Məhkəmə qərarları › İş №2(078)-211/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-211/2021

21.01.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-211/2021 21.01.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, Ərizəçi rəsmi sənəddəki uyğunsuzluğun aradan qaldırılması tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Ərizəçi vəkili və nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi doğum haqqında şəhadətnaməsinin ata qrafasında Tahir adının Tahar yazılması üçün uyğunsuzluğun aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçinin vəkili və nümayəndəsi Nümayəndə xx xxxxxx 2021-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək ərizənin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Ərizəçinin vəkili və nümayəndəsi Nümayəndə məhkəmənin ünvanına daxil olmuş ərizəsini müzakirə edib belə nəticəyə gəldim ki, ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən geri qaytarılmalıdır. Belə ki, həmin maddənin tələbinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədlərləri geri qaytarır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Buna görə də Ərizəçi tərəfindən “xxxx” ASC Naxçıvan filialına xx.xx.2020-ci il tarixdə 71124 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu ərizəçiyə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Ərizəçi rəsmi sənəddəki uyğunsuzluğun aradan qaldırılması tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi tərəfindən “xxxx” ASC Naxçıvan filialına xx.xx.2020-ci il tarixdə 71124 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu ərizəçiyə geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə verilə bilər. Hakim: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar