Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-149/2021 11.03.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borcun alınması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh borc aldığı 5000 (beş min) manat pul vəsaitinin və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı borcun alınması tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Lakin ərizə verilərkən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin müvafiq normalarına əsasən aidiyyat qaydaları pozulmuşdur. Belə ki, iddia ərizəsinə əlavə edilmiş arayışda cavabdehin ünvan 1 mənzil 7 ünvanında qeydiyyatda olması göstərildiyindən məhkəmə tərəfindən iş icraata qəbul edilmişdir. Lakin elektron məhkəmə sistemində şəxsiyyət vəsiqəsinin məlumatlarından aydın olur ki, iş üzrə Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. Sözügedən şəxsiyyət vəsiqəsinin verilməsi tarixi 2016-cı il olaraq qeyd edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iş aidiyyət qaydaları pozulmaqla icraata qəbul edildiyindən hazırki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası MPM-in 44.2-ci və 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verməlidir. Həmin məcəllənin 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim həmin məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 44 və 45-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı Cavabdeh qarşı borcun alınması tələbinə dair mülki iş baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-149/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-149/2021
11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver