Məhkəmə qərarları › İş №2(078)-935/2020

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-935/2020

19.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-935/2020 19.11.2020 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimiSəfərəliyeva Gülnar Xanlar qızı, ünvan 1 ünvanında yerləşən iddiaçı X2 Təşkilatı «xxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faiz və cərimənin ödənilməsi tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdim: X2 Təşkilatı «xxxxxxxxxx» MMC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh əsas borcu üzrə 675.83 (altı yüz yetmiş beş manat səksən üç qəpik) manat, faiz borcu üzrə 0.00 (sıfır) manat, cərimə borcu üzrə 0.00 (sıfır) manat, həmçinin ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 40 (qırx) qəpik xidmət haqqı olmaqla ümumilikdə 706.23 (yeddi yüz altı manat iyirmi üç qəpik) manat borcun alınaraq X2 Təşkilatı «xxxxxxxxxx» MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X2 Təşkilatı «xxxxxxxxxx» MMC ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı təşkilatla Cavabdeh arasında xx xxxx 2019-cu il tarixdə 149EMB-0707-19 saylı Kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cəmiyyət tərəfindən Cavabdeh 13 ay müddətinə 2030 (iki min otuz) manat məbləğində kredit verilmişdir. Ərizədə qeyd edilmişdir ki, cavabdeh müqavilənin şərtlərini pozaraq borc öhdəliyini yerinə yetirməkdən boyun qaçırmış, müqavilənin şərtlərini pozaraq kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və nəticədə cavabdehin Kredit Müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixə əsas borcu üzrə 675.83 (altı yüz yetmiş beş manat səksən üç qəpik) manat, faiz borcu üzrə 0.00 (sıfır) manat, cərimə borcu üzrə 0.00 (sıfır) manat olmaqla, ümumilikdə 675.83 (altı yüz yetmiş beş manat səksən üç qəpik) manat borcu qalmışdır. Cavabdehə xx xxxx 2020-ci il tarixdə 9362/20 saylı pretenziya məktubu göndərilsə də, cavabdeh tərəfindən borcun ödənilməsi təmin edilməmişdir. Ərizədə qeyd edilmişdir ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə, eləcə də borcalan ilə bağlanmış müqaviləyə əsasən, borcalan öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, kreditor borcalandan kredit borcunun, hesablanmış faizlərin və cərimələrin, həmçinin bununla bağlı çəkilmiş bütün xərclərin onların hesabına, o cümlədən onların əmlakları hesabına ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən cavabdeh yuxarıda qeyd edilən pul məbləğinin (kreditin) ödənilməsinə dair öhdəlik daşıyır. İddiaçı təşkilat sonda Cavabdeh xx xxxx 2019-cu il tarixdə 149EMB-0707-19 saylı kredit müqaviləsinə əsasən Cavabdeh əsas borcu üzrə 675.83 (altı yüz yetmiş beş manat səksən üç qəpik) manat, faiz borcu üzrə 0.00 (sıfır) manat, cərimə borcu üzrə 0.00 (sıfır) manat, həmçinin ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 40 (qırx) qəpik xidmət haqqı olmaqla ümumilikdə 706.23 (yeddi yüz altı manat iyirmi üç qəpik) manat borcun alınaraq X2 Təşkilatı «xxxxxxxxxx» MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: X2 Təşkilatı «xxxxxxxxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli 149EMB-0707-19 saylı Kredit Müqaviləsinin şərtinə əsasən Cavabdeh 12 ay müddətinə 2030 (iki min otuz) manat məbləğində kredit verilmişdir. xx xxxxxxxx 2020-ci il tarixli arayışa əsasən xx xxxx 2019-cu il tarixli 149EMB-0707-19 saylı Kredit Müqaviləsinə əsasən Cavabdeh xx xxxxxxxx 2020-ci il tarixə X2 Təşkilatı «xxxxxxxxxx» MMCyə əsas borcu üzrə 675.83 (altı yüz yetmiş beş manat səksən üç qəpik) manat, faiz borcu üzrə 0.00 (sıfır) manat, cərimə borcu üzrə 0.00 (sıfır) manat olmaqla, ümumilikdə 675.83 (altı yüz yetmiş beş manat səksən üç qəpik) manat borcu vardır. İş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli 9362/20 nömrəli son xəbərdarlıq məktubunun surətindən məlum olur ki, həmin tarixdə borclu Cavabdeh borcun ödənilməsi ilə bağlı pretenziya məktubu göndərilmişdir. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş arayışa əsasən Budaqov X1 şəhəri, Əcəmi, ev 4, mənzil 44 ünvanında qeydiyyatdadır. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə Cavabdeh xx xxxx 2019-cu il tarixli 149EMB-0707-19 saylı Kredit Müqaviləsinə əsasən əsas borcu üzrə 675.83 (altı yüz yetmiş beş manat səksən üç qəpik) manat, faiz borcu üzrə 0.00 (sıfır) manat, cərimə borcu üzrə 0.00 (sıfır) manat olmaqla, ümumilikdə 675.83 (altı yüz yetmiş beş manat səksən üç qəpik) manat məbləğində kredit borcu iddiaçı X2 Təşkilatı «xxxxxxxxxx» MMC-nin xeyrinə tutulmalıdır. Ərizə təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə X2 Təşkilatı «xxxxxxxxxx» MMC tərəfindən xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankı-Hökümət Ödəniş Portalına ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 40 (qırx) qəpik xidmət haqqı olmaqla ümumilikdə 30.4 (otuz manat qırx qəpik) manat Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə xx xxxxxxx 2020-ci il tarixdə daxil olmuş ərizə üzrə xx xxxxxxx 2020-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Həmin bildiriş cavabdeh tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə qəbul imza edilərək qəbul edilmiş, lakin Cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikasının MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Azərbaycan Respublikasının MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdim: İddia təmin edilsin. Cavabdeh xx xxxx 2019-cu il tarixli 149EMB-0707-19 saylı Kredit Müqaviləsinə əsasən əsas borcu üzrə 675.83 (altı yüz yetmiş beş manat səksən üç qəpik) manat olmaqla, ümumilikdə 675.83 (altı yüz yetmiş beş manat səksən üç qəpik) manat məbləğində kredit borcu iddiaçı X2 Təşkilatı «xxxxxxxxxx» MMC-nin xeyrinə tutulsun. X2 Təşkilatı «xxxxxxxxxx» MMC tərəfindən xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankı-Hökümət Ödəniş Portalına ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 40 (qırx) qəpik xidmət haqqı olmaqla ümumilikdə 30.4 (otuz manat qırx qəpik) manat Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar