Məhkəmə qərarları › İş №2(079)-177/2021

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-177/2021

18.03.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(079)-177/2021 18.03.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Mən, Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızı, İddiaçı cavabdeh Naxçıvan MR Babək rayon Gəmiqaya X1 MMC-ə qarşı əmək hüququnun təmin olunması tələbi barədə iddia ərizəsini nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: İddiaçı Naxçıvan MR Babək rayon Gəmiqaya X1 MMC-ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun pozulmuş əmək hüququnun təmin olunması, yəni işinə bərpa olunması və ödənilməmiş məzuniyyət məbləğinin ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə bildirir ki, məhkəməyə iddia ərizəsi daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini, yəni məhkəmə icraatının mümkünlüyünü yoxlayır. Yuxarıda qeyd olunan iddia ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində cavabdeh qismində Naxçıvan MR Babək rayon Gəmiqaya X1 MMC qeyd olunmuş, lakin cavabdehin poçt ünvanı göstərilməmiş, cavabdehin hüquqi ünvanını təsdiq edən sənədlər iddia ərizəsinə əlavə olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-in 35.2-ci maddəsinə görə hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. MPM-in 149.2 və 149.2.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları ərizədə göstərilməlidir. MPM-in 152.1 və 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin, məhkəmə iddiaçının diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İddia ərizəsinə əlavə olunmuş əmək kitabçasının Gəmiqaya X1 MMC tərəfindən təsdiq olunmuş surətindən aydın olur ki, İddiaçı xx.xx.2011-ci il tarixli əmr əsasında Gəmiqaya X1 MMC-də həmin tarixdən etibarən sürücü vəzifəsinə təyin olunmuşdur. İddia tələbinin irəli sürüldüyü cavabdeh Naxçıvan MR Babək Rayon Gəmiqaya X1 MMC-nin isə əmək müqaviləsini bağlamaq və xitam vermək səlahiyyətinin olub-olmamasını təsdiq edən sənədlər iddia ərizəsinə əlavə olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. Həmin məcəllənin 53.3-cü maddəsinə əsasən nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. MPM-in 152.4-cü maddəsinə əsasən məhkəmə iddiaçıya izah edir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. MPM-in 263.1-ci maddəsinin tələbinə görə məhkəmə işi mahiyyəti üzrə həll etmədikdə məhkəmə aktını qərardad formasında çıxarır. MPM-in 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılır. Belə olan halda İddiaçı tərəfindən "xxxx" ASC-ə xx xxxx 2021-ci il tarixli, 25676 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu ona geri qayrarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı Naxçıvan MR Babək rayon Gəmiqaya X1 MMC-ə qarşı əmək hüququnun təmin olunması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsi verilərkən İddiaçı "xxxx" ASC-ə xx xxxx 2021-ci il tarixli, 25676 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad, ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Sədrlik edən: Günay İsmayıl

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar