Məhkəmə qərarları › İş №2(077)-429/2021

Şuşa Rayon Məhkəməsi Qərardad — İş №2(077)-429/2021

08.10.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şuşa rayonu İş № 2(077)-429/2021 08.10.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi X1, İddiaçı "xxxx" MMC-nin Borclu qarşı “pul” tələbi barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC Borclu qarşı “pul” tələbi barədə məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək,Borclu "xxxx" MMC-nin xeyrinə 1039,28 manat məbləğində əsas borcun və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Kreditorun ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri araşdıraraq məhkəmə belə hesab edir ki,məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilməlidir. Məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki,kreditor "xxxx" MMC tərəfindən borcluya ünvanlanmış xəbərdarlıq məktubu iş materiallarına əlavə edilsə də, məktubda tarix qeyd edilməmişdir.Eyni zamanda həmin məktubun borcluya göndərilməsinə,borclunun həmin məktubu almasına dəlalət edən hər hansı sübut ərizəyə əlavə edilməmiş və ərizəyə əlavə edilmiş sənədlərin siyahısının arasında göstərilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, kreditor məsələnin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənədi, yəni borclunu borcunu ödəməsi ilə bağlı əvvəldən xəbərdar etməsinə dair sənədi ərizəyə əlavə etmədiyindən hazırkı ərizənin məhkəmə icraatı Azərbaycan Respublikası MPM-in tələblərinə uyğun olaraq mümkün deyildir. Bundan başqa,məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliklər 01 oktyabr 2021-ci il tarixdən qüvvədədir və qanunvericiliyin tələbinə əsasən, bu kateqoriya işlər üzrə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 279.2.3-cü maddəsinə əsasən, ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa, məhkəmə məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 279.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 279.4-cü maddəsinə əsasən, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Kreditor "xxxx" MMC-nin Borclu qarşı “pul” tələbi barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinin qəbulundan imtina edilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar