Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Naxçıvan şəhəri İş № 2(078)-196/2021 11.01.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, X3nın Borclu qarşı aliment tutulması tələbi barədə məhkəmə əmrinin verilməsinə dair ərizəyə və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdim: X1 Orxan Zakir oğluna qarşı aliment tutulması tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2013-cü il tarixdə doğulmuş X4 və xx xxxxxx 2015-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün ataları Borclu aylıq əmək haqqının 1/3 hissəsi məbləğində aliment alınıb ona ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. X3 ərizəsində, Borclu ilə xx xxxxxxx 2012-ci il tarixdə rəsmi nikah qeyd etdirib ailə qurduğunu, həmin nikahdan 2 uşaqları- xx xxxxxx 2013-cü il təvəllüdlü X4 və xx xxxxxx 2015-ci il təvəllüdlü X5 doğulduğunu, Orxanla ailə qurandan iki gün sonra işləmək məqsədilə Türkiyə Respublikasına gedib 7 il orada qaldıqlarını, uşaqların hər ikisinin də orada doğulduğunu, xx xxxxxxxx 2019-cu il tarixdə oradan qayıdıb valideynlərinin evində yaşadıqlarını, təqribən 5-6 ay sonra Orxanın hərbidə işə düzəldiyini, onun valideynlərinin də Türkiyədən gəldiyini, Orxanın gedib onların yanında qaldığını, uşaqları da özü ilə birlikdə götürüb onun atasıgilin kirayə yaşadığı evinə getdiyini, təqribən iki ay orada yaşadıqlarını, Orxanın əmək haqqını gətirib anasına verib onlarla maraqlanmadığına görə məcbur qalıb xx xxxxxxx 2020-ci il tarixdə valideynlərinin evinə qayıtdığını, həmin vaxtdan da ailə münasibətlərinin kəsildiyini, ayrı yaşadıqlarını, Orxanın nə onunla bir ər kimi, nə də uşaqlarla bir ata kimi maraqlanıb qayğılarına qalmadığını, ailə-uşağına qarşı çox laqeyd olduğunu, onun ona və uşaqlara qarşı olan bu cür rəftarı ilə razılaşa bilmədiyini, ayrı yaşadıqları bu müddət ərzində bir dəfə də olsun nə özünün, nə də valideynlərinin onlarla maraqlanmadıqlarını, özünün heç bir yerdə işləmədiyini, iki övladı ilə birlikdə valideynlərinin köməkliyi ilə çox çətinliklə yaşadıqlarını, övladlarını təkbaşına böyütdüyünü, Orxanın övladlarının saxlanılmasında ona köməklik göstərmədiyini, onların yeyibiçməyini, geyimini və digər təminatlarını ödəməyin çox çətin olduğunu, Orxanın N saylı hərbi hissədə maxe işlədiyini və yüksək məbləğdə əmək haqqı aldığını, ona görə də övladları Məhəmməd və Xədicənin yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün ataları Borclu aliment tələb etdiyini, bunları nəzərə alaraq, xx xxxxxx 2013-cü il tarixdə doğulmuş X4 və xx xxxxxx 2015-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün ataları Borclu aylıq əmək haqqının 1/3 hissəsi məbləğində aliment alınıb ona ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ərizəyə əlavə edilmiş: Az-İ seriyalı, 688198 nömrəli nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, Borclu ilə X12 arasında xx xxxxxxx 2012-ci il tarixdə Naxçıvan şəhər Nikah Evində nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 453 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına "Hüseynova" soyadı verilmişdir. AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surətinə əsasən, Borclu ilə X6 birgə nikahlarından xx xxxxxx 2013-cü il tarixdə X7 adlı uşaqları doğulmuşdur. AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surətinə əsasən, Borclu ilə X6 birgə nikahlarından xx xxxxxx 2015-ci il tarixdə X8 adlı uşaqları doğulmuşdur. AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə və Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 nömrəli X20 Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli, 01/0026 nömrəli arayışa əsasən, X2 şəhəri, 58-ci məhəllə, ev 56 ünvanında qeydiyyatdadır. Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 nömrəli X20 Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli, 01/0025 nömrəli arayışa əsasən, Hüseynov X10 şəhəri, 54-cü məhəllə, ev 25 ünvanında qeydiyyatdadır. Yuxarıda göstərilənlərə əsasən belə hesab edirəm ki, Borclu uşaqlarının maddi cəhətdən saxlanılması üçün maddi yardım göstərmədiyindən və X11 uşaqların saxlanmasında çətinlik çəkdiyindən Borclu xx xxxxxx 2021-ci il tarixdən hesablanmaqla, hər ay aylıq qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq, xx xxxxxx 2013-cü il təvəllüdlü X4 və xx xxxxxx 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün anaları X9 verilməlidir. Çünki valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 76.1.2-ci maddəsinə əsasən, iki uşağa görə valideynin qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulur. 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 276.2.4-cü maddəsinə əsasən, tələb alimentin alınması, o cümlədən atalığın müəyyən edilməsi və ya üçüncü şəxslərin cəlb edilməsi ilə bağlı olmadan yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınması haqqında verilmişdirsə, məhkəmə əmri verilə bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.3-cü maddəsinə görə, məhkəmə əmri haqqında ərizələrdən 20 (iyirmi) manat dövlət rüsumu tutulmalı olduğuna görə və həmin qanunun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə, 20 (iyirmi) manat dövlət rüsumu iş üzrə borcludan tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Yuxarda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234, 275, 280-282 və 284-cü maddələrini rəhbər tutaraq əmr etdim: xx xxxxxxx 1988-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatda olan Borclu hər ay aylıq qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq, xx xxxxxx 2013-cü il təvəllüdlü X4 və xx xxxxxx 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx xxxx 1990-cı il tarixdə Babək rayonu, Cəhri kəndində anadan olmuş, haliyədə ünvan 1 ünvanında qeydiyyatda olan X9 verilsin. Alimentin tutulması tarixinin əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Məhkəmə əmri dərhal icra olunsun. Borclu 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətinə verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №2(078)-196/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Məhkəmə əmri — İş №2(078)-196/2021
11.01.2021 · Əmr icraatı - Alimentin alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver