Məhkəmə qərarları › İş №2(078)-239/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-239/2021

09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-239/2021 09.02.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə iddiaçı təşkilat “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X3 və Cavabdeh2 qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi : “xxxx” Açıq Səhmdar Cəmiyyəti X3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X2 və Cavabdeh2 xx xxxxx 2019-cu il tarixli, İK1704/02 saylı kredit müqaviləsinə əsasən xx xxxxxx 2021-ci il tarixə olan 508.89 (beş yüz səkkiz manat səksən doqquz qəpik) manat gecikdirilmiş faiz borcu, 1888.34 (min səkkiz yüz səksən səkkiz manat otuz dörd qəpik) manat gecikdirilmiş əsas borc, 5.40 (beş manat qırx qəpik) manat faiz borcu, 573.23 (beş yüz yetmiş üç manat iyirmi üç qəpik) manat əsas borc olmaqla, ümumilikdə 2975.86 (iki min doqquz yüz yetmiş beş manat səksən altı qəpik) manat kredit borcunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq “xxxx” ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı təşkilat “xxxx” Açıq Səhmdar Cəmiyyətinə məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı təşkilatın nümayəndəsi məhkəmə baxış iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə baxış iclası iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. İddiaçı təşkilat “xxxx” Açıq Səhmdar Cəmiyyəti məhkəməyə ərizə təqdim edərək, işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdehlər X3 və Cavabdeh2 məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, оnlar məhkəmə baxış iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə baxış iclası cavabdehlərin iştirakı olmadan keçirilmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaçı təşkilat işin baxılmamış saxlanılmasını xahiş etdiyinə və cavabdehlər də məhkəmə baxışı iclasında iştirak etməməklə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiklərinə görə, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 259.0 və 259.0.11-ci maddələrinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. 114.1 və 114.1.5-ci maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. İddia ərizəsi baxılmamış saxlandığına görə, iddiaçı təşkilat “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx xxxxxx 2021-ci il tarixli, 13 nömrəli ödəniş tapşırığı vasitəsilə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: “xxxx” Açıq Səhmdar Cəmiyyətinin X3 və Cavabdeh2 qarşı kredit üzrə borcun qaytarılması tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx xxxxxx 2021-ci il tarixli, 13 nömrəli ödəniş tapşırığı vasitəsilə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu qaytarılsın. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar