Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(079)-129/2021 30.03.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəy yə n etdi: İddiaçı “16” fevral 2021-ci ildə Cavabdeh qarşı iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 300 (üç yüz) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, iddianı əsaslandıraraq qeyd etmişdir ki, əvvəlcədən tanıdığım Babək rayonu, Aşağı Uzunoba kənd sakini Cavabdeh xx xxxxxxx 2020-ci il tarixdə Naxçıvan şəhərində yerləşən işlədiyim telefon mağazasına gələrək özünə məxsus olan “Samsung” A51 markalı telefonu satmaq istədiyini bildirdi. Biz 380 manata razılaşıb, 300 manatını nağd olaraq verib, qalan 80 manatını isə telefona aid ola qutunu gətirib verdikdən sonra ödəyəcəyimi bildirdim. Təvəkkül gedəndən təqribən 1 saat sonra mənə satdığı telefonun nasaz vəziyyətdə işlədiyini görüb, ona zəng edərək telefonu qaytarmaq istədiyimi bildirdim. O qutunu gətirdi və dedi ki, qalan 80 manat pulu da verin. Lakin mən telefonun nasaz olduğunu bir daha bildirib, ona qaytararaq almaq istəmədiyimi dedim. Verdiyim 300 manatı geri qaytarmasını ondan tələb etdikdə o pulu xərclədiyini qeyd edib, xx xxxxxx 2020-ci il tarixdə qaytaracağını bildirdi. Həmin vaxt özünə məxsus olan şəxsiyyət vəsiqəsinin surəti üzərində mənə 300 manat borcunun olması barədə öz xətti ilə qeyd yazdı. Telefonu özü ilə apardı, lakin telefonun qutusu məndə qaldı. Pulu gətirib qaytaranda telefonun da qutusunu götürəcəyini dedi. Mən ona inanıb bir müddət gözlədim, ancaq gətirib pulu qabarmadığına görə onun mobil telefonuna dəfələrlə zəng etdim, lakin o hərdən bir bəhanə gəirib mənə olan borcunu qaytarmaq istəmir. Telefon zənglərimə belə cavab verməyərək məndən gizlənir. Mən bir müddət onun bu hərəkətlərinə dözdüm, pulumu qaytaracağına ümid etdim. Lakin cavabdeh mənə olan 300 manat məbləğində borcu qaytarmaq istəmir. Mənim özümün isə həmin pula çox böyük ehtiyacım var. İddiaçı “30” mart 2021-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında ərizə ilə müraciət edərək, müraciətində Cavabdeh qarşı pul tələbi barədə iddia qaldırdığını, hazırda cavabdeh cinayət törətdiyindən onun barəsində ibtidai istintaqın davam etdiyini, Cavabdeh bacısı X2 ona 60 (altmış) manat olmaqla, ümumilikdə iki dəfə 120 (bir yüz iyirmi) manat məbləğində pul ödədiyini və hər ay 60 (altmış) manat ödəyəcəyinə dair söz verdiyini, cavabdehin ona 180 (bir yüz səksən) manat məbləğində borcunun qaldığını, göstərilən səbəblərdən hazırda iddia tələbinə baxılmasını istədiyini qeyd edərək ərizənin baxılmamış saxlanılması və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə müvafiq olaraq məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçının məhkəmə təqdim etdiyi ərizəni mülki iş materialları və qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, hazırki vəziyyətdə yaranmış hüquqi şərait İddiaçı Cavabdeh qarşı pul tələbinə baxılmasına imkan vermir və bu səbəbdən də iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0 və 259.0.11-ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Cavabdeh isə məhkəmə iclasında iştirak etməmişdi. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını və qanunvericiliyin sadalanan tələblərini nəzərə alaraq hesab edir ki, hazırki vəziyyətdə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsi tətbiq olunmalı və iddiaçıın verdiyi iddia tələbi baxılmamış saxlanılmalı və qərardaddan şikayət vermə müddəti bitdikdən sonra iddia ərizəsinə əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə əsasən ərizənin baxılmamış saxlanılması dövlət rüsumunun geri qaytarılmasının əsaslarından biri kimi qeyd edildiyindən və İddiaçı iddia ərizəsi baxılmamış saxlanılmalı olduğundan məhkəmə həmin Məcəllənin 260.3-cü maddəsinin tələbinə əsaslanaraq büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, o, iddia qaldırılarkən “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı vasitəsi ilə xx xxxxxx 2021-ci il tarixli, 6235 nömrəli qəbzlə ödədiyi 20 (iyirmi) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan şikayət vermə müddəti bitdikdən sonra iddia ərizəsinə əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. İddia qaldırılarkən İddiaçı “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı vasitəsi ilə xx xxxxxx 2021-ci il tarixli, 6235 nömrəli qəbzlə ödədiyi 20 (iyirmi) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-129/2021
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-129/2021
30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver