Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-554/2021 03.05.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı İddiaçı Cavabdeh qarşı xəstəlik xərclərinin yarısının ödənilməsinə cəlb etmə tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, müəyyən e t d i m: İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından olan X1 müalicəsi üçün bu günədək çəkilmiş 2569 (iki min beş yüz altmış doqquz) manat məbləğində xərcin yarısının, yəni 1284.50 (bir min iki yüz səksən dörd manat, əlli qəpik) manat hissəsinin, məhkəməyə müraciət üçün çəkdiyi 80 (səksən) manat məbləğində xidmət haqqının və 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Elektron Məhkəmə İnformasiya Sistemindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 12.03.2021-ci il tarixli, 2(078)- 216/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı birgə nikahlarından olan X1 xəstəlik xərclərinin ödənilməsi üçün cavabdehdən 2020-ci ilin noyabr ayından hesablanmaqla hər ay sabit pul məbləğində 850 (səkkiz yüz əlli) manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsi tələbinə dair” iddiası əsassız olduğundan rədd edilmişdir. Qeyd olunan qətnamədə göstərilmişdir ki, Cavabdeh maddi vəziyyətini, onun iddiaçıya hər ay əmək haqqısının 1/4 hissəsi miqdarında yüksək məbləğdə aliment ödəməsini və bu aliment məbləğinin özündə uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsini ehtiva etməsini nəzərə alan məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının onunla birgə nikahından olan X1 əlavə xərclərində iştiraka cəlb edilməsi məqsədəmüvafiq deyildir. Həmin qətnamədə qeyd olunmuşdur ki, iddiaçı övladının xəstəliyi və müalicə xərclərində cavabdehin iştirak etməli olduğunu qeyd etsə də tərəflərin birgə nikahlarından doğulmuş X1 ailə qanunvericiliyində nəzərdə tutulmuş qaydada ağır xəstəliyi ilə bağlı, həmçinin ona məcburi müalicə təyin edilməsinə dair təkzibolunmaz sübutlarını məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə Naxçıvan Şəhər Məhkəməsinin 12.03.2021-ci il tarixli, 2(078)- 216/2021 saylı qətnaməsi ilə hüquqi qiymət verildiyindən iddiaçının “xəstəlik xərclərinin yarısının ödənilməsinə cəlb etməyə dair” tələbi ikinci dəfə məhkəmə araşdırmasının predmeti ola bilməz. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.2-ci maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə dövlət rüsumu qaytarılır. Qeyd olunan maddənin tələbini nəzərə alaraq hesab edirəm ki, İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 19 aprel 2021-ci il tarixli, 15551 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu ona qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1, 153.3, 153.4, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı Cavabdeh qarşı xəstəlik xərclərinin yarısının ödənilməsinə cəlb etmə tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə rəsmi qaydada iddiaçıya verilsin. İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 19 aprel 2021-ci il tarixli, 15551 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-554/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-554/2021
03.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver