Məhkəmə qərarları › İş №2(078)-238/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-238/2021

19.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-238/2021 19.01.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit üzrə borcun qaytarılması və tutmanın ipotekaya qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: İddiaçı “xxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli İKP1908/01 saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə olan 2306.74 manat gecikdirilmiş faiz borcu, 1385.55 manat gecikdirilmiş əsas borc, 32.35 manat faiz borcu, 58199.43 manat əsas borc olmaqla ümumilikdə 61924.07 manat kredit borcunun, eyni zamanda “İpoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin” dövlət qeydiyyatına alınmasına görə 30 manat, iddia ərizəsinin verilməsinə görə 30 manat dövlət rüsumlarının tutularaq Bankın xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə ilkin satış qiyməti 68000 manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş, mülkiyyət hüququ Cavabdeh məxsus Naxçıvan şəhəri Ə.Əliyev küçəsi, bina 9, E-bloku, mərtəbə 10-da yerləşən 85.08 kv.m ümumi, 51.40 kv.m yaşayış, 33.68 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, **********41-05305-093033 reyestr nömrəli, 5 nömrəli mənzilin hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və ya o satıldıqda ipoteka qoyanın və onunla birlikdə yaşayan ailə üzvlərinin yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı təşkilatın İdarə Heyətinin sədri Azər Məmmədov xx xxxxxx 2021-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizənin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı təşkilatın İdarə Heyətinin sədri Azər Məmmədovun məhkəmənin ünvanına daxil olmuş ərizəsini müzakirə edib belə nəticəyə gəldim ki, ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən geri qaytarılmalıdır. Belə ki, həmin maddənin tələbinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədlərləri geri qaytarır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Buna görə də iddiaçı “xxxx” ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan MR İdarəsinə xx.xx.2021-ci il tarixdə 12 nömrəli ödəniş tapşırığı ilə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçı təşkilata geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit üzrə borcun qaytarılması və tutmanın ipotekaya qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı “xxxx” ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan MR İdarəsinə xx.xx.2021-ci il tarixdə 12 nömrəli ödəniş tapşırığı ilə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçı təşkilata geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə verilə bilər. Hakim: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar