Məhkəmə qərarları › İş №2(078)-111/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-111/2021

11.01.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-111/2021 11.01.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Naxçıvan Şəhər İcra Hakimiyyəti yanında "Qəyyumluq və Himayə Komissiyası”nın nümayəndəsi X2 iştirakı ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxxx 1948-ci ildə Naxçıvan şəhərində anadan olmuş X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə Ərizəçi və ərizəçinin vəkili Vəkil məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, onlar məhkəmə baxış iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Belə olan halda iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 259.0 və 259.0.6-cı maddələrinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən, məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Ərizəçi izah olunmalıdır ki, məhkəmə ərizəçinin vəsatəti üzrə, o, məhkəmə iclasında iştirak etməməsinin və bu haqda məhkəməyə məlumat verməməsinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 259.0.6 maddəsində göstərilən əsasla, ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Ərizə baxılmamış saxlandığına görə, Ərizəçi tərəfindən “xxxx” ASC-nin Naxçıvan filialı vasitəsilə xx xxxxxxx 2020-ci il tarixli qəbzlə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.1, 260.6, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizə baxılmamış saxlanılsın. Ərizəçi tərəfindən “xxxx” ASC-nin Naxçıvan filialı vasitəsilə xx xxxxxxx 2020-ci il tarixli qəbzlə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu qaytarılsın. Ərizəçi izah olunmalıdır ki, məhkəmə ərizəçinin vəsatəti üzrə, o, məhkəmə iclasında iştirak etməməsinin və bu haqda məhkəməyə məlumat verməməsinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Qərardaddan, o tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar