Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-308/2021 29.03.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, Bakı şəhəri, Yasamal rayonu, Moskva pr. 73A ünvanında yerləşən iddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı borcun qaytarılması tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyə n etdim: «xxxx» MMC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 1.xx.xx.2019-cu il tarixli müqavilə üzrə LG LCD TV üçün 87 (səksən yeddi) manat ödənilməmiş hissə, 8 (səkkiz) manat cərimə;
2. xx.xx.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********42642 olan Samsung Galaxy A40 markalı telefon üçün 528 (beş yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 52 (əlli iki) manat cərimə;
3. xx.xx.2019-cu il tarixli müqavilə üzrə Playstation-4 Sony üçün 864 (səkkiz yüz altmış dörd) manat ödənilməmiş hissə, 86 (səksən altı) manat cərimə olmaqla ümumilikdə 1625 (bir min altı yüz iyirmi beş) manat məbləğində borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq «xxxx» MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. «xxxx» MMC ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı təşkilatla Cavabdeh arasında xx.xx.2019-cu il, xx.xx.2019-cu tarixli və xx.xx.2019-cu il tarixli Müqavilələr bağlanmış və həmin müqavilələrə əsasən «xxxx» MMC-dən Cavabdeh Hoffmann markalı LG LCD TV, İMEİ kodu **********42642 olan Samsung Galaxy A40 markalı telefon və Playstation-4 Sony almış və nəticədə 1625 (bir min altı yüz iyirmi beş) manat borc yaranmışdır. Ərizədə qeyd edilmişdir ki, cavabdeh müqavilələrin şərtlərini pozaraq borc öhdəliyini yerinə yetirməkdən boyun qaçırmış və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1111 manat (11 ay x 101 manat + 0 manat ilkin ödəniş) olan LG LCD TV üçün 95 (doxsan beş) manat olmaqla ondan 87 (səksən yeddi) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 8(səkkiz) manat cərimə; xx.xx.2019cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 864 manat (18 ay x 48 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********42642 olan Samsung Galaxy A40 markalı telefon üçün 580 (beş yüz səksən) manat olmaqla ondan 528 (beş yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 52 (əlli iki) manat cərimə;xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1260 manat (12 ay x 96 manat + 108 manat ilkin ödəniş) olan Playstation-4 Sony üçün 950 (doqquz yüz əlli) manat olmaqla ondan 864 (səkkiz yüz altmış dörd) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 86 (səksən altı) manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1756 (bir min yeddi yüz əlli altı) manat təşkil edir. Ərizədə qeyd edilmişdir ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə, eləcə də borcalan ilə bağlanmış müqaviləyə əsasən, borcalan öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, kreditor borcalandan kredit borcunun, hesablanmış faizlərin və cərimələrin, həmçinin bununla bağlı çəkilmiş bütün xərclərin onların hesabına, o cümlədən onların əmlakları hesabına ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən cavabdeh yuxarıda qeyd edilən pul məbləğinin (kreditin) ödənilməsinə dair öhdəlik daşıyır. İddiaçı təşkilat sonda Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə LG LCD TV üçün 87 (səksən yeddi) manat ödənilməmiş hissə, 8 (səkkiz) manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********42642 olan Samsung Galaxy A40 markalı telefon üçün 528 (beş yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 52 (əlli iki) manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə Playstation-4 Sony üçün 864 (səkkiz yüz altmış dörd) manat ödənilməmiş hissə, 86 (səksən altı) manat cərimə olmaqla ümumilikdə 1625 (bir min altı yüz iyirmi beş) manat məbləğində borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq «xxxx» MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli müqavilədən aydın olur ki, həqiqətən iddiaçı “xxxx” MMC ilə Cavabdeh arasında 00463374 nömrəli müqavilə bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. Müqavilənin 2.1-ci bəndinə əsasən Müqavilə üzrə əşyalar və onlara məxsus fərdi əlamətlər aşağıdakı formada qeyd olunub: Model- LG LCD 43LK6200 TV KOD 810RAET4D716. Yeni qızıl zəmanət 2 (iki) il. İş materiallarına əlavə edilmiş müqavilənin ayrılmaz tərkib hissəsi olan Ödəmə cədvəlindən müəyyən edilir ki, tərəflər müqavilə üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli bildirişin və əşyaların təhviltəslim aktndan məlum olur ki, iş üzrə Cavabdeh Model- LG LCD 43LK6200 TV KOD 810RAET4D716, Yeni qızıl zəmanət 2 (iki) il tam qüsursuz şəkildə təhvil alaraq bu barədə müvafiq imza etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli müqavilədən aydın olur ki, həqiqətən iddiaçı “xxxx” MMC ilə Cavabdeh arasında 00713060 nömrəli müqavilə bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. Müqavilənin 2.1-ci bəndinə əsasən Müqavilə üzrə əşyalar və onlara məxsus fərdi əlamətlər aşağıdakı formada qeyd olunub: Model-Samsung Galaxy A40 DS (SM-A405) KOD **********42642 **********42640; Yeni qızıl zəmanət (rəqəmsal) 2 (iki) il Telefon quraşdırma xidməti (digər). İş materiallarına əlavə edilmiş müqavilənin ayrılmaz tərkib hissəsi olan Ödəmə cədvəlindən müəyyən edilir ki, tərəflər müqavilə üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli bildirişin və əşyaların təhviltəslim aktndan məlum olur ki, iş üzrə Cavabdeh X2 A40 DS (SM-A405) KOD **********42642 **********42640; Yeni qızıl zəmanət (rəqəmsal) 2 (iki) il, Telefon quraşdırma xidməti (digər) tam qüsursuz şəkildə təhvil alaraq bu barədə müvafiq imza etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli müqavilədən aydın olur ki, həqiqətən iddiaçı “xxxx” MMC ilə Cavabdeh arasında 00909966 nömrəli müqavilə bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. Müqavilənin 2.1-ci bəndinə əsasən Müqavilə üzrə əşyalar və onlara məxsus fərdi əlamətlər aşağıdakı formada qeyd olunub: Model- Playstation-4 Sony 1TB Pro İMEİ KOD **********199. İş materiallarına əlavə edilmiş müqavilənin ayrılmaz tərkib hissəsi olan Ödəmə cədvəlindən müəyyən edilir ki, tərəflər müqavilə üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli bildirişin və əşyaların təhviltəslim aktndan məlum olur ki, iş üzrə Cavabdeh Model- Playstation-4 Sony 1TB Pro İMEİ KOD **********199 tam qüsursuz şəkildə təhvil alaraq bu barədə müvafiq imza etmişdir. xx xxxxxx 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən xx.xx.2019-cu il tarixli 00463374 nömrəli, xx.xx.2019-cu il tarixli 00713060 nömrəli və xx.xx.2019-cu il tarixli 00909966 nömrəli Müqavilələrə əsasən X1 xx.xx.2021-ci il tarixə «xxxx» MMC-yə LG LCD TV üçün 87 (səksən yeddi) manat ödənilməmiş hissə, 8 (səkkiz) manat cərimə, İMEİ kodu **********42642 olan Samsung Galaxy A40 markalı telefon üçün 528 (beş yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 52 (əlli iki) manat cərimə və Playstation-4 Sony üçün 864 (səkkiz yüz altmış dörd) manat ödənilməmiş hissə, 86 (səksən altı) manat cərimə olmaqla ümumilikdə 1625 (bir min altı yüz iyirmi beş) manat məbləğində borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubunun surətindən məlum olur ki, həmin tarixdə borclu Cavabdeh borcun ödənilməsi ilə bağlı pretenziya məktubu göndərilmişdir. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş arayışa əsasən Cavabdeh Naxçıvan şəhəri, Əlincə 20/21 ünvanında qeydiyyatdadır. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə Cavabdeh xx.xx.2019-cu il tarixli 00463374 nömrəli müqaviləyə əsasən LG LCD TV üçün 87 (səksən yeddi) manat ödənilməmiş hissə, 8 (səkkiz) manat cərimə, xx.xx.2019-cu il tarixli 00713060 nömrəli müqaviləyə əsasən İMEİ kodu **********42642 olan Samsung Galaxy A40 markalı telefon üçün 528 (beş yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 52 (əlli iki) manat cərimə və xx.xx.2019-cu il tarixli 00909966 nömrəli müqaviləyə əsasən Playstation-4 Sony üçün 864 (səkkiz yüz altmış dörd) manat ödənilməmiş hissə, 86 (səksən altı) manat cərimə olmaqla ümumilikdə 1625 (bir min altı yüz iyirmi beş) manat məbləğində borc iddiaçı «xxxx» MMC-nin xeyrinə tutulmalıdır. Ərizə təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə «xxxx» MMC tərəfindən xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi X3 Portalına ********* nömrəli mədaxil qəbzi ilə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə xx xxxxxx 2021-ci il tarixdə daxil olmuş ərizə üzrə xx xxxxxx 2021-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin Cavabdeh bildiriş çatmadığından xx xxxxxx 2021-ci il tarixdə bildirişin çatdırılması üçün cavabdehin yaşadığı yer üzrə ünvan 3 ünvanına məktub göndərilmişdir. Cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikasının MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Azərbaycan Respublikasının MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq
qət etdim: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli 00463374 nömrəli müqaviləyə əsasən LG LCD TV üçün 87 (səksən yeddi) manat ödənilməmiş hissə, 8 (səkkiz) manat cərimə, xx.xx.2019-cu il tarixli 00713060 nömrəli müqaviləyə əsasən İMEİ kodu **********42642 olan Samsung Galaxy A40 markalı telefon üçün 528 (beş yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 52 (əlli iki) manat cərimə və xx.xx.2019-cu il tarixli 00909966 nömrəli müqaviləyə əsasən Playstation-4 Sony üçün 864 (səkkiz yüz altmış dörd) manat ödənilməmiş hissə, 86 (səksən altı) manat cərimə olmaqla ümumilikdə 1625 (bir min altı yüz iyirmi beş) manat məbləğində borc iddiaçı «xxxx» MMC-nin xeyrinə tutulsun. «xxxx» MMC tərəfindən xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi X3 Portalına ********* nömrəli mədaxil qəbzi ilə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Gülnar Səfərəliyeva.