Məhkəmə qərarları › İş №2(078)-264/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-264/2021

15.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-264/2021 15.04.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiаçı Əbdülrəhmanova (İsmayılova) Gülgəz Hüseyn qızının cavabdeh “X5 Kompleksi” MMC-yə qarşı aylıq ödəncin alınıb verilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiаçı Əbdülrəhmanova (İsmayılova) Gülgəz Hüseyn qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həyat yoldaşı X2 istehsalatda baş vermiş ölümünə görə “X5 Kompleksi” MMC-dən aylıq ödəncin alınıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx xxxxx 2021-ci il tarixdə keçirilən məhkəmə baxış iclası zamanı iddiaçı Əbdülrəhmanova (İsmayılova) Gülgəz Hüseyn qızı iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, 2017-ci ilin may ayına qədər hər ay 136 (bir yüz otuz altı) manatı aldığını, lakin 2017-ci ilin may ayından həmin aylıq ödənişi almadığını bildirib, 2017-ci ilin may ayından bu günə qədər ödənilməmiş aylıq ödəncin “X5 Kompleksi” MMC-dən alınıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və məhkəmənin xx xxxxx 2021-ci il tarixli qərardadı ilə ərizə təmin nəzərə alınaraq tələbə “İddiaçı Əbdülrəhmanova (İsmayılova) Gülgəz Hüseyn qızının cavabdeh “X5 Kompleksi” MMC-yə qarşı 2017-ci ilin may ayından başlayaraq ödənilməmiş aylıq ödəncin alınıb verilməsi tələbi” çərçivəsində baxılmasına qərar verilmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, belə nəticəyə gəlir ki, iddiaçı Əbdülrəhmanova (İsmayılova) Gülgəz Hüseyn qızının cavabdeh “X5 Kompleksi” MMC-yə qarşı aylıq ödəncin alınıb verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılması üçün Babək Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Lakin məhkəməyə iddia ərizəsi verilərkən və iddia məhkəmənin icraatına qəbul edilərkən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin müvafiq normalarına əsasən aidiyyat qaydaları pozulmuşdur. Belə ki, işin məhkəmə icraatında olduğu zaman kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında elektron informasiya sistemində yerləşdirilmiş məlumatda cavabdeh təşkilat “X5 Kompleksi” MM-nin hüquqi ünvanı Babək rayonu Araz ünvanında yerləşdiyi müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iş aidiyyət qaydaları pozulmaqla icraata qəbul edildiyindən hazırki işə Babək Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası MPM-in 44.2-ci və 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verməlidir. Həmin məcəllənin 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim həmin məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 44 və 45-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı Əbdülrəhmanova (İsmayılova) Gülgəz Hüseyn qızının cavabdeh “X5 Kompleksi” MMC-yə qarşı 2017-ci ilin may ayından başlayaraq ödənilməmiş aylıq ödəncin alınıb verilməsi tələbinə dair mülki iş baxılması üçün Babək Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar