Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-657/2021 24.05.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat barədə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən e t d i m: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək 30.11.2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********41634 Samsung Galaxy A20s markalı telefon üçün 124 (bir yüz iyirmi dörd) manat ödənilməmiş hissə, 12 (on iki) manat cərimə, 27.07.2019-cu il tarixli müqavilə üzrə Çaynik Philips HD9358/11 üçün 94.5 (doxsan dörd manat, əlli qəpik) manat ödənilməmiş hissə, 9 (doqquz) manat cərimə, 27.07.2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********33541 Samsung Galaxy A50 markalı telefon üçün 374 (üç yüz yetmiş dörd) manat ödənilməmiş hissə, 37 (otuz yeddi) manat cərimə, ümumilikdə 650.5 (altı yüz əlli manat, əlli qəpik) manat borcun, 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh Mirzəli qızından alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəməyə iddia ərizəsi daxil olduqda hakim onun Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsində baxılmalı deyil. Ona görə də, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. «Yaşayış yeri və olduğu yer haqqında» Azərbaycan Respublikasının 4 aprel 1996-cı il tarixli Qanununun 3-cü maddəsinə əsasən, fiziki şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Mülki-prosessual qanunvericiliyə görə məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini və aydın başa düşülməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənliyin yaranması ilə yanaşı, məhkəmələr tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. Qeyd olunan prosessual hüquq normalarının məzmunundan görünür ki, ərazi aidiyyəti məsələsini tənzimləyərkən qanunverici başlıca norma kimi iddia ərizəsinin baxılması üçün cavabdehin rəsmi qeydə alındığı yer üzrə məhkəməyə verilməsi qaydasını müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 36-cı maddəsində göstərilən hallarda isə qanunverici məhkəmə aidiyyətini seçmək hüququnu iddiaçıya vermişdir. İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanmış Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat barədə Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarında Cavabdeh qeydiyyatda olduğu ünvan Naxçıvan MR, ünvan 1 göründüyü kimi iddiaçı iddia ərizəsini cavabdehin faktiki olaraq qeydiyyatda olduğu yer üzrə məhkəməyə verməmişdir. Həmçinin iddia ərizəsinə əlavə edilmiş sənədlərdən də iddiaçının seçməsinə görə aidiyyət üçün Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 36cı maddəsində nəzərdə tutulan halların mövcud olması müəyyən olunmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1 və 152.1.3-cü maddələrinin tələbinə görə əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən X1 vasitəsilə 23 aprel 2021-ci il tarixli, ********* nömrəli qəbzlə AZ21NABZ******************** hesabına ödənilmiş 30 (otuz) manat dövlət rüsumu qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat barədə ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılsın. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən X1 vasitəsilə 23 aprel 2021-ci il tarixli, ********* nömrəli qəbzlə AZ21NABZ******************** hesabına ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə izah olunsun ki, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-657/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-657/2021
24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver