Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(079)-236/2020 05.10.2020 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, Rzayeva Günay Tapdıq qızının katibliyi, İddiaçı və Cavabdeh qızının iştirakı ilə, İddiaçı Cavabdeh qızına qarşı “qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair mülki işə Babək Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh qızından ona məxsus olan nişan üzüyü 1 ədəd 585 əyar, 5 qram, dəyəri 450 manat, qarnitur dəsti (boyunbağı, sırğa, bilərzik və üzük) 1 ədəd, 585 əyar, 47 qram, dəyəri 4230 manat, tək qaşlı üzük 1 ədəd, əyarı 585, 7 qram, dəyəri 630 manat, sonsuzluq işarəsi olan üzük 1 ədəd 585 əyar, 5 qram dəyəri 450 manat, gül qaşlı üzük 1 ədəd, 585 əyar, 5 qram dəyəri 450 manat, yarpaq şəkilli dəst (sırğa və üzük) 1 ədəd, 585 əyar, 8 qram dəyəri 720 manat qızıl-zinət əşyalarının özünün və ya onların dəyəri olan 6930 (altı min doqquz yüz otuz doqquz) manat alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Babək Rayon Məhkəməsinin ünvanına xx xxxxxxx 2020-ci il tarixdə daxil olmuş ərizəsində Cavabdeh qızına qarşı qızıl-zinət əşyalarının qaytarılması tələbi barədə iddia qaldırdığını, cavabdehlə məhkəmədən kənar öz aralarında razılığa gəldiklərini, ona görə də iddia tələbindən imtina etdiyini və işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada Cavabdeh qızına məlumat verilməsinə baxmayaraq gəlməmiş, gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən işə Cavabdeh qızının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Məhkəmə İddiaçı iddiadan imtina etməsi barədə ərizəsini müzakirə edib belə nəticəyə gəlir ki, işdə imtinanın qəbul edilməməsi üçün əsas verən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi və bu imtinanın məhkəmə tərəfindən qəbul edilməsi iş üzrə icraata xitam verilməsi üçün əsasdır, həmin əsasa görə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəlləsinin 191.2-ci maddəsinin tələbinə əsasən iddiaçının iddiadan imtina etməsi məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxarır və eyni zamanda həmin qərardadla iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinin tələbinə əsasən Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərkən ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, məhkəmə iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, xx.xx.2020-ci il tarixdə 40676 nömrəli qəbzlə İddiaçı “Kapital Bank” X1 Babək filialına 30 manat məbləğində ödədiyi dövlət rüsumu ona qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: İddiaçı Cavabdeh qızına qarşı qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair iddiasından imtinası qəbul edilsin. İddiaçı Cavabdeh qızına qarşı qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı xx.xx.2020-ci il tarixdə 40676 nömrəli qəbzlə “Kapital Bank” X1 Babək filialına 30 manat məbləğində ödədiyi dövlət rüsumu ona qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №2(079)-236/2020
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-236/2020
05.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver