Məhkəmə qərarları › İş №2(078)-616/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-616/2021

08.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-616/2021 08.06.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi Ərizəçi və ərizəçinin vəkili Vəkil iştirakları ilə, Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i : Ərizəçi 06 may 2021-ci il tarixdə ərizə ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək mərhum anası X3 mülkiyyətində olan Naxçıvan şəhər, Qaraçuq kəndində yerləşən miras qalmış daşınmaz əmlakın onun tərəfindən qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən maraqlı şəxs Naxçıvan Şəhər 1 saylı Notariat ofisinə 08 iyun 2021-ci il saat 1030-a təyin edilmiş mülki iş üzrə məhkəmə baxış iclasının vaxtı və yeri barədə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə müvafiq olaraq məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. 08 iyun 2021-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclası zamanı Ərizəçi məhkəməyə ərizə təqdim edərək ərizədə mərhum anası X2 qalmış mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi barədə məhkəməyə ərizə verdiyini qeyd edərək hazırda həmin sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi tərəfindən məhkəməyə təqdim edilən ərizəni mülki iş materialları və qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0 və 259.0.11ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası MPM-in 114.1 və 114.1.5-ci maddələrinə əsasən ərizənin baxılmamış saxlanılması dövlət rüsumunun geri qaytarılmasının əsaslarından biri kimi qeyd edildiyindən və Ərizəçi verdiyi iddia ərizəsi baxılmamış saxlanılmalı olduğundan məhkəmə Azərbaycan Respublikası MPM-in 260.3-cü maddəsinin tələbinə əsasən, büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, iddia qaldırılarkən "xxxx" ASC-nin Naxçıvan filialına 20 aprel 2021-ci il tarixli, 31891 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ərizə və ona əlavə edilmiş sənədlər Ərizəçi geri qaytarılsın Ərizəçi tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 20 aprel 2021-ci il tarixli, 31891 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu ona qaytarılsın. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar