Məhkəmə qərarları › İş №2(078)-732/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-732/2021

08.06.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-732/2021 08.06.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, kreditor “xxxx” MMC-nin Borclu qarşı borcun qaytarılması barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Kreditor “xxxx” MMC məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.1982-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu 352 (üç yüz əlli iki) manat məbləğində əsas borcun və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 372 (üç yüz yetmiş iki) manat məbləğində pul vəsaitinin alınaraq “xxxx” MMC-nin hesabına (Azərbaycan Beynəlxalq Bankı Nəsimi filialı, m/h: AZ03NABZ********************, H/h: AZ53İBAZ********************) ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinin tələblərinə əsasən məhkəmə əmri icraata qəbul olunmasından imtina edilməlidir. Belə ki, həmin maddənin tələbinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151-ci maddəsinə uyğun olaraq kreditor “xxxx” KB ASC tərəfindən məhkəməyə ünvanlanmış ərizənin mümkünlüyünə dair məsələ tərəfimdən araşdırılarkən müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149 və 150-ci maddəsinin tələblərinə əməl edilmədən verilmişdir. Belə ki, kreditor ərizəsində borcluya 11.05.2015-ci il tarixli XDK4533053 saylı müqavilə üzrə 432 manat dəyərində məişət avadanlığının satılmasını təsdiq edən müqaviləni əlavə etsə də, sözügedən məişət avadanlığının Borclu təhvil verilməsi barədə akt ərizəyə əlavə edilməmişdir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, “xxxx” MMC-nin Borclu qarşı borcun qaytarılması barədə məhkəmə əmrinin verilməsinə dair ərizə icraata qəbul olunmaqdan imtina olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 279.3-cü maddəsini rəhbər tutaraq, qərara aldım: Kreditor “xxxx” MMC-nin borclu X1 qarşı borcun qaytarılması barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsi icraata qəbul olunmaqdan imtina olunsun. Ərizəyə əlavə olunmuş sənədlər kreditora geri qaytarılsın. Bu qərardaddan şikayət verilə bilməz. Hakim: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar