Məhkəmə qərarları › İş №2(078)-693/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Məhkəmə əmri — İş №2(078)-693/2021

02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Naxçıvan şəhəri İş № 2(078)-693/2021 02.06.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı ünvan 1 ünvanında fəaliyyət göstərən X1nun Borclu qarşı borcun alınması barədə məhkəmə əmrinin verilməsinə dair ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: X1 məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1991-ci ildə Naxçıvan şəhərində doğulmuş, hazırda Naxçıvan şəhəri, Əlincə 3D/47 ünvanında qeydiyyatda olan Borclu 04 avqust 2018-ci il tarixli müqavilə üzrə 1884 (bir min səkkiz yüz səksən dörd) manat məbləğində əsas borc və 20 (iyirmi) manat ödənimiş dövlət rüsumu olmaqla, cəmi 1904 (bir min doqquz yüz dörd) manat pul vəsaitinin alınaraq onun xeyrinə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Tələbkar ərizəsini onunla əsaslandırmışdır ki, o, fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Borclu ilə aralarında 04 avqust 2018-ci il tarixli malın nisyə satılması haqqında alqı-satqı müqaviləsinə əsasən Borclu 1 ədəd dəyəri 2284 manat olan Samsung S9SM-G960Lilac Purple markalı telefon əldə edib və bu məbləğin 400 manatını ilkin ödəniş etdikdən sonra qalıq 1884 manatı hər ay 157 manat olmaqla 12 ay müddətinə ödəməyi öhdəsinə götürsə də, borclu müqavilə üzrə öhdəliyi ümumiyyətlə icra etməkdən imtina edib, bununla bağlı borcluya şifahi və yazılı formada müraciətlər olunsa da, bunun heç bir nəticəsi olmayıb. Ərizədə qeyd edilmişdir ki, Borclu ona olan borcunu qaytarmadığını gördüyü üçün məhkəməyə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş 04 avqust 2018-ci il tarixli FSK968 nömrəli malın nisyə satılması haqqında alqı-satqı müqavilələsinə əsasən borclu kreditordan 1 ədəd dəyəri 2284 manat olan Samsung S9SM-G960Lilac Purple markalı telefon əldə edib və bu məbləğin 400 manatını ilkin ödəniş etdikdən sonra qalıq 1884 manatı hər ay 157 manat olmaqla 12 ay müddətinə ödəməyi öhdəsinə götürüb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsinə əsasən borc şifahi formada bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. İş materiallarına əlavə edilmiş 01 mart 2021-ci il tarixli 33/21 nömrəli maliyyə arayışından məlum olur ki, Borclu 04 avqust 2018-ci il tarixli malın nisyə satılması haqqında alqı-satqı müqaviləsinə əsasən 1884 (bir min səkkiz yüz səksən dörd) manat borcu var. İş materiallarına əlavə edilmiş 30.03.2021-ci il tarixli, 226/21 nömrəli pretenziya məktubunun surətindən məlum olur ki, həmin tarixdə Borclu borcun ödənilməsi ilə bağlı pretenziya məktubu göndərilmişdir. İş materiallarına əlavə edilmiş 16.11.2017-ci il tarixdə qeydiyyata alınmış Fiziki şəxsin sahibkarlıq uşotu haqqında şəhadətnamənin surətindən məlum olur ki, X4 ********** VÖEN-lə sahibkarlıq fəaliyyəti göstərir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən 26.02.2021-ci il tarixdə verilmiş arayışa əsasən Borclu Naxçıvan şəhəri, Əlincə 3D/47 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə uyğun bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin maddənin 2-ci bəndinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu tələbkara dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən, tələbkarun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda, məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 276.2.2-ci maddəsinə əsasən, tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa, məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 280-ci maddəsinə əsasən, məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinləmək üçün tərəflər çağırılmadan çıxarılır. Ərizəyə əlavə olunmuş sənədlərlə X5 Oruc oğlunun tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Buna görə də, həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Tələbkarın ərizəsi təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə 01.10.2020-ci il tarixdə X3 nümayəndəsi X8 tərəfindən Azərbaycan Respublikası Mərkəzi X2 ********* nömrəli qəbzlə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu borcludan tələbkarın xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq ə m r e t d i m: xx.xx.1991-ci ildə Naxçıvan şəhərində doğulmuş, hazırda Naxçıvan şəhəri, Əlincə 3D/47 ünvanında qeydiyyatda olan Borclu 04 avqust 2018-ci il tarixli müqavilə üzrə 1884 (bir min səkkiz yüz səksən dörd) manat məbləğində əsas borc və 20 (iyirmi) manat ödənimiş dövlət rüsumu olmaqla, cəmi 1904 (bir min doqquz yüz dörd) manat məbləğində pul tutularaq ünvan 1 ünvanında fəaliyyət göstərən X1nun xeyrinə ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün ərzində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar