Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-291/2021 29.01.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, X1 Borclu qarşı borcun alınması barədə məhkəmə əmrinin verilməsinə dair ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdim: X2 Borclu qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Borclu 6050 (altı min əlli) manat pulun alınıb ona qaytarılması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Azəbaycan Respublikası MPM-in 275.1-ci maddəsinə görə müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. Həmin Məcəllənin 276.1-ci maddəsinə görə kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 276.2-ci maddəsinə görə məhkəmə əmri aşağıdakı hallarda verilə bilər: -276.2.2. tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa; Həmin Məcəllənin 279.1-ci maddəsinə əsasən məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından bu Məcəllənin 153-cü maddəsi ilə müəyyən edilmiş əsaslar olduqda imtina edir. Həmin Məcəllənin 279.2-ci maddəsinə görə bundan başqa, aşağıdakı hallar da imtina üçün əsasdır: 279.2.1. verilmiş tələb bu Məcəllənin 276-cı maddəsi ilə nəzərdə tutulmamışdırsa; 279.2.2. verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa; 279.2.3. ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa. Həmin Məcəllənin 279.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. 279.4. Məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 279.2.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə əmrinin icraata qəbul olunmasından imtina edilməlidir. Əmrə əlavə edilmiş sənədlərin siyahısında borclu tərəfindən yazıldığı qeyd edilən şəxsiyyət vəsiqəsinin arxa üzünə əl yazılı ilə qeyd edilmiş sənəd sadə yazılı formada bağlanmış əqdin hesab edilmir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, X1 Borclu qarşı borcun alınması barədə məhkəmə əmrinin verilməsinə ərizəsi icraata qəbul olunmaqdan imtina olunmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də, X4 tərəfindən “xxxx” ASC Naxçıvan filialına xx.xx.2021-ci il tarixli 73561 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 264 və 276.2.2-ci maddələrini rəhbər tutaraq qərara aldım: X1 Borclu qarşı borcun alınması barədə məhkəmə əmrinin verilməsinə ərizəsi icraata qəbul olunmaqdan imtina olunsun. Ərizəyə əlavə olunmuş sənədlər tələbkara geri qaytarılsın. Tələbkara iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. X4 tərəfindən “xxxx” ASC Naxçıvan filialına xx.xx.2021-ci il tarixli 73561 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu geri qaytarılsın. Bu qərardaddan şikayət verilə bilməz. Hakim: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №2(078)-291/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-291/2021
29.01.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver