Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-76/2021 25.02.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ İŞuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X5 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2012-ci il təvəllüdlü X3 və xx xxxx 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün alimentin miqdarının artırılaraq Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat məbləğində olmaqla,ümumilikdə 340 (üç yüz qırx) manat məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx xxxxxxx 2010-cu il tarixdə rəsmi nikaha daxil olmuşdur.Birgə nikahlarından xx xxxxxx 2012-ci il tarixdə oğlu Nihad və xx xxxx 2014-cü il tarixdə Murad doğulmuşdur.Şuşa Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə birgə nikahlarından olan uşaqları onun himayəsində saxlanılmış və xx xxxxxxx 2017-ci il tarixdən başlayaraq onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçüb hər birinə ayda 77 manat məbləğində alimentin Cavabdeh tutulması qət edilmişdir.Hazırda 2 azyaşlı uşağa 77 manat məbləğində aliment ilə baxmaq çox çətindir.Cavabdehlə bu barədə danışıqlar aparsa da,o alimentin miqdarını könüllü artırmadığından məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki,ümumilikdə 340 manat məbləğində aliment ödəməyə maddi imkanı çatmır.Belə ki,onun daimi iş yeri olsa da,aylıq əmək haqqı dəyişkəndir.Ona görə də,hər ay hər uşağa görə 100 olmaqla,cəmi 200 manat məbləğində aliment ödəyə bilər. Məhkəmə iş materiallarını araşdırıb,iddiaçının və cavabdehin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, uşaqların mənafeyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: - Şuşa rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxx 2012-ci il tarixdə verilmiş AZ-İİ № 781918 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 birgə nikahından xx xxxxxx 2012-ci il tarixdə X6 doğulmuşdur. - Şuşa rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxx 2014-cü il tarixdə verilmiş AZ-İİİ № 320536 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından xx xxxx 2014-cü il tarixdə X7 doğulmuşdur. - Şuşa Rayon Məhkəməsinin 2(077)-47/18 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Şuşa rayon Qeydiyyat şöbəsində xx.xx.2010-cu il tarixində bağlanmış 130 saylı nikah qeydinin ləğv edilməsi, İddiaçı ilə Cavabdeh birgə nikahlarından anadan olmuş xx xxxxxx 2012-ci il təvəllüdlü X6 və xx xxxx 2014-cü il təvəllüdlü X7 anası İddiaçı himayəsində saxlanılması və xx.xx.2017-ci il tarixdən başlayaraq onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər birinə ayda 77 manat məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, Cavabdeh ilə İddiaçı xx xxxxxxx 2010-cu il tarixdə nikahlarını bağlamışlar. Tərəflərin birgə nikahlarından xx xxxxxx 2012-ci il təvəllüdlü X6 və xx xxxx 2014-cü il təvəllüdlü X7 anadan olmuşdur. Şuşa Rayon Məhkəməsinin 2(077)- 47/18 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə birgə nikahdan olan uşaqlar anası İddiaçı himayəsində saxlanılmış və onların saxlanılması üçün cavabdehdən hər ay 77 manat olmaqla,cəmi 154 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Uşaqlar halhazırda iddiaçı ilə birlikdə yaşayırlar.Cavabdehin daimi iş yeri olmasına baxmayaraq,aylıq müntəzəm və sabit qazanca malik olmadığından aliment məbləğinin onun qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün deyildir.Məhkəmə,uşaqların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, birgə nikahdan anadan olmuş uşaqların saxlanılması üçün cavabdehdən hər ay iddiaçının xeyrinə tutulmalı olan alimentin miqdarı hər uşağa 120 (bir yüz iyirmi) olmaqla,cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində müəyyən edilməli və artırılmış aliment məhkəmə qətnaməsi qanuni qüvvəsini aldığı vaxtdan tutulmalıdır. Azərbaycan Respublikası МPМ-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilmiş hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlara əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası МPМ-nin 77,88,172-179, 182,183,192,209-214,216-220 və 360-cı maddələrini rəhbər tutaraq,məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Şuşa rayon Məhkəməsinin 2(077)-47/18 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təyin edilən alimentin məbləği artırılsın. Cavabdeh xx xxxxxx 2012-ci il təvəllüdlü X3 və xx xxxx 2014-cü il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatanadək bu qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq hər ay 120 (bir yüz iyirmi) olmaqla,cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(077)-76/2021
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-76/2021
25.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver