Məhkəmə qərarları › İş №2(077)-58/2021

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-58/2021

19.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-58/2021 19.02.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx xxxxxx 2020-ci il tarixli 16-0***-******* saylı kredit müqaviləsi üzrə 312,68 (üç yüz on iki) manat məbləğində əsas borc, 93,66 (doxsan üç) manat məbləğində faiz borcu, 34,88 (otuz dörd) manat məbləğində cərimə borcu olmaqla,ümumilikdə cəmi 441,22 (dörd yüz qırx bir) manat məbləğində pulun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh Cavabdeh xx xxxxxx 2020ci il tarixli 16-0***-******* saylı kredit müqaviləsinə əsasən “xxxx” Bank olmayan Kredit təşkilatından illik 49 faizlə 18 ay müddətinə 356 manat məbləğində kredit götürmüşdür."xxxx" Bank olmayan Kredit təşkilatı ilə İddiaçı ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair xx xxx 2018-ci il tarixli 004 nömrəli müaviləyə əsasən Cavabdeh ilə "xxxx" Bank olmayan Kredit təşkilatı arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli 16-0***-******* saylı müqaviləyə görə kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ “xxxx” ASC-yə ötürülmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq,borc öhdəliyini icra etməkdən boyun qaçırır.2020ci il dekabrın 15-dək cavabdeh Cavabdeh banka xx xxxxxx 2020-ci il tarixli 16-0***-******* saylı kredit müqaviləsi üzrə 312,68 manat əsas borc,93,66 manat faiz borcu və 34,88 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 441,22 manat borcu vardır.Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq borcu ödəməkdən boyun qaçırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə müvafiq olaraq, hazırki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdeh tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, kiçik mübahisələr üzrə iddia tələbi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan “xxxx” BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli 16-0***-******* saylı kredit müqaviləsindən görünür ki, “xxxx” BOKT tərəfindən cavabdehə 18 ay müddətinə illik 49 faiz olmaqla 356 manat məbləğində kredit xətti açmışdır. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli 16-0***-******* saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh 356 manat məbləğində almış olduğu krediti xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay 28,31 manat,sonuncu ay 28,39 manat ödəmək şərti ilə xx.xx.2021-ci il tarixədək ödəməli idi. İş materiallarında olan «xxxx» İKB ASC ilə «xxxx» BOKT MMC arasında bağlanmış xx xxx 2018-ci il tarixli 0004 saylı tələbetmə hüquqlarının güzəşt olunmasına dair müqavilədən görünür ki,razılaşdırılmış müqavilələrə əsasən Borcalana qarşı bütün hüquqları,həmçinin qeyd olunmuş öhdəliklərin icrasını təmin edən hüquqları və razılaşdırılmış müqavilələrə əsasən tələbetmə hüquqları ilə əlaqəli digər hüquqları,o cümlədən tam həcmdə ödənilməmiş faizləri,həmçinin ödənilməmiş təcili və artırılmış faizləri,cərimə sanksiyalarını Hüquq sahibi,yəni «xxxx» BOKT MMC güzəşt edir,Hüquq əldə edən,yəni «xxxx» İKB ASC isə qeyd edilən hüquqları qəbul edir. İş materiallarında olan «xxxx» BOKT MMC ilə «xxxx» İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 004 nömrəli xx xxx 2018-ci il tarixli müqaviləyə hüquqların ötürülməsi barədə 28 fevral 2020-ci il tarixli 990 nömrəli sazişin 7-ci bəndindən görünür ki, «xxxx» BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli 16-0***-******* saylı kredit müqaviləsi üzrə «xxxx» BOKT MMC hüquqlarını «xxxx» ASC-yə ötürür. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx xxxxxx 2020-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixinə İddiaçı ASC-yə 312,68 manat məbləğində əsas borcu,93,66 manat faiz borcu və 34,88 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə,cəmi 441,22 manat məbləğində borcu vardır. İş materiallarında olan hökümət ödəniş portalına ödənilmiş xx.xx.2020-ci il tarixli, qəbzin surətindən görünür ki, «İddiaçı » ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar olaraq 20,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan «İddiaçı » ASC tərəfindən cavabdeh Cavabdeh göndərilmiş xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki,cavabdehə yaranmış borcla əlaqədar rəsmi məlumat verilməklə,öhdəliklərinin icra edilməsi tələb edilmiş və əks təqdirdə kreditin,kredit faizlərinin ödənilməsi barədə məhkəməyə iddia veriləcəyi nəzərinə çatdırılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kredit müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçı «xxxx» BOKT MMC tərəfindən cavabdeh Cavabdeh kredit verilmiş, «xxxx» BOKT MMC tərəfindən kredit müqaviləsində nəzərdə tutulan öhdəliklər icra edilmiş və «xxxx» BOKT MMC tələbetmə hüquqlarını «xxxx» İKB ASC-yə güzəşt etmişdir.Lakin cavabdeh həmin müqavilədən əmələ gələn öhdəliklərini yerinə yetirməmişdir. Nəticədə cavabdehin banka 312,68 manat məbləğində əsas borc,93,66 manat məbləğində faiz borcu və 34,88 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə,cəmi 441,22 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh Cavabdeh xx xxxxxx 2020-ci il tarixli 16-0***-******* saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyindən həmin müqavilə üzrə yaranmış 312,68 manat məbləğində əsas borc,93,66 manat məbləğində faiz borcu və 34,88 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə cəmi 441,22 manat məbləğində pul vəsaiti və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2130,68-220, 227, 233, 284-1, 284-5, 284-30,68 və 330,680-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Cavabdeh 312,68 (üç yüz on iki) manat məbləğində əsas borc, 93,66 (doxsan üç) manat məbləğində faiz borcu , 34,88 (otuz dörd) manat cərimə borcu olmaqla ümumilikdə, cəmi 441,22 (dörd yüz qırx bir) manat məbləğində pulun və ödənilmiş 20 manat manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar