Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-166/2021 31.03.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və vurulmuş ziyanın tələb edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 2926.1 nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi, 1 ədəd JAC T6 AT markalı 2017-ci il buraxılışlı, tipi pikap, rəngi qara, dövlət qeydiyyat nişanı ** PS *** olan minik avtomaşını Cavabdeh geri alınıb İddiaçı MMC-yə təhvil verilməsinə, həmin müqaviləyə görə Cavabdeh 16528 (on altı min beş yüz iyirmi səkkiz) manat 8 ay üzrə əsas borc, həmin ziyanın ödənilmədiyi hər gecikdirilən günə görə hesablanmış cərimə aylıq ödəniş məbləğin 1% miqdarında 240 (iki yüz qırx) günə görə 4958 (dörd min doqquz yüz əlli səkkiz) manat olmaqla cəmi 21486 (iyirmi bir min dörd yüz səksən altı) manat və məhkəməyə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclası xx xxxx 2021-ci il tarixdə saat 11:00-a təyin olunmuş, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, lakin iddiaçı təşkilatın nümayəndəsi P.Hacıyeva məhkəmənin ünvanına ərizə göndərərək göndərərək mülki işin baxılmamış saxlanılması, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı təşkilatın nümayəndəsi P.Hacıyevanın ərizəsi nəzərə alınmalı və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, həmin maddənin tələbinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, İddiaçı MMC tərəfindən “xxxx” ASC 28 May filialına xx.xx.2020ci il tarixli 68229 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı MMC-nin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və vurulmuş ziyanın tələb edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı MMC tərəfindən “xxxx” ASC 28 May filialına xx.xx.2020-ci il tarixli 68229 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-166/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-166/2021
31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver