Məhkəmə qərarları › İş №2(078)-412/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-412/2025

30.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-412/2025 30.01.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, iddiaçılar İddiaçı1, İddiaçı2 Təvəkkül qızının, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Naxçıvan Asan Xidmət Mərkəzində Notariat Ofisinə qarşı miras əmlakda payların müəyyən olunması və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: İddiaçılar İddiaçı1, İddiaçı2 Təvəkkül qızı, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Naxçıvan Asan Xidmət Mərkəzində Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum ataları X1 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən qanun üzrə vərəsələr- İddiaçı1, İddiaçı2 Təvəkkül qızı, İddiaçı3, İddiaçı4 və İddiaçı5 payının müəyyən olunması və onlara çatan paya vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi öhdəliyinin Naxçıvan Asan Xidmət Mərkəzində Notariat Ofisinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, iddiaçılar cavabdeh Naxçıvan Asan Xidmət Mərkəzində Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlara çatan payın müəyyən olunması və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi öhdəliyinin Naxçıvan Asan Xidmət Mərkəzində Notariat Ofisinin üzərinə qoyulmasını xahiş etmişlər, lakin qiymətləndirilməyən iddialar üzrə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödəməmişlər. Belə ki, iddia ərizəsinə əlavə edilən qəbzlərdən aydın olur ki, hər bir iddiaçı 70 manat dövlət rüsumu ödəmişdir. Halbuki qiymətləndirilməyən iddialar üzrə qanunla ödənilməli olan dövlət rüsumunun məbləği 100 (bir yüz) manat təşkil edir. Hazırki iddia tələbi də məhz qiymətləndirilməyən iddia tələbi kateqoriyasına aiddir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 3.1-ci maddəsinə əsasən, məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. 151.1-ci maddəsinə görə, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1 və 152.1.1-ci maddələrinə müvafiq olaraq, iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsi qaytarıldığına görə, "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə İddiaçı1 tərəfindən xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 70 (yetmiş) manat, İddiaçı2 Təvəkkül qızı tərəfindən xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 70 (yetmiş) manat, İddiaçı3 tərəfindən xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 70 (yetmiş) manat, İddiaçı4 tərəfindən xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 70 (yetmiş) manat, İddiaçı5 tərəfindən xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 70 (yetmiş) manat məbləğində dövlət rüsumu geri qaytarılmalıdır. Çünki Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. İddiaçılar İddiaçı1, İddiaçı2 Təvəkkül qızına, İddiaçı3, İddiaçı4 və İddiaçı5 izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2,152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qəraraaldım: İddiaçılar İddiaçı1, İddiaçı2 Təvəkkül qızının, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Naxçıvan Asan Xidmət Mərkəzində Notariat Ofisinə qarşı miras əmlakda payların müəyyən edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə İddiaçı1 tərəfindən xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 70 (yetmiş) manat, İddiaçı2 Təvəkkül qızı tərəfindən xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 70 (yetmiş) manat, İddiaçı3 tərəfindən xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 70 (yetmiş) manat, İddiaçı4 tərəfindən xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 70 (yetmiş) manat, İddiaçı5 tərəfindən xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 70 (yetmiş) manat məbləğində dövlət rüsumu geri qaytarılsın. İddiaçılar İddiaçı1, İddiaçı2 Təvəkkül qızına, İddiaçı3, İddiaçı4 və İddiaçı5 izah olunsun ki, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilərlər. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver