Məhkəmə qərarları › İş №2(078)-439/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-439/2021

26.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-439/2021 26.05.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və cavabdeh X1 iştirakları ilə, İddiaçı cavabdeh X3 qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i : İddiaçı 05 aprel 2021-ci il tarixdə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək X1 ona borclu olduğu 2000 (iki min) ABŞ dolları, 100 (bir yüz) manat məbləğində borc pulun və iş üzrə ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumunun alınıb iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, əvvəlcədən tanıdığı X1 onların evinə gələrək "müəllimə yoldaşımdan borc pul götürmüşəm, əri bildiyinə görə çıxarıb ötürüb evdən eşiyə, mənə bir aylığına pul borc ver, lotereya oynayıram pulu alan kimi gətirib borcumu qaytaracam" demişdir. İddiaçı 01 sentyabr 2013-cü il tarixdə 1830 (bir min səkkiz yüz otuz) manat və 17 sentyabr 2013-cü il tarixdə 2000 (iki min) ABŞ dollarını İnqilaba borc verib. Lakin üstündən müəyyən müddət keçsə də İnqilab gətirib borcunu qaytarmayıb və iddiaçı buna görə də ona zəng edib borcunu qaytarmasını tələb edib. Cavabdeh isə "narahat olma gətirib borcumu qaytaracam" deyib. İddiaçı yenə də müəyyən müddət gözləyib, üstündən illər keçib, ancaq İnqilab gətirib borcunu qaytarmayıb. Buna görə də iddiaçı müəyyən dövlət qurumlarına şikayət edəcəyini bildirib. İnqilab "harasa şikayət etmə borcumu qaytaracam" deyib. Ancaq o yenə də vədinə əməl etmədiyi üçün iddiaçı 01 yanvar 2017-ci il tarixdə səlahiyyətli dövlət qurumlarına ərizə yazaraq həmin yuxarıda qeyd etdiyi məbləğdə borc pulu 30 noyabr 2017-ci il tarixdən başlayaraq hər ay 100 (bir yüz) manat ödəyəcəyinə dair öhdəlik götürüb və həmin vaxtdan indiyə kimi manat olaraq borc götürdüyü 1830 (bir min səkkiz yüz otuz) manat məbləğində pulun 1730 (bir min yeddi yüz otuz) manatını ödəyib. Həmin vaxtın üstündən xeyli müddət keçməsinə baxmayaraq cavabdeh iddiaçıya qalan borcu olan 100 (bir yüz) manat və 2000 (iki min) ABŞ dolları məbləğində borcunu 03 fevral 2021-ci il tarixdə təkrar öhdəlik götürüb hər ay 100 (bir yüz) manat ödəyəcəyinə dair öz dəsti xətti ilə yazıb sənəd versə də öhdəliyə əməl edib qalan borcunu qaytarmaq istəmir. İddiaçı İnqilabdan borclu olduğu pulu ala bilmədiyi üçün məcbur olduğundan məhkəmədə iddia qaldırır. 26 may 2021-ci il tarixdə keçirilən məhkəmə iclası zamanı iş üzrə İddiaçı məhkəməyə ərizə təqdim edərək cavabdeh X3 qarşı pul tələbi barədə Naxçıvan Şəhər Məhkəməsində iddia qaldırdığını, lakin öz aralarında razılaşdıqlarından, yəni İnqilab Taharovanın hər ay ona bugünkü tarixdən başlayaraq ona borclu olduğu 3300 (üç min üç yüz) manat pulu ödəyəcəyinə dair söz verdiyindən icraatda olan mülki işin baxılmamış saxlanılması və iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. 26 may 2021-ci il tarixdə keçirilən məhkəmə iclası zamanı iş üzrə cavabdeh X4 məhkəməyə ərizə təqdim edərək Naxçıvan Şəhər Məhkəməsinin icraatında olan 2(078)- 439/2021 nömrəli mülki iş üzrə İddiaçı ilə öz aralarında hər ay ona 100 (bir yüz) manat ödəyəcəyi ilə bağlı razılaşdıqlarını qeyd edərək ərizəsinin nəzərə alınması məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdeh X4 iddiaçı tərəfindən məhkəməyə təqdim edilən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, iddia ərizəsinin baxılmamış saxlanılması ilə bağlı ərizənin nəzərə alınaraq iddia ərizəsinin baxılmamış saxlanılması haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən ərizəni mülki iş materialları və qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh X3 qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0. və 259.0.11ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası MPM-in 114.1 və 114.1.5-ci maddələrinə əsasən ərizənin baxılmamış saxlanılması dövlət rüsumunun geri qaytarılmasının əsaslarından biri kimi qeyd edildiyindən və İddiaçı verdiyi iddia ərizəsi baxılmamış saxlanılmalı olduğundan məhkəmə Azərbaycan Respublikası MPM-in 260.3-cü maddəsinin tələbinə əsasən, büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, iddia qaldırılarkən "xxxx" ASC-nin Naxçıvan filialına 15 mart 2021-ci il tarixli, 12392 nömrəli qəbzlə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar v e r d i: İddiaçı cavabdeh X3 qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 15 mart 2021-ci il tarixli, 12392 nömrəli qəbzlə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu ona qaytarılsın. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar