Məhkəmə qərarları › İş №2(078)-235/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-235/2021

01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-235/2021 01.03.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi X1, ünvan 1 ünvanında yerləşən iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyə n etdim: "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh "xxxx" ASC-nin xeyrinə xx xxxxx 2019-cu il tarixli 56-0***-******* nömrəli kredit müqaviləsi üzrə 313.42 (üç yüz on üç manat qırx iki qəpik) manat əsas borc, 57.91 (əlli yeddi manat doxsan bir qəpik) manat faiz borcu, 49.71 (qırx doqquz manat yetmiş bir qəpik) manat cərimə borcu olmaqla cəmi 421.04 (dörd yüz iyirmi bir manat dörd qəpik) manat borc, xx xxxx 2019-cu il tarixli 333-0***-******* nömrəli kredit müqaviləsi 504.55 (beş yüz dörd manat əlli beş qəpik) manat əsas borc, 95.83 (doxsan beş manat səksən üç qəpik) manat faiz borcu, 62.09 (altmış iki manat doqquz qəpik) manat cərimə borcu olmaqla cəmi 662.47 (altı yüz altmış iki manat qırx yeddi qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. "xxxx” ASC ərizəni onunla əsaslandırmışdır ki, Cavabdeh xx xxxxx 2019-cu il tarixli 56-0***- ******* nömrəli kredit müqaviləsinə əsasən “FİNtrend” BOKT-dan illik 35 faizlə 24 ay müddətinə 648 (altı yüz qırx səkkiz) manat kredit götürmüşdür. “FİNtrend” Bank olmayan Kredit təşkilatı ilə "İddiaçı" İKB ASC arasında bağlanmış tələb etmə hüququnun güzəşt olmasına dair 715 nömrəli xx xxx 2018-ci il tarixli 004 nömrəli müqaviləyə xx xxxxx 2019-cu il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən Cavabdeh ilə “FİNtrend” Bank olmayan Kredit təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb edilməsi hüququ " İddiaçı" İKB ASC-yə ötürülmüşdür. Eyni zamanda Cavabdeh xx xxxx 2019-cu il tarixli 333-0***-******* nömrəli kredit müqaviləsinə əsasən “FİNtrend” BOKT-dan illik 36 faizlə 24 ay müddətinə 860 (səkkiz yüz altmış) manat kredit götürmüşdür. “FİNtrend” Bank olmayan Kredit təşkilatı ilə "İddiaçı" İKB ASC arasında bağlanmış tələb etmə hüququnun güzəşt olmasına dair 715 nömrəli xx xxx 2018-ci il tarixli 004 nömrəli müqaviləyə xx xxxx 2019-cu il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən Cavabdeh ilə “FİNtrend” Bank olmayan Kredit təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb edilməsi hüququ " İddiaçı" İKB ASC-yə ötürülmüşdür. Ərizədə qeyd edilmişdir ki, borclu müqavilələrin şərtlərini pozaraq borc öhdəliyini yerinə yetirməkdən boyun qaçırmış, kredit müqavilələri üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bu günədək borcun qaytarılmasını təmin etməmişdir və nəticədə cavabdehin Kredit Müqaviləsinə əsasən banka xx xxxxxx 2020-ci il tarixinə xx xxxxx 2019-cu il tarixli 56-0***-******* nömrəli kredit müqaviləsi üzrə 313.42 (üç yüz on üç manat qırx iki qəpik) manat əsas borc, 57.91 (əlli yeddi manat doxsan bir qəpik) manat faiz borcu, 49.71 (qırx doqquz manat yetmiş bir qəpik) manat cərimə borcu olmaqla cəmi 421.04 (dörd yüz iyirmi bir manat dörd qəpik) manat borc, xx xxxx 2019-cu il tarixli 333-0***- ******* nömrəli kredit müqaviləsi 504.55 (beş yüz dörd manat əlli beş qəpik) manat əsas borc, 95.83 (doxsan beş manat səksən üç qəpik) manat faiz borcu, 62.09 (altmış iki manat doqquz qəpik) manat cərimə borcu olmaqla cəmi 662.47 (altı yüz altmış iki manat qırx yeddi qəpik) manat borcu mövcuddur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Ərizədə qeyd edilmişdir ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə, eləcə də borcalan ilə bağlanmış müqaviləyə əsasən, borcalan öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, kreditor borcalandan kredit borcunun, hesablanmış faizlərin və cərimələrin, həmçinin bununla bağlı çəkilmiş bütün xərclərin onların hesabına, o cümlədən onların əmlakları hesabına ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən cavabdehlər yuxarıda qeyd edilən pul məbləğinin (kreditin) ödənilməsinə dair öhdəlik daşıyırlar. İddiaçı təşkilat sonda Cavabdeh "xxxx" ASC-nin xeyrinə xx xxxxx 2019-cu il tarixli 56-0***-******* nömrəli kredit müqaviləsi üzrə 313.42 (üç yüz on üç manat qırx iki qəpik) manat əsas borc, 57.91 (əlli yeddi manat doxsan bir qəpik) manat faiz borcu, 49.71 (qırx doqquz manat yetmiş bir qəpik) manat cərimə borcu olmaqla cəmi 421.04 (dörd yüz iyirmi bir manat dörd qəpik) manat borc, xx xxxx 2019-cu il tarixli 333-0***-******* nömrəli kredit müqaviləsi 504.55 (beş yüz dörd manat əlli beş qəpik) manat əsas borc, 95.83 (doxsan beş manat səksən üç qəpik) manat faiz borcu, 62.09 (altmış iki manat doqquz qəpik) manat cərimə borcu olmaqla cəmi 662.47 (altı yüz altmış iki manat qırx yeddi qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: “FİNtrend” Bank olmayan Kredit təşkilatı ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli 56-0***-******* nömrəli Kredit Müqaviləsinin şərtinə əsasən Cavabdeh illik 35 faizlə 24 ay müddətinə 648 (altı yüz qırx səkkiz) manat kredit verilmişdir. “FİNtrend” Bank olmayan Kredit təşkilatı ilə "İddiaçı" İKB ASC arasında bağlanmış tələb etmə hüququnun güzəşt olmasına dair 715 nömrəli xx xxx 2018-ci il tarixli 004 nömrəli müqaviləyə xx xxxxx 2019-cu il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən Cavabdeh ilə “FİNtrend” Bank olmayan Kredit təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb edilməsi hüququ " İddiaçı" İKB ASC-yə ötürülmüşdür. İş materiallarına əlavə edilmiş müqavilənin ayrılmaz tərkib hissəsi olan Ödəmə cədvəlindən müəyyən edilir ki, tərəflər müqavilə üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışına əsasən xx xxxxx 2019-cu il tarixli 56- 0***-******* nömrəli Kredit Müqaviləsinə əsasən Cavabdeh xx xxxxxx 2020-ci il tarixə olan borcu 313.42 (üç yüz on üç manat qırx iki qəpik) manat əsas borc, 57.91 (əlli yeddi manat doxsan bir qəpik) manat faiz borcu, 49.71 (qırx doqquz manat yetmiş bir qəpik) manat cərimə borcu olmaqla cəmi 421.04 (dörd yüz iyirmi bir manat dörd qəpik) manat təşkil etmişdir. “FİNtrend” Bank olmayan Kredit təşkilatı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli 333-0***-******* nömrəli Kredit Müqaviləsinin şərtinə əsasən Cavabdeh illik 36 faizlə 24 ay müddətinə 860 (səkkiz yüz altmış) manat kredit verilmişdir. “FİNtrend” Bank olmayan Kredit təşkilatı ilə "İddiaçı" İKB ASC arasında bağlanmış tələb etmə hüququnun güzəşt olmasına dair 715 nömrəli xx xxx 2018-ci il tarixli 004 nömrəli müqaviləyə xx xxxx 2019-cu il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən Cavabdeh ilə “FİNtrend” Bank olmayan Kredit təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb edilməsi hüququ " İddiaçı" İKB ASC-yə ötürülmüşdür. İş materiallarına əlavə edilmiş müqavilənin ayrılmaz tərkib hissəsi olan Ödəmə cədvəlindən müəyyən edilir ki, tərəflər müqavilə üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışına əsasən xx xxxx 2019-cu il tarixli 333- 0***-******* nömrəli Kredit Müqaviləsinə əsasən Cavabdeh xx xxxxxx 2020-ci il tarixə olan borcu 504.55 (beş yüz dörd manat əlli beş qəpik) manat əsas borc, 95.83 (doxsan beş manat səksən üç qəpik) manat faiz borcu, 62.09 (altmış iki manat doqquz qəpik) manat cərimə borcu olmaqla cəmi 662.47 (altı yüz altmış iki manat qırx yeddi qəpik) manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktublarının surətindən məlum olur ki, həmin tarixdə borclu Cavabdeh borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubları göndərilmişdir. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş arayışa əsasən Məmmədov X3 şəhəri, 49-cu məhəllə, ev 45 ünvanında qeydiyyatdadır. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə Cavabdeh xx xxxxx 2019-cu il tarixli 56-0***-******* nömrəli kredit müqaviləsi üzrə 313.42 (üç yüz on üç manat qırx iki qəpik) manat əsas borc, 57.91 (əlli yeddi manat doxsan bir qəpik) manat faiz borcu, 49.71 (qırx doqquz manat yetmiş bir qəpik) manat cərimə borcu olmaqla cəmi 421.04 (dörd yüz iyirmi bir manat dörd qəpik) manat, xx xxxx 2019-cu il tarixli 333-0***-******* nömrəli kredit müqaviləsi 504.55 (beş yüz dörd manat əlli beş qəpik) manat əsas borc, 95.83 (doxsan beş manat səksən üç qəpik) manat faiz borcu, 62.09 (altmış iki manat doqquz qəpik) manat cərimə borcu olmaqla cəmi 662.47 (altı yüz altmış iki manat qırx yeddi qəpik) manat məbləğində kredit borcu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Ərizə təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixdə Hökumət Ödəniş Portalına ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə xx xxxxxx 2021-ci il tarixdə daxil olmuş ərizə üzrə xx xxxxxx 2021-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Həmin bildiriş Cavabdeh tərəfindən xx xxxxxx 2021-ci il qəbul imza edilərək qəbul edilmiş, lakin Cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikasının MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Azərbaycan Respublikasının MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət e t d i m: İddia təmin edilsin. Cavabdeh xx xxxxx 2019-cu il tarixli 56-0***-******* nömrəli kredit müqaviləsi üzrə 313.42 (üç yüz on üç manat qırx iki qəpik) manat əsas borc, 57.91 (əlli yeddi manat doxsan bir qəpik) manat faiz borcu, 49.71 (qırx doqquz manat yetmiş bir qəpik) manat cərimə borcu olmaqla cəmi 421.04 (dörd yüz iyirmi bir manat dörd qəpik) manat, xx xxxx 2019-cu il tarixli 333-0***-******* nömrəli kredit müqaviləsi 504.55 (beş yüz dörd manat əlli beş qəpik) manat əsas borc, 95.83 (doxsan beş manat səksən üç qəpik) manat faiz borcu, 62.09 (altmış iki manat doqquz qəpik) manat cərimə borcu olmaqla cəmi 662.47 (altı yüz altmış iki manat qırx yeddi qəpik) manat məbləğində kredit borcu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixdə Hökumət Ödəniş Portalına ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar