Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-486/2021 19.05.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, ünvan 1 ünvanında yerləşən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdim: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 27 oktyabr 2017-ci il tarixli Kredit Müqaviləsi üzrə 117.13 manat əsas borc, 15.7 manat faiz borcu, 20.17 manat cərimə borcu və Kredit Müqaviləsi üzrə 27 oktyabr 2020-ci il tarixdən 15 mart 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1.1 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 154.1 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 27 oktyabr 2017-ci il tarixli Kredit Müqaviləsinə əsasən “xxxx” İKB ASC-dən illik 30 faizlə 36 ay müddətinə 1250 manat kredit verildiyini, lakin borclunun müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırdığını, 15 mart 2021-ci il tarixədək Cavabdeh banka 27 oktyabr 2017-ci il tarixli Kredit Müqaviləsi üzrə 117.13 manat əsas borc, 15.7 manat faiz borcu, 20.17 manat cərimə borcu və Kredit Müqaviləsi üzrə 27 oktyabr 2020-ci il tarixdən 15 mart 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1.1 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 154.1 manat borcunun olduğunu, xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehin borcu ödəməkdən boyun qaçırdığını, 27 oktyabr 2017-ci il tarixli Kredit Müqaviləsinin qüvvədə olduğu müddətdə və Kredit Müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırki vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklərin lazımi qaydada yerinə yetirilmədiyini, bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlərin cavabdeh tərəfindən ödənilməli olduğunu, bunları nəzərə alaraq, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 27 oktyabr 2017-ci il tarixli Kredit Müqaviləsi üzrə 117.13 manat əsas borc, 15.7 manat faiz borcu, 20.17 manat cərimə borcu və Kredit Müqaviləsi üzrə 27 oktyabr 2020-ci il tarixdən 15 mart 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1.1 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 154.1 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 19 may 2021-ci il tarixli artıq ödənilmiş dövlət rüsumu hissəsinin qaytarılması haqqında qərardadı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi verərkən dövlət rüsumu olaraq 17 mart 2021-ci il tarixli, ********* nömrəli mədaxil qəbzi əsasında ödədiyi 30 (otuz) manat dövlət rüsumu məbləğinin artıq ödənilmiş 10 (on) manatlıq hissəsinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş: “xxxx” İKB Açıq Səhmdar Cəmiyyəti (borcverən) ilə Cavabdeh (borcalan) arasında bağlanmış 27 oktyabr 2017-ci il tarixli, 23-Y-1-0-125-17 nömrəli Kredit Müqaviləsinin 2.1, 2.2, 2.3 və 2.4-cü bəndlərinə əsasən, bu müqaviləyə əsasən kreditor borcalana 1250 (min iki yüz əlli) AZN məbləğində kredit verir. Bu müqaviləyə əsasən kredit borcalana istehlak məqsədilə verilir. Kredit 36 (otuz altı) ay müddətinə verilir. Kreditin istifadəsinə görə borcalan kreditora illik 30 faiz dərəcəsi ilə hesablanan məbləği ödəyir. Müqavilənin 2.5-ci bəndinə əsasən, gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün cərimə kimi illik 72 faiz dərəcəsi ilə dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora hesablanır. Həmin Müqavilənin 6.1, 6.1.1 və 6.1.2-ci bəndlərinin (müqavilənin 6-cı bəndi "Öhdəliklərin vaxtından əvvəl icra edilməsi tələbi" adlanır) tələbinə müvafiq olaraq, kreditor bu Müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən borcalan ona verilmiş krediti və hesablanmış faizi ödəniş qrafiki üzrə ödəmədikdə, borcalan tərəfindən ödənişlər 12 (on iki) ay ərzində 3 (üç) dəfədən və ya ardıcıl olaraq 2 (iki) dəfədən çox gecikdirildikdə, krediti hesablanmış faizi ilə birlikdə qaytarılmasını borcalandan tələb edə bilər. 15 mart 2021-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh 15 mart 2021-ci il tarixə 117.13 manat əsas borc, 15.7 manat faiz borcu, 20.17 manat cərimə borcu və illik 5 faizlə hesablanmış 1.1 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 154.1 manat məbləğində borcu vardır. Məhkəmə sübutları obyektiv, qərəzsiz, qanuna uyğun olaraq araşdırıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə 13 aprel 2021-ci il tarixdə daxil olmuş iddia ərizəsi üzrə 13 aprel 2021-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia qismən təmin edilməklə, Cavabdeh 117.13 (yüz on yeddi manat on üç qəpik) manat əsas borc, 15.70 (on beş manat yetmiş qəpik) manat faiz borcu, 20.17 (iyirmi manat on yeddi qəpik) manat cərimə borcu və Kredit Müqaviləsi üzrə 27 oktyabr 2020-ci il tarixdən 15 mart 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1.10 (bir manat on qəpik) manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 154.10 (yüz əlli dörd manat on qəpik) manat məbləğində borcun və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış27 oktyabr 2017-ci il tarixli, 23-Y-1-0-125-17 nömrəli Kredit Müqaviləsinin 2.1, 2.2, 2.3 və 2.4cü bəndlərinə əsasən, bu müqaviləyə əsasən kreditor borcalana 1250 (min iki yüz əlli) AZN məbləğində kredit verir. Bu müqaviləyə əsasən kredit borcalana istehlak məqsədilə verilir. Kredit 36 (otuz altı) ay müddətinə verilir. Kreditin istifadəsinə görə borcalan kreditora illik 30 faiz dərəcəsi ilə hesablanan məbləği ödəyir. Borcalan Kredit Müqaviləsindən irəli gələn, yəni krediti və ondan istifadəyə görə faizləri razılaşdırılmış müddətdə banka qaytarmamış, nəticədə öhdəliyi lazımınca icra etməmişdir. Ona görə də, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 117.13 (yüz on yeddi manat on üç qəpik) manat əsas borc, 15.70 (on beş manat yetmiş qəpik) manat faiz borcu, 20.17 (iyirmi manat on yeddi qəpik) manat cərimə borcu və Kredit Müqaviləsi üzrə 27 oktyabr 2020-ci il tarixdən 15 mart 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1.10 (bir manat on qəpik) manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 154.10 (yüz əlli dörd manat on qəpik) manat məbləğində borcun və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Tərəflər qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Qabil Məmmədov. Düzdür, Hakim:
Məhkəmə qərarları › İş №2(078)-486/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-486/2021
19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver