Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-219/2021 13.01.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə köçürülmə və istifadə hüququnun verilməsi tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdim: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh mülkiyyətində olan Naxçıvan şəhəri, 28 May küçəsi, 1 nömrəli ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi və istifadə hüququnun verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələbinə riayət edilmədən verilmişdir. Belə ki, iddia ərizəsinə əlavə olunmuş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx xxxxxx 2020-ci il tarixli, 598 nömrəli məktubuna əsasən, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi X3 adına olmuşdur. xx xxxxxxxx 2012-ci il tarixdə Naxçıvan şəhər 3-cü DNK-da qeydiyyata alınan 2v/01-255 nömrəli Vərəsəlik Şəhadətnaməsi əsasında fərdi yaşayış evi xx xxxxxx 2012-ci il tarixdə X1 adına qeydiyyata alınmışdır. xx xxxxx 2013-cü il tarixdə Naxçıvan şəhər 3-cü DNK-da qeydiyyata alınan 4/ə-01-97 nömrəli Bağışlama Müqaviləsi əsasında X6 408 m2 torpaq sahəsində yerləşən ümumi sahəsi 159.5 m2 olan fərdi yaşayış evinin “A” tikilisinin bir hissəsini 100 m2 torpaq sahəsi ilə birlikdə Cavabdeh, “B” tikilisini 90 m2 torpaq sahəsi ilə birlikdə X2, yerdə qalan hissəsini isə X5 bağışlamışdır. Lakin İddiaçı iddia ərizəsinə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh mülkiyyətində olmasını təsdiq edən sənədin və digər zəruri sənədlərin əslini və ya lazımi qaydada təsdiq olunmuş surətlərini əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.5-ci maddəsinə əsasən, iddiaçı öz tələbini əsaslandırdığı halları göstərməlidir. Ona görə də, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 3.1-ci maddəsinə əsasən, məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. 89.3-cü maddəsində imperativ qaydada müəyyən olunmuşdur ki, məhkəməyə yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. 149.2.5-ci maddəsi ərizəyə əlavə edilən sənədlərin siyahısını iddia ərizəsinin tərkib hissəsi kimi müəyyən etmişdir. Bu baxımdan lazımi sübutların əslinin və yaxud lazımi qaydada təsdiq edilmiş surətinin təqdim edilməməsi iddia ərizəsinin və ona əlavə edilən sənədlərin geri qaytarılması üçün əsasdır. 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1 və 152.1.1-ci maddələrinə müvafiq olaraq, iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddia ərizəsi geri qaytarıldığına görə, İddiaçı "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə xx xxxxxx 2021-ci il tarixli qəbzlə ödədiyi 10 (on) manat məbləğində dövlət rüsumu da qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən, həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qərar verdim: İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə köçürülmə və istifadə hüququnun verilməsi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə xx xxxxxx 2021-ci il tarixli qəbzlə ödədiyi 10 (on) manat məbləğində dövlət rüsumu qaytarılsın. İddiaçı izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №2(078)-219/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-219/2021
13.01.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver