Məhkəmə qərarları › İş №2(078)-672/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-672/2021

01.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-672/2021 01.06.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı Ərizəçi mirasın faktiki olaraq qəbulu tələbinə dair ərizəsinə baxaraq, müəyyən e t d i m: Ərizəçi məhkəməyə müraciət edərək, mərhum X2 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin mərhum həyat yoldaşı X1 miras əmlakı qəbul etməsi faktının müəyyən olunması, mərhum həyat yoldaşı X1 faktiki qəbul etdiyi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ərizəçi- Ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə iddia ərizəsi daxil olduqda hakim onun Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilibverilməməsini yoxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Ərizə və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən məhkəmə aşağıdakıları qeyd edir. Ərizəyə əlavə olunmuş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun surəti, İ-ИE seriyalı, 192298 nömrəli evlənmək haqqında şəhadətnamənin surəti, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Naxçıvan Şəhər İkinci Dövlət Notariat Konturu tərəfindən 25 aprel 2014-cü il tarixdə Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinə verilmiş məktubun surəti, AZ-İ seriyalı, 760804 nömrəli ölüm haqqında şəhadətnamənin surəti, AZ-İ seriyalı, 378395 nömrəli ölüm haqqında şəhadətnamənin surəti, Naxçıvan Şəhər İcra Hakimiyyəti vətəndaşlara Dəfn Xidməti Bürosu tərəfindən verilmiş 16 avqust 2017-ci il tarixli, 189 nömrəli arayışın surəti, İ-CЛ seriyalı, 359812 nömrəli ölüm haqqında şəhadətnamənin surəti, İ-ЖГ seriyalı, 456126 nömrəli ölüm haqında şəhadətnamənin surəti, AZ-İ seriyalı, 332122 nömrəli ölüm haqqında şəhadətnamənin surəti, İ-BO seriyalı, 629331 nömrəli ölüm haqında şəhadətnamənin surəti, AZ-İ seriyalı, 332163 nömrəli ölüm haqqında şəhadətnamənin surəti, İİ-Ж seriyalı, 204813 nömrəli ölüm haqqında şəhadətnamənin surəti, AA seriyalı, 417807 nömrəli doğum haqqında şəhadətnamənin surəti, İ-ИE seriyalı, 339169 nömrəli evlənmək haqqında şəhadətnamənin surəti, AZ-İİİ seriyalı, 959271 doğum haqqında şəhadətnamənin surəti, İ-ЗЖ seriyalı, 287307 nömrəli doğum haqqında şəhadətnamənin surəti, AZ-İ seriyalı, 796263 nömrəli doğum haqqında şəhadətnamənin surəti, Naxçıvan şəhər Nikah Evi tərəfindən 04 iyul 2012-ci il tarixdə verilmiş 305695 nömrəli arayışın surəti, Naxçıvan şəhər Nikah Evi tərəfindən 15 avqust 2017-ci il tarixli çıxarışın surəti, AZ-İ seriyalı, 630394 nömrəli nikah haqqında şəhadətnamənin surəti, MH seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surəti, Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş arayışların surətləri, səlahiyyətli orqanlara və notariat kontorlarına verilmiş ərizələrin surətləri lazımi qaydada təsdiq edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə belə olan halda bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.5-ci maddəsi ərizəyə əlavə edilən sənədlərin siyahısını iddia ərizəsinin tərkib hissəsi kimi müəyyən etmişdir. Bu baxımdan lazımi sübutların əslinin və yaxud lazımi qaydada təsdiq edilmiş surətinin təqdim edilməməsi iddia ərizəsinin və ona əlavə edilən sənədlərin geri qaytarılması üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1 və 152.1.1-ci maddələrinə müvafiq olaraq, iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi mirasın faktiki olaraq qəbulu tələbinə dair ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İddiaçıya izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunan maddənin tələbini nəzərə alaraq hesab edirəm ki, Ərizəçi tərəfindən “xxxx” ASC Naxçıvan filialına 12 aprel 2021-ci il tarixdə, 14197 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151, 152.2, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq qərara aldım: Ərizəçi mirasın faktiki olaraq qəbulu tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi tərəfindən “xxxx” ASC Naxçıvan filialına 12 aprel 2021-ci il tarixdə, 14197 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu ərizəçiyə geri qaytarılsın. Ərizəçi izah olunsun ki, ərizənin geri qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar