Məhkəmə qərarları › İş №2(077)-74/2021

Şuşa Rayon Məhkəməsi Qərardad — İş №2(077)-74/2021

18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şuşa rayonu İş № 2(077)-74/2021 18.02.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbi»nə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh 2800 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək Cavabdeh borcunu tam ödəmiş,ona görə də,mülki işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 191.2-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi məhkəməyə göndərilən yazılı ərizədə ifadə olunmalı və məhkəmə iddiaçının iddiadan imtina etməsini təsdiq etdikdə qərardad çıxarmaqla iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu məhkəmə tərəfindən qəbul edilmişdirsə hakim iş üzrə icraata xitam verir. İş materiallarından göründüyü kimi İddiaçı iddiadan imtina etməsi digər şəxslərin hüquqlarını pozmur.Ona görə də,iddiaçının iddiadan imtina ərizəsi qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 191,261-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «pul tələbi»nə dair iş üzrə iddiadan imtina ərizəsi qəbul edilsin və mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan (alındığı vaxtdan) 10 (on) gün müddətində Şuşa Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar