Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-692/2021 02.06.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı X1 Borclu qarşı borc tələbi barədə məhkəmə əmri verilməsinə dair ərizəsini Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək müəyyən e t d i m: X4 Borclu qarşı məhkəmə əmrinin çıxarılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək xx xxxxxx 1999-cu ildə Naxçıvan şəhərində doğulmuş və hazırda ünvan 1 ünvanında pasport qeydiyyatında olan Borclu 04 avqust 2018-ci il tarixli müqavilə üzrə 2664 (iki min altı yüz altmış dörd) manat məbləğində əsas borcun və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumunun, cəmi 2684 (iki min altı yüz səksən dörd) manat məbləğində pul vəsaitinin alınaraq kreditor X2 ödənilməsi barədə məhkəmə əmrinin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kreditorun məhkəməyə təqdim etdiyi ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlir ki, onun məhkəmə əmri verilməsi haqqında ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, ərizəyə əlavə olunmuş 04 avqust 2018-ci il tarixli, FSK967 nömrəli malın nisyə satılması haqqında alqı-satqı müqaviləsinin 2.1-ci bəndində qeyd olunmuşdur ki, satıcı bu müqavilə qüvvəyə mindiyi gündən sonrakı növbəti 1 (bir) iş günü ərzində əmlakın işlək vəziyyətini yoxlayır və tam yararlı vəziyyətdə Alıcıya təhvil verir. Lakin ərizəyə əmlakın alıcıya təhvil verilməsi ilə bağlı təhvil-təslim aktı əlavə olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə əmri haqda ərizə və ona əlavə edilmiş sənədlər işin əmr icraatı qaydasında baxılaraq məhkəmə əmri çıxarılması üçün yetərli hesab oluna bilməz və buna görə də məhkəmə əmri verilməsi haqqında ərizənin və ona əlavə edilmiş sənədlərin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279.2 və 279.2.2-ci maddələrinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Azərbaycan Respublikası MPM-nin 279.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Bundan əlavə olaraq X2 izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279.4-cü maddəsinə müvafiq olaraq, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 263, 264 və 279.3-cü maddələrini rəhbər tutaraq qərar v e r d i m: Kreditor X1 Borclu qarşı borc tələbi barədə məhkəmə əmri çıxarılmasına dair ərizəsinin qəbul edilməsindən imtina olunsun və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə kreditora geri qaytarılsın. X2 izah olunsun ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. İddia verilərsə kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Bu qərardaddan şikayət verilə bilməz. Hakim: Gülsüm Əliyeva
Məhkəmə qərarları › İş №2(078)-692/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-692/2021
02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver