclunun əsas borcu 499 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir,məsələn,pul ödəməli,mal verməli,iş görməli,xidmətlər göstərməli və ya müəyyən hərəkətlərdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi,mallarda,işlərdə,xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa,276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 280-cı maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində,məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki,X1 Borclu qarşı tələbi sadə yazılı formada bağlanmış əqdə əsaslandığından,həmin tələb borclunun mübahisə edilməyən vəzifəsi olduğundan və Borclu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən onun tərəfindən ödənilməli olan 499 manat əsas borc və ödənilmiş 20 manat dövlət rüsumu X1 xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 275.2,276.2.2,277,278 və 282-ci maddələrinin tələblərini rəhbər tutaraq, ƏMR ETDİM: xx.xx.1997-ci ildə Rusiya Federasiyası,Stavropol vilayətində anadan olmuş,Şuşa rayonu,Malıbəyli kəndində qeydiyyatda olan,Bakı şəhəri,Sabunçu rayonu,Maştağa qəsəbəsi,Daş karxanası,ev 1 ünvanında məskunlaşan Borclu 499 (dörd yüz doxsan doqquz) manat əsas borc və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu X1 xeyrinə tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Məhkəmə əmri icra sənədi hesab edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar