Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-98/2025 03.04.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı cavabdehlər X1, X5 və X7 qarşı yaşayış sahəsinə kompensasiya ödənilmədən yaşayış və istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər X1, X5 və X7 qarşı yaşayış sahəsinə kompensasiya ödənilmədən yaşayış və istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh X2 və onun himayəsində olan yetkinlik yaşına çatmayan cavabdehlər 21 iyul 2007-ci il təvəllüdlü X4 və 27 iyun 2008-ci il təvəllüdlü X8 İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 48 m2 olan yaşayış sahəsinə kompensasiya ödənilmədən yaşayış və istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsində iddia tələbini əsaslandıraraq ərizəsində qeyd etmişdir ki, ünvan 2 ünvanında 0.0255 kv.m torpaq sahəsində yerləşən ümumi sahəsi 48 kv.m olan fərdi yaşayış evi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi və üzərində tikili olmaqla iddiaçı tərəfindən 30 sentyabr 2000-ci il tarixli 3 M-239 qeydiyyat nişanlı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satın almış və buna sübut olaraq həmin daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən 10084 inventar nömrəli texniki pasport mövcuddur. İddiaçı 20 noyabr 2006-cı il tarixdə cavabdeh X6 ilə nikaha daxili olmuşdur. Onların birgə nikahdan övladları 21 iyul 2007-ci il təvəllüdlü X9 və 27 iyun 2008-ci il təvəllüdlü X10 doğulmuşdur. Cavabdeh X6 İddiaçı yaşadığı evə 2006-cı il tarixdə köçmüş və 2009-cu il tarixədək həmin ünvanda yaşamışdır. 2009-cu il tarixdə iddiaçı ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür. Cavabdeh X6 və himayəsində yetkinlik yaşına çatmayan övladları 2009-cu il tarixdən bu günədək Bakı şəhərində yaşayırlar. İddiaçı cavabdehlə ailə münasibətləri pozulmuş onlar 2023-cü ilin sentyabr ayından ayrı yaşayırlar. Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin 2(003)-378/2024 nömrəli, 28 mart 2024-cü il tarixli məhkəmə qətnaməsinə əsasən tərəflər arasında nikah pozulmuşdur. Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən 04 iyun 2024-cü il tarixli, nömrəsi AZ 486104 olan nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Cavabdeh X6 iddiaçının keçmiş ailə üzvüdür. O himayəsində yetkinlik yaşına çatmayan övladları ilə birlikdə İddiaçı məxsus fərdi yaşayış evində qeydiyyatda dursalar da, 15 il olar ki, Bakı şəhərində yaşayırlar. Cavabdehlərin fərdi yaşayış evinə ehtiyacı aradan qalxıbdır. Onların iddiaçının fərdi yaşayış evində pasport qeydiyyatında olması kommunal xərclərini ödədiyi fərdi yaşayış evinə mülkiyyət hüquqlarını həyata keçirməyi və evlə bağlı sərəncam vermək hüquqlarını məhdudlaşdırır. Həmin fərdi yaşayış evinə qeydiyyat tarixi 20 iyun 2024-cü il tarixdə tam mülkiyyət hüququ ilə İddiaçı məxsus çıxarış alınmışdır. Mülki iş üzrə 03 aprel 2025-ci il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə İddiaçı mülki-prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə hazırlıq iclasına gəlməmiş, məhkəmə iclasında iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə İddiaçı vəkili və nümayəndəsi Vəkil iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. Mülki iş üzrə 03 aprel 2025-ci il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə cavabdehlər X1, X5 və X7 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iştirak etməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə cavabdehlərin iştirakları olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil 03 aprel 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə ərizə təqdim edərək, İddiaçı cavabdehlər X1, X5 və X7 qarşı yaşayış sahəsinə kompensasiya ödənilmədən yaşayış və istifadə hüququna xitam verilməsi tələbi barədə iddia qaldırdıqlarını, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı vəkili və nümayəndəsi Vəkil 03 aprel 2025-ci il tarixli ərizəsini nəzərdən keçirib bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Hazırki vəziyyətdə isə iddiaçının vəkil və nümayəndəsi iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizə ilə məhkəməyə müraciət etdiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin yuxarıda qeyd olunan normasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ona geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263.1-ci maddəsinin tələbinə görə məhkəmə işi mahiyyəti üzrə həll etmədikdə məhkəmə aktını qərardad formasında çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1 və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılır. Qeyd olunan maddənin tələbini nəzərə alaraq hesab edirəm ki, İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 09 oktyabr 2024-cü il tarixli, 10031 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı cavabdehlər X1, X5 və X7 qarşı yaşayış sahəsinə kompensasiya ödənilmədən yaşayış və istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 09 oktyabr 2024-cü il tarixli, 10031 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-98/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-98/2025
03.04.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver