Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-249/2021 01.03.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi X1, ünvan 1 192/193 ünvanında yerləşən iddiaçı "İddiaçı" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun alınması tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y yə n etdim: "İddiaçı" ASC ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı "İddiaçı" ASC-nin xeyrinə 831.93 (səkkiz yüz otuz bir manat doxsan üç qəpik) manat əsas, 89.26 (səksən doqquz manat iyirmi altı qəpik) manat faiz borcu olmaqla cəmi 921.19 (doqquz yüz iyirmi bir manat on doqquz qəpik) manat kredit borcu və ödənilmiş 30.4 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. "İddiaçı" ASC ərizəni onunla əsaslandırmışdır ki, Bankla Cavabdeh2 arasında xx xxxxxx 2019-cu il tarixdə bağlanmış ******* saylı kredit müqaviləsinə əsasən borcalana şəxsi istehlak məqsədləri üçün 24 ay müddətinə nağd şəkildə istifadə olunmaqla 1950 manat kredit verilmişdir. Kredit öhdəliyinin təminatı olaraq digər Cavabdeh1 ilə Bank arasında xx xxxxxx 2019-cu il tarixdə bağlanmış 1011787/14855 saylı zaminlik müqaviləsi bağlanmışdır. Ərizədə qeyd edilmişdir ki, borclular müqavilənin şərtlərini pozaraq borc öhdəliyini yerinə yetirməkdən boyun qaçırmış, müqavilənin şərtlərini pozaraq kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Borcalanlara dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bu günədək borcun tam qaytarılmasını təmin etməmişdir və nəticədə cavabdehlərin Kredit Müqaviləsinə əsasən xx xxxxxx 2020-ci il tarixə xx xxxxxx 2019-cu il tarixdə bağlanmış ******* saylı kredit müqaviləsi üzrə 831.93 (səkkiz yüz otuz bir manat doxsan üç qəpik) manat əsas, 89.26 (səksən doqquz manat iyirmi altı qəpik) manat faiz borcu olmaqla cəmi 921.19 (doqquz yüz iyirmi bir manat on doqquz qəpik) manat borcu yaranmışdır. Ərizədə qeyd edilmişdir ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə, eləcə də borcalan ilə bağlanmış müqaviləyə əsasən, borcalan öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, kreditor borcalandan kredit borcunun, hesablanmış faizlərin və cərimələrin, həmçinin bununla bağlı çəkilmiş bütün xərclərin onların hesabına, o cümlədən onların əmlakları hesabına ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən cavabdehlər yuxarıda qeyd edilən pul məbləğinin (kreditin) ödənilməsinə dair öhdəlik daşıyırlar. İddiaçı təşkilat sonda cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı "İddiaçı" ASC-nin xeyrinə 831.93 (səkkiz yüz otuz bir manat doxsan üç qəpik) manat əsas, 89.26 (səksən doqquz manat iyirmi altı qəpik) manat faiz borcu olmaqla cəmi 921.19 (doqquz yüz iyirmi bir manat on doqquz qəpik) manat kredit borcu və ödənilmiş 30.4 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: "İddiaçı" ASC-nin Naxçıvan filialı ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli ******* saylı Kredit Müqaviləsinin şərtinə əsasən Cavabdeh2 illik 20 %-lə 24 ay müddətinə 1950 manat kredit verilmişdir. İş materiallarına əlavə edilmiş müqavilənin ayrılmaz tərkib hissəsi olan Ödəniş cədvəlindən müəyyən edilir ki, tərəflər müqavilə üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. xx xxxxxx 2019-cu il tarixdə bağlanmış 1011787/14855 saylı Zaminlik Müqaviləsinin surətindən məlum olur ki, Cavabdeh2 Bank arasında bağlanmış Kredit müqaviləsinin üzrə kredit öhdəliyinin təmin edilməsi şərti ilə "İddiaçı" ASC-nin Naxçıvan filialı ilə Cavabdeh1 arasında qeyd olunan Zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş maliyyə arayışına əsasən xx xxxxxx 2019-cu il tarixli ******* saylı Kredit Müqaviləsinə əsasən Cavabdeh2 xx xxxxxx 2020-ci il tarixə "İddiaçı" ASC-yə olan borcu 831.93 (səkkiz yüz otuz bir manat doxsan üç qəpik) manat əsas, 89.26 (səksən doqquz manat iyirmi altı qəpik) manat faiz borcu olmaqla cəmi 921.19 (doqquz yüz iyirmi bir manat on doqquz qəpik) manat təşkil etmişdir. Cavabdeh2 və Cavabdeh1 "İddiaçı" ASC tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə xx/xx-3273 nömrəli pretenziya məktubu göndərilmiş və borcun ödənilməsinə dair xəbərdarlıq edilmişdir. Naxçıvan ŞPŞ tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən Cavabdeh2 Naxçıvan şəhəri, Hacıniyyət kəndində, Naxçıvan ŞPİ tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən Cavabdeh1 isə ünvan 2 ünvanında qeydiyyatdadır. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 831.93 (səkkiz yüz otuz bir manat doxsan üç qəpik) manat əsas, 89.26 (səksən doqquz manat iyirmi altı qəpik) manat faiz borcu olmaqla cəmi 921.19 (doqquz yüz iyirmi bir manat on doqquz qəpik) manat məbləğində kredit borcu iddiaçı "İddiaçı" ASC-nin xeyrinə tutulmalıdır. Ərizə təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə "İddiaçı" ASC tərəfindən xx.xx.2020ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankı-Hökümət Ödəniş Portalına ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, 0.40 (qırx) qəpik bank xidmət haqqı olmaqla, ümumilikdə 30.4 (otuz manat qırx qəpik) manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə xx xxxxxx 2021-ci il tarixdə daxil olmuş ərizə üzrə xx xxxxxx 2021-ci il tarixdə cavabdehlərə bildiriş göndərmişdir. Həmin bildiriş Cavabdeh2 tərəfindən xx xxxxxx 2021-ci il tarixdə, Cavabdeh1 tərəfindən isə xx xxxxxx 2021-ci il tarixdə qəbul imza edilərək qəbul edilmiş, lakin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikasının MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Azərbaycan Respublikasının MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 831.93 (səkkiz yüz otuz bir manat doxsan üç qəpik) manat əsas, 89.26 (səksən doqquz manat iyirmi altı qəpik) manat faiz borcu olmaqla cəmi 921.19 (doqquz yüz iyirmi bir manat on doqquz qəpik) manat məbləğində kredit borcu iddiaçı "İddiaçı" ASC-nin xeyrinə tutulsun. "İddiaçı" ASC tərəfindən xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankı-Hökümət Ödəniş Portalına ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, 0.40 (qırx) qəpik bank xidmət haqqı olmaqla, ümumilikdə 30.4 (otuz manat qırx qəpik) manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-249/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-249/2021
01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver