Məhkəmə qərarları › İş №2(077)-75/2021

Şuşa Rayon Məhkəməsi Qərardad — İş №2(077)-75/2021

07.01.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şuşa rayonu İş № 2(077)-75/2021 07.01.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ İddiaçı Cəfərli (Qasımova) Əsmər Habil qızı cavabdeh Borclu qarşı “barışıq sazişini təsdiq etmək və tələbdən imtina etməklə icra sənədi üzrə icraata xitam verilməsi” tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cəfərli (Qasımova) Əsmər Habil qızı iddia ərizəsi ilə Şuşa Rayon Məhkəməsinə müraciət edərək,təqdim etdiyi xx.xx.2020-ci il tarixli Barışıq Sazişinin məhkəmə qaydasında təsdiq edilməsini,o cümlədən məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentdən övladı X1 18 yaşı tamam olanadək imtina etdiyini əsas götürərək 2(077)-42/19 saylı xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsinin mümkünlüyü yoxlayarkən, iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia ərizəsi yolverilməzliyinə görə qəbul edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olmasını, habelə qanunla qorunan hüquqi mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin), aktın mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasını ehtiva edir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şuşa Rayon Məhkəməsinin 2(077)-42/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Borclu ilə X4 arasındakı nikah ləğv edilmiş,birgə nikahdan olan xx.xx.2016-cı il təvəllüdlü X5 anası X2 himayəsində saxlanılmış və xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2016-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanması üçün Borclu hər ay 160 manat məbləğində aliment tutularaq X3 ödənilməsi qət edilmişdir.Hazırda Cəfərli (Qasımova) Əsmər Habil qızı alimentdən imtina etdiyini bildirirərək 2(077)-42/19 saylı xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir.İddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun xx.xx.2020-ci il tarixli qərarından görünür ki,icra sənədinin məhkəməyə göndərilməsi qərara alınmışdır.Beləliklə məhkəmə qeyd edir ki,iş üzrə yekun qərar çıxarıldığından barışıq sazişinin təsdiq edilməsi mümkün deyildir.Həmçinin icra sənədi üzrə icraata xitam verilməsi icra məmurunun səlahiyyətlərinə aiddir. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü və 153.5-ci maddələrinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Odur ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası MPM-in 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. xx.xx.2020-ci il tarixli **********11 saylı ödəniş qəbzinə əsasən “xxxx” ASC-yə dövlət rüsumu kimi ödənilmiş 30 manat pul Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən Cəfərli (Qasımova) Əsmər Habil qızına qaytarılmalıdır Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153.2.1, 153.3, 153.4, 153.5, 153.6, 263 və 264 -cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cəfərli (Qasımova) Əsmər Habil qızı cavabdeh Borclu qarşı “barışıq sazişini təsdiq etmək və tələbdən imtina etməklə icra sənədi üzrə icraata xitam verilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər Cəfərli (Qasımova) Əsmər Habil qızına qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar